Tərkibi:
Karbomer – 0.2 q
Sorbitol – 3.8 q
Natrium xlorid 0.03 q
Natrium hidroksid 1N – 1.9 q
İnyeksiya üçün su – 100 q-a qədər
Xüsusiyyətləri:
Karbomer – gözün buynuz qişasının epitelindəki mutsinlə birləşir. Nəticədə, əmələ gələn molekul özünə suyu birləşdirərək gözü nəmləndirir. Buynuz qişanın üzərində qoruyucu təbəqə yaradır, göz səthində sürtünməni azaldır. Məhlulun pH-ı və osmolyarlığı gözün selikli qişasınınkı ilə eynidir. Göz quruluğunda və qıcıqlanmalarında istifadə olunur. Gel gözün səthində süni göz yaşı damcılarına nisbətən daha uzun müddət qalır. Hedacon göz damcıları kontakt linzaları ilə birlikdə istifadə oluna bilər. Bu zaman linzanı çıxarmağa ehtiyac yoxdur.
İstifadəsinə tövsiyyələr:
- Əlverişsiz xarici mühit faktorlarının (kondisionerdən istifadə, küləkli, çox isti və ya tozlu hava şəraiti) təsirindən baş verən göz quruluğunun aradan qaldırılması
- Tərkibində konservantlar olan göz damcıları ilə müalicə zamanı baş verən göz quruluğunun aradan qaldırılması
- Allergiya və konyuktivit zamanı baş verən göz quruluğunun aradan qaldırılması
- Kompyuter və televizora uzun müddət baxdıqdan sonra yaranan göz quruluğunun aradan qaldırılması məqsədilə istifadə oluna bilər.
İstifadə qaydası:
Birdəfəlik dozaya malik konteynerin qapağını fırladaraq açın və hər gözə 1 damcı damızdırın. İstifadə etdikdən sonra dərhal konteynerin qapağını bağlayın. Açılmış konteyneri 12 saat ərzində istifadə etmək olar.
Əks göstərişləri:
Prepatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.
Əlavə təsirləri:
Gelin istifadəsindən sonra bir neçə dəqiqəliyinə görmənin dumanlanması ola bilər, bu tezliklə keçib gedəcək. Nadir hallarda gözlərdə qıcıqlanma yarada bilər.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: «Novator Pharma» Office 21. Shepherd Market, London W1I7JY, – Böyük Britaniya.
İSTEHSALÇI: LAMEPLAST GROUP, Italy.