Claviden damcı

Tərkibi:
Natrium hialuronat (1.5-1.7 MDa) – 0.12 q
Natrium hialuronat (0.25 – 0.45 MDa) – 0.05 q
Sentella quru sulu-spirtli ekst. 3% – 0.1 q
L-qlisin  – 0.1 q
Polivinilpirrolidon – 1.5 q
Vitamin E  – 0.5 q
D-mannitol  – 1 q
Natrium dihidrofosfat monohidrat – 0.03 q
Natrium hidrofosfat dodekahidrat  – 0.25 q
Natrium xlorid  – 0.6 q
İnyeksiya üçün su 100 q-a qədər

Xüsusiyyətləri:

Natrium hialuronat  öz ölçüsündən 700 dəfə çox su molekullarını tutub saxlamaq qabiliyyətinə malikdir. Bu selikli qişaya nəmlilik, həcm və elastiklik  verir. Gözün selikli qişasında natrium hialuronat nazik təbəqə yaradaraq sinir ucluqlarını örtür və beləliklə, gözün qıcıqlanmasının qarşısını alır. Həmçinin, kollagenin sintezini artıraraq selikli qişanın regenerasiya qabiliyyətini artırır.
E vitamini – təbii yolla alınıb. Göz damcılarının tərkibində E vitamini antioksidant effekt göstərir, gün ərzində əmələ gələn və gözlərdə həm iltihabi proseslərin, həm də qıcıqlanma hissinin yaranmasına səbəb ola biləcək sərbəst radikalları zərərsizləşdirir.
Glisin – əvəzolunmayan aminturşu olub, normada gözün qişalarında mövcuddur.Glisin gözün bazal membranı və stromasının əsasənə təşkil edən IV tip kollagenin sintezində iştirak edir.
Sentella – müalicəvi və regenerator təsir göstərir. Sentellanın əsas tərkib komponentləri terpenlər və flavonoidlər antioksidant, sitoprotektor xüsusiyyətlərə malikdir.
Mannitol – sadə karbohidrat olub göz damcılarının osmotik aktivliyini təmin edir. Bundan başqa hialuron turşusunun deqradasiyasının qarşısını alır.
Polivinilpirrolidon – suda həll olan polimerdir, nəmləndirici təsir göstərir və göz səthində sürtünməni azaldır.

 İstifadəsinə tövsiyyələr:

  • Buynuz qişanın trofiki zədələnmələri
  • Buynuz qişa epitelinin mikrotravmaları
  • Keratopatiya
  • Göz qapaqlarının cərrahi əməliyyatından sonra
  • Buynuz qişanın termiki zədələnməli zamanı
  • Konyuktivit
  • Quru göz sindromu
  • Kseroz, keratoz
  • Kontakt linzaların istifadəsindən sonra yaranan diskomfortu aradan qaldırmaq üçün
  • Gözlərdə qaşıntı, qızartı, yanma və yorğunluq hissini aradan qaldırmaq üçün

İstifadə qaydası: 1-2 damcı gündə 2-3 dəfə konyuktiva kisəsinə damızdırılır.

Əks göstərişləri: Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.

Əlavə təsirləri: Allergik reaksiyalar.

Buraxılış forması: 10 ml flakon içlik vərəqi ilə birlikdə karton qutuda qablaşdırılıb.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: «Novator Pharma» Office 21. Shepherd Market, London W1I7JY, – Böyük Britaniya.

İSTEHSALÇI: «Gricar Chemical SRL» via San Giuseppe, 18/20 – Brugherio ( MB) – İtaliya.
Dərman vasitəsi deyil.