Kleston

Kleston: 500 mq/5ml inyeksiya üçün məhlul.

Tərkibi:

Təsiredici maddə: 5 ml inyeksiya məhlulunun tərkibində 500 mq traneksam turşusu vardır.

Farmakoloji xüsusiyyətləri:

Traneksam turşusu koaqulyasiya prosesinə təsir etmir, yalnız plazmin və plazminogen səviyyəsində təsir göstərir. Stabil trombun əmələ gəlməsində iştirak edir. Fibrinoliz prosesinin qarşısını alır, kollagenin sintezini artırır, bununla da trombun damar divarına möhkəm birləşməsinə şərait yaradır. Plazma zülalları ilə az miqdarda birləşir. Əzələdaxili  yeridildikdən 40 dəqiqə sonra qanda maksimal konsentrasiya yaradır.  Qaraciyərdə metabolizmə uğramır. 24 saat ərzində  40-70 % dəyişilməmiş formada sidiklə xaric olunur.

İstifadəsinə göstərişlər:

  • Ginekoloji qanaxmalar (menorragiyalar, metroragiyalar).
  • Doğuşdan əvvəl və sonrakı qanaxmalar.
  • Cərrahi əməliyyat zamanı və əməliyyatdan sonrakı qanaxmaların profilaktikası məqsədi ilə.
  • Mədə-bağırsaq qanaxmaları.
  • Ağciyər qanaxmaları.
  • Burun qanaxmaları, adenotonzilloektomiya.
  • Sidik yolları qanaxmaları
  • Stomatoloji qanaxmalar.
  • Ekzema, övrə, toksikodermiya.
  • Müxtəlif qanaxmalara meyillik (fibrinolitik sisteminin aktivləşməsi nəticəsində), leykozlar, aplastik anemiyalar , purpura.

Əks göstərişləri:

Preparata qarşı yüksək həssaslıq.

Xüsusi göstərişləri:

  • Tromboz ( serebral tromboz, miokardın infarktı, tromboflebit və s.) və tromboemboliyaya meyillik.
  • Böyrək çatışmamazlığı olan xəstələrdə dozanı korreksiya etmək lazımdır.

Əlavə təsirləri:

Nadir hallarda anoreksiya, ürəkbulanma, qusma, diareya, qəbzlik, qaşınma, dəridə səpkilər və əzginlik müşahidə oluna bilər.

Traneksam turşunu eyni vaxtda digər preparatlarla yanaşı təyin etmək olar ( antibakterial və anestetiklər və s.). 

İstifadə qaydası və dozası:

Böyüklərdə 500-1000 mq gündə 1-2 dəfə venadaxili (3-5 dəqiqə ərzində ) yaxud əzələdaxili. Cərrahi əməliyyat, yaxud əməlliyyat bitdikdən sonra ehtiyac olduqda birdəfəlik  500-1000 mq əzələdaxili  yaxud 500-2500 mq venadaxili damcı vasitəsilə.

Uşaqlara damardaxili 1 yaşa gədər -100 mq. 3 yaşa qədər 150 mq, 7.5 yaşa qədər 200 mq, 14 yaşa qədər 250 mq.

Dozalanma pasiyentin yaşına və simptomların kəskinliyinə müvafiq olaraq təyin edilir.

Buraxılış formasi:

500 mq /5 ml 5 ampul.

Saxalanma şəraiti:

150C-200C temperaturda və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Yaralılıq müddəti:

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılış qaydası:

Resept əsasında buraxılır.

Məhsulun və əmtәә nişanın sahibi:

NOVATOR PHARMA LLP, Office 21, 8 Shepherd Market, London, W1J 7JY, UK.

Məhsulun və əmtəə nişanın sahibi:  “NOVATOR PHARMA”    Böyük  Britaniya.

İstehsal edilir: Bioindustria L.İ.M.Laboratorio İtaliano Medicinali S.p.A. “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.