FARMAKOTERAPEVTİK QRUPU: Leykotrien reseptorlarının antaqonisti.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Farmakodinamikası: Montelukast leykotrien reseptorlarının selektiv antaqonistidir. Montelukast sisteinil-leykotrien reseptorlarını (CystLT 1) spesifik inhibə edir. Sisteinil leykotrienlər (LTC 4, LTD 4, LTE 4) – müxtəlif hüceyrələrdən xaric olunan (bəzi mieloid tosqun hüceyrələr və eozinofil daxil olmaqla) güclü iltihab eykazonoidləridir. Bu proastmatik mediatorlar sisteinil-leykotrien reseptorları ilə insan tənəffüs yollarında birləşir. CysLT reseptoru saya əzələ hüceyrələrində və makrofaqlarda (eozinofil və mieloid borusunun hüceyrələri daxil olmaqla) müəyyən edilmişdir. Bronxial astma zamanı leykotrien mediatorlarının fəaliyyətinə bir sıra tənəffüs traktı aktivliyi; bronxospazm, selikli ifrazat, eozinofillərin kumulyasiyası kimi effektlər daxildir. Montelukast bronxial astma ilə əlaqəli iltihabi parametrləri əhəmiyyətli dərəcədə yaxşılaşdıran güclü peroral preparatdır. Montelukast LTC 4, LTD 4, LTE 4 və CystLT 1 reseptorlarının güclü antaqonistidir.
Farmakokinetikası: Daxilə qəbul edildikdə tez və demək olar ki, tam absorbsiya olunur. Yaşlılara preparatın 5 mq təyin edildikdə plazma konsentrasiyası 2 saatdan sonra maksimuma çatır. Preparatın orta biomənimsənilməsi 64%-dir. Montelukast 99% plazma zülalları ilə birləşir. Orqanizmdən öd yolları vasitəsilə xaric olunur.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏRİ: Hiperhəssaslıq, hamiləlik, laktasiya və 6 yaşa qədər uşaqlar.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Astması olan uşaqlar (15 yaşlı və daha yuxarı olanlar üçün)
İSTİFADƏ QAYDASI:
ƏLAVƏ TƏSİRLƏRİ: Yuxarı tənəffüs yolları infeksiyaları, diareya, ürəkbulanma, qusma, qızdırma, qaraciyər fermentlərinin artması, bəzən allergik reaksiyalar (üz, dodaq, dil və / və ya boğazın şişməsi (udqunma və ya nəfəs almaqda çətinlik yarada bilər).
DOZA HƏDDİNİN AŞILMASI: Doza həddinin aşılması barədə hesabatların əksəriyyətində bu zaman heç bir əlavə təsir haqda məlumat göstərilməyib. Yetkin yaşlılarda və uşaqlarda doza həddinin aşılması zamanı ən tez-tez müşahidə olunan əlamətlər qarın ağrısı, yuxusuzluq, susama, baş ağrısı, qusma və hiperaktivlik.
BURAXILIŞ FORMASI: 7 tablet, blisterdə. 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
SAXLANMA ŞƏRAİTİ: 25ºC-dən aşağı otaq temperaturunda, orijinal qablamasında, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “Novator Pharma” LLP, Böyük Britaniya.
İSTEHSALÇI: Recordati İlaç San. ve Tic. A.Ş./Türkiyə