Chondrocsil Gel

TƏRKİBİ:

Harpagophytum procumbens (harpagophytum) root extract 10
Capsicum frutescens (capsicum)fruit extract 0.6
Arnica Montana (arnica) flower extract 10
Sambucus nigra extract 10
Paraffinum liquidum 15
Prunus amygdalus dulcis (sweet almond) oil 17
Litsea cubeba fruit oil 21
Hydrolyzed collagen 20
Glucosamine HCl 5
Sodium chondroitin sulfate 0.5
Camphor 2.2
Caffeine 3

Farmakoloji qrupu: İltihab əleyhinə, ağrıkəsici və xondroprotektor vasitə.

Farmakoloji təsiri: 

Şeytan caynağı –  tərkibindəki harpaqozid  və beta-sitosterin hesabına toxumalarda damar keçiriciliyini normallaşdıraraq yerli mikrosirkulyasiyanı yaxşılaşdırır, iltihab əleyhinə təsir göstərir. Tərkibindəki harpaqozid qlikozidi həm də oynaq qığırdağının degenerasiyasına səbəb olan enzimi blokada edir.

Qırmızı bibər – tərkibində olan kapsaisin alkaloidi və efir yağları hesabına yerli mikrosirkulyasiyanı yaxşılaşdırmaqla iltihabın sürətli sorulmasını təmin edərək ödemi və ağrını effektiv olaraq aradan qaldırır. Həm də gelin komponentlərinin dəri səthindən daha yaxşı mənimsənilməsini təmin edir.

Dağ arnikası – köku və qabığı tərkibcə dimetil timohidroxinon efiri, arnisterin, arnidiol, arnidendiol, xolin, helenin, ksantofil kimi maddələrlə zəngindir. Selikli qişadan və dəridən sürətli sorularaq toxumalara nüfuz etməklə tez bir zamanda öz müalicəvi təsirini göstərmış olur. Tərkibindəki  komponentlər hesabına damargenəldici təsir göstərərək mikrosirkulyasiyanı yaxşılaşdırır, iltihab əleyhinə effekti sayəsində isə şişkinliyi aradan qaldıraraq ağrıkəsici təsir göstərir. Bundan başqa regenerator, angioprotektor, antiaqreqant və antioksidant təsirlərə malikdir.

Qara kəndalaş – qlikozidlər, rutin, karotin, α-amirin, β-sitosterin, askorbin turşusu ilə zəngin tərkibinə görə, güclü iltihab əleyhinə, antioksidant, antiaqreqant, angioprotektor  xondroprotektor  və immunostimulyator təsirlərə malikdir. Dəri üzərinə sürtüldükdən sonra toxumalara tez nüfüz edərək oz təsirini tez bir zamanda göstərmiş olur.  Araxidon turşusundan iltihabi mediatorların əmələ gəlməsini  blokada edərək – iltihab əleyhinə, trombositlərin aktivliyini azaltmaqla – antiaqreqant,  damarların və qığırdaq toxumasının tərkibində elastiki liflərin sintezini aktivləşdirməklə – angioprotektiv və xondroprotektiv təsirlər göstərmiş olur.

Qlükozamin HCl – birləşdirici toxumanın əsas struktur materialıdır. O əsasən, oynaq qığırdaqlarında, bağlarda, vətərlərdə, damarların divarında, bronxlarda, dəridə və selikli qişalarda çoxluq təşkil edir.  Qlükozamin HCl yüksək biomənimsənilməyə malikdir. Dəri səthinə sürtüldükdə  yaxşı sorulma qabiliyyətinə malik  olduğundan,  sorulduqdan  sonra qlükozaminlə bağlı vacib komponentlərin sintez olunduğu qığırdaq və digər toxumalarda toplanır. Qlükozamin HCl orqanizm üçün təhlükəsizdir və müxtəlif tədqiqatlara əsasən revmatik xəstəlklərin korreksiyasında uzunmüddətli istifadə oluna bilər.

Xondroitin sulfat – mukopolisaxarid təbiətli maddədir. Əsasən, sümük və qığırdaq toxumalarında yerləşir. Qığırdaq toxmasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Oynaqlarda qığırdaq toxumasının sturuktur və funksiyalarını pozan fermentləri blokada etməklə qığırdaq toxumasının sturukturunun degenerasiya proseslərini tormozlayır. Qlükozaminqlükan sintezini stimulə etməklə oynaq səthinin və oynaq kisəsinin regenerasiyasını sürətləndirir. Oynaq mayesinin sintezini sürətləndirməklə zədələnmiş oynaqların hərəkətliliyini artırır. Bundan əlavə, xondroitin sulfat sümük toxumasının formalaşmasında da iştirak edir. Eyni zamanda damar divarının möhkəmliyini və elastikiliyini təmin edir. Sümük toxumasının rezorbsiyasını ləngidir və kalsiumun itirilməsini azaldır, nəticədə osteoporozların inkişafını tormozlayır. Oynaqlarda iltihabi prosesləri aradan qaldırmaqla ağrıkəsici təsir göstərir, QSİƏP-lərə tələbatı azaldır. Oynaqların sinovial mayesinə asanlıqla penetrasiya edir.

Kollagen – qığırdaq toxumasının hüceyrəarası maddəsinin əsas elementidir. Kollagen toxuma matriksinin tamlığını bərpa edir, toxumaya dolğunluq verir. Sinovial mayenin hialuron turşusundan sonra 2-ci əsas komponenti hesab edilir.

Parafin, Kamfora və Kofein – yerli olaraq qan dövranını yaxşılaşdırır, əzələləri boşaldır, ağrıkəsici və iltihab əleyhinə təsir göstərir. Əzələ və oynaq ağrıları zamanı yüksək kliniki effektə malikdir.

Göstərişləri:

  • Osteoartroz (birincili və ikincili, koksartroz, qonartroz və s.)
  •  Artritlər. Revmatoid artit. Poliartrit. Periartrit.
  • Osteoxondroz
  • Spondilyoz
  • Revmatik ağrılar
  • Burxulma və dartılmalar
  • Nevralgiya, lyumbaqo, işias
  • Miozit, fibromialgiya
  • Əzələ, oynaq və oynaqətrafı yumşaq toxumaların travmaları
  • Oynaqlarda aparılan əməliyyatlardan sonrakı reabilitasiya zamanı

İstifadə qaydası:  Gün ərzində 2-4 dəfə travma və ya xəstəlik müəyyən edilən nahiyələrə sürtülur.

Doza həddinin aşılması: Doza həddinin aşılması müşahidə olunmur və qeydə alınmayıb.

Xüsusi göstərişləri: Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı allergik reaksiya olduqda həkimlə məsləhətləşmək lazımdır.

Əks göstərişləri: Preparatın tərkibindəki komponentlərə qarşı həssaslıq.

Əlavə təsirləri: Nadir hallarda  allergik reaksiyalar.

Buraxılış forması: Chondrocsil Gel 100 ml həcmə malik tubda və içlik vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.

Məhsulun və əmtəə nişanının sahibi:  NOVATOR PHARMA” Böyük  Britaniya.