TƏRKİBİ:
Üçyarpaq yonca yerüstü hissəsinin q.e. – 100 mq
İndol -3-karbinol – 100 mq
Brokkoli cücərtisi q.e. – 92,5 mq
Bosveliya saqqızı q.e. – 75 mq
Vitex meyvələrinin q.e. – 3 mq
Soya lobyası q.e. – 50 mq
Vitamin K2 – 25 mkq
Köməkçi̇ maddələr: jelatin, maqnezium stearat.
XÜSUSİYYƏTLƏRİ:
Üçyarpaq yonca – tərkibi karotin və askorbin turşusu, E vitamini və B qrupu vitaminlərindən ibarətdir. Həmçinin tərkibində izoflavonlar vardır ki, bunlar fitoestrogenlər olub, təsiri qadın hormonlarına bənzərdir. İzoflavonlar qadın orqanizmində hormonal balansı tənzimləyir. Klimaksın simptomlarını yüngülləşdirir.
Soya izoflavonları – qadın cinsi hormonu olan estrogenə oxşar quruluşa malik olduğu üçün seçici olaraq müxtəlif orqan və toxumalarda olan estrogen reseptorları ilə əlaqəyə girir və qadın cinsi hormonunabənzər təsir göstərərək klimaks əlamətlərini aradan qaldırır (istilikbasma, tərləmə, ürəkdöyünmə, əsəbilik, arterial təzyiqin dəyişilməsi, yuxunun pozulması və s.). Estrogenlə müalicədən fərqli olaraq soya izoflavonlarının yan təsiri yoxdur. Nəticədə hormondan asılı şişlərə və cinsi orqanların selikli qişasının hiperplaziyasına səbəb olmur. Kalsium mübadiləsini tənzimləyir və osteoporozun qarşısını alır.
Brokkolidə – indol-3-karbinol və sulforafan maddələri aşkar olunub. Bu maddələr bir çox xərçəng xəstəliklərinin müalicəsində və profilaktikasında istifadə olunur.
Bu səbəbdən alimlər brokkolini “xərçəng əleyhinə” tərəvəz hesab edir və bu xəstəliklərin profilaktikası məqsədi ilə brokkolinin öz qidalanmasına daha tez-tez daxil etməyi tövsiyə edirlər. Brokkolinin tərkibində olan sulforafan maddəsi həmçinin güclü iltihabəleyhinə təsirə malikdir və həmçinin immun sistemini gücləndirir.
İndol – 3 karbinol – estrogenlərin metabolizmində təhlükəli metabolitlərin əmələ gəlməsinin qarşısını alır, məsələn o, 16 –C – hidroksiestronun əmələ gəlməsinin qarşısını alır. 16 –C – hidroksiestron estrogendən asılı reseptorlarla birləşərək bəzi orqanlarda və toxumalarda kontrol olunmayan proliferasiyaya səbəb olur və kanserogen təsir göstərir. İndol – 3 – karbinol təhlükəsiz metabolit 2- C – hidroestronun əmələ gəlməsində iştirak edir. İndol – 3 – karbinolun mioma, endometrioz, mastopatiya və klimaks dövründə istifadəsi yüksək kliniki effekt göstərir.
Vitex – dofaminergik təsir göstərərək adenohipofizdən prolaktin ifrazını azaldır. Prolaktinin azalması süd vəzilərində gedən fibrokistik proseslərin geriyə inkişafına və siklik ağrı sindromunun aradan qalxmasına səbəb olur. Qonadotrop hormonların səviyyəsini tənzimləyir, sarı cismin funksional çatışmazlığı ilə əlaqədar menstrual tsikl pozulmalarını aradan qaldırır. Estradiol və progesteron arasındakı disbalansı tənzimləyir. Predmenstrual sindromun əlamətlərini (psixoemosional labillik, baş ağrıları, tsiklik mastodiniya, ödemlər) azaldır, sonsuzluğun müalicəsində istifadə olunur. Həmçinin preparat, 2-hidroksiestonun estrogenin kanserogen metabolitə ( 16-alfa-hidroksiestrona ) çevrilməsinin qarşısını alır.
Bosveliya serrata ekstraktı – tərkibindəki bosvelin turşusu sayəsində oynaq xəstəliklərinin, osteoxondroz, artrit və revmatizmin müalicəsində yüksək effekt göstərir. Bununla yanaşı damar divarını möhkəmləndirərək qan dövranını yaxşılaşdırır. Xüsusən klimakterik periodda dayaq-hərəkət aparatının hərəkətliliyini artırır, sümükləri və əzələləri möhkəmləndirir. Bioloji fəallığa malik qida əlavəsi xəstəliklərin müalicəsi məqsədi ilə istifadə oluna bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
• Hormondanasılı xəstəliklərin kompleks terapiyası (uşaqlığın mioması, fibroz-kistoz mastopatiya, uşaqlıq boynunun displaziyası, endometriyanın hiperplaziyası );
• Reproduktiv sistemin hormondanasılı xəstəliklərinin profilaktikası;
• Süd vəzisi və uşaqlıq boynu şişlərinin profilaktikası;
• İnsan papilloma virusu assosiasiyalı xəstəliklərin profilaktikası ( uşaqlıq boynunun displaziyası, kondiloma, papillomatoz );
• Menstrual tsikl pozğunluqları, amenoreya, yumrtalıqların disfunksiyası
• Kontraseptiv dərmanların istifadəsindən sonra hormonal fonu bərpa etmək üçün
• Klimakterik sindrom
ƏKS GÖSTƏRİŞLƏRİ:
Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya dövrü, 18 yaşa qədər şəxslər.
İSTİFADƏ QAYDASI VƏ DOZA:
18 yaşdan yuxarı 1 kapsul gündə 1 dəfə təyin edilir. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
ƏLAVƏ TƏSİRLƏRİ:
Allergik reaksiyalar.
BURAXILIŞ FORMASI:
30 kapsul
SAXLANMA ŞƏRAİTİ:
Quru, 25ºC temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
YARARLILIQ MÜDDƏTİ: 2.5 il.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
«Novator Pharma» Office 21. Shepherd Market, London W1I7JY, – Böyük Britaniya.
İSTEHSALÇI:
PRİMEA LİMİTED, İngiltərə.