Novafixin

Beynəlxalq patentləşdirilməmiş adı: Cefixime

rkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq Sefiksim vardır.
Köməkçi maddələr: titan 4-oksid.

Farmakoterapevtik qrupu3-cü nəsil sefalosporin antibiotiki.

Farmakoloji xüsüsiyyətləriFarmakodinamikaBimaks 3-ü nəsil sefalosporin antibiotikidir. Geniş spektrli antimikrob təsirə malikdir. Hüceyrə divarının sintezini tormozlamaqla bakterisid təsir göstərir. Beta-laktamazalara qarşı davamlıdır. Bir çox qrammüsbət və qrammənfi mikroorganizmlərə qarşı aktivdir: Enterococci, Pseudomonas, Bacteroides fraqilisListeria monocytogenes və Clostridia ştammlarına qarşı qeyri -aktivdir.Qrammənfi bakteriyalar – Enterobacter aerogenesEnterobacter cloacae, Escherichia coli, Acinetobacter calcoaceticusHaemophilus influenzaeHaemophilus parainfluenzaeKlebsiella oxytocaKlebsiella pneumoniaeMorganella morganiiNeisseria meningitidisNeisseria gonorrhoeae, Proteus mirabilis. Proteus vulgarisSerratia marcescensCitrobacter spp., Salmonella spp., Providencia spp., Shigella spp., Serratia spp., Treponemapallidum.Qrammüsbətbakteriyalar – Staphylococcus aureus, Staphylococcusepidermidis, Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus agalactiae, Streptococcus viridans, Streptococcus bovis.Anaeroblar – Bacteroides fragilis, Clostridium spp., Peptostreptococcus species, Peptococcus spp., Bacteroides biviusBacteroides melaninogenicus.

FarmakokinetikaPeroral qəbuldan sonra preparat tez və tam sorulur. Qida ilə birgə qəbulu preparatın absorbsiyasına təsir göstərmir. Qanda maksimal konsentrasiyaya 3-4 saatdan sonra çatır. Bimaksın 65%-i qan plazmasında zülallarla birləşir, 50 %-i dəyişilməmiş halda sidiklə və 10%-i isə ödlə xaric olur.Yarımparçalanma dövrü (T ½) 3-4 saata bərabərdir. Böyrəklərin funksional pozğunluğu zamanı böyrək kreatinin klirensı 20-40ml/dəq-yə çatır.

İstifadəsinə göstərişlərSefiksimə qarşı həssas olan mikroorqanizmlərin törətdiyi infeksion-iltihabi xəstəliklər, həmçinin, faringit, tonzillit, sinusit, kəskin və xroniki bronxit, orta otit, sidik yollarının fəsadlaşmamış infeksiyaları, sidik kanalının və uşaqlıq boynunun fəsadlaşmamış süzənəyi.Əks göstərişlərSefolosporinlərə və ya preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.Sefiksimin bu dərman formasının xroniki böyrək çatışmazlığı zamanı, həmçinin bədən kütləsi 25 kq-dan aşağı olan uşaqlarda istifadəsi məsləhət görülmür;

Aşağıdakı hallarda ehtiyatla istifadə olunmalıdır:

  • Kolit zamanı (anamnezdə);
  • Yaşlı xəstələrdə;

 

Ehtiyat tədbirləri

Böyrək funksiyasının çatışmazlığında KK (kreatinin klirensı) miqdarından asılı olaraq dozalanmanın korreksiyası tələb olunur. Digər preparatlara, xüsusilə penisillinlərə qarşı həssaslığı olan şəxslərə ehtiyatla təyin olunmalıdır.Preparatla müalicə zamanı gözlənilməyən əlamətlər müşahidə olunarsa həkimə müraciət edin.

İstifadə qaydası  dozası
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündəlik doza – 400 mq ( 1 tablet), birdəfəlik doza – 200-400mq (0,5-1 tablet).12 yaşa qədər uşaqlar: sutkalıq doza – 8 mq/kq, birdəfəlik doza – 4-8mq/kq.

Əlavə təsirləri
Diareya, qarında ağrı, ürəkbulanma, qusma, qaraciyər fermentlərinin keçici artması, başağrısı, başgicəllənmə, dəri səpgisi, övrə, genital gicişmə, vaginit, nadir hallarda psevdomembranoz kolit baş verə bilər.

Buraxılış forması
Bimaks 5 tablet, blisterlərdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şərait
30°C-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.Yararlılıq müddəti bitdikdən sonar istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.