Fernicsil

TƏRKİBİ: 1 TABLETDƏ
Dəmir qlukonat (26.86 mq elementar dəmirə ekvivalent) (Iron gluconate (eq. to 26.86 mg elemental iron)) – 235 mq
Fol turşusu (Folic acid) – 350 mkq
Vitamin B12 (Sianokobalamin (Cyanocobalamine)) – 4 mkq
Vitamin C (Askorbin turşusu (Ascorbic acid)) – 60 mq

Köməkçi maddələr: maltodekstrin (maltodextrin), mikrokristallik sellüloza (microcrystalline cellulose), natrium kroskarmelloza (croscarmellose sodium), silisium-dioksid (silicon dioxide), bitki mənşəli maqnezium stearat (vegetable grade magnesium stearate), etil sellüloza (ethyl cellulose), hidroksipropilmetil sellüloza (hydroxypropylmethylcellulose), bitki mənşəli qliserin (glycerin pheur vegetable grade), orta uzunluqlu zəncirə malik triqliseridlər (medium chain triglycerides ), olein turşusu (oleic acid), ammonium hidroksid (ammonium hydroxide), natrium alginat (sodium alginate), təmizlənmiş stearin turşusu (purified stearic acid)

İSTİFADƏ QAYDALARI VƏ DOZA:
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 tablet gündə 1 dəfə. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

ƏKS GÖSTƏRİŞLƏRİ:
Məhsulun tərkibində olan hər hansı komponentinə qarşı hiperhəssaslıq, hemolitik anemiya, hemoxromotoz, hemosideroz, aplastik anemiya.

BURAXILIŞ FORMASI:
Tablet.

QABLAŞDIRMA FORMASI:
№30 (2×15) blisterdə, karton qutu qablaşdırmada.

İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:
Dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsidir. Dərman vasitəsi deyildir.

SAXLANMA ŞƏRAİTİ:
25ºC-dən yüksək olmayan temperaturda quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

YARARLILIQ MÜDDƏTİ:
3 il.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: Novator Pharma LLP – Böyük Britaniya.

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə): SIA “Primea”, Latviya.

İSTEHSALÇININ ÜNVANI: Ventspils iela 48, Riga, LV-1002