Tərkibi
1 kapsulda 100 mq doksisiklin vardır.
Farmakoterapevtik qrupu
Tetrasiklin qrupu antibiotiki.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Oksitetrasiklinin yarımsintetik törəməsi olub, geniş təsir spektrinə malik antibiotikdir. Doksisiklinin bakteriostatik təsir mexinizmi RNT sintezini inhibə etməsindən ibarətdir. Qram (+) və Qram (-) mikroorqanizmlərə, həmçinin Streptococcus sрр. (həmçinin Streptococcus pneumoniae), Staphylococcus spp. (həmçinin Staphylococcus aureus, Staphylococcus epidermidis), Propionibacterium acnes, Listeria spp., Bacillus anthracis,Neisseria gonorrhoeae, Neisseria meningitidis, Haemophilus influenzae, Brucella spp., Mycoplasma spp., Clostridium spp., Escherichia coli, Shigella spp., Salmonella spp., Listeria, Spirocheta, E.hystolica, Yersinia pestis , Vibrio spp., Francisella tularensis , Enterobacter, Klebsiella spp., Bacteroides spp., Chlamydia spp., Rickettsia, Ureaplasma kimi törədicilərə qarşı aktivdir. Proteus , Pseudomonas spp., Serratia, Providencia, Enterococci kimi törədicilərə qarşı daha zəif təsirə malikdir.
İbtidailərə qarşı (malyariya, amöb) aktivliyə malikdir. Haemophilus influenzae və hüceyrədaxili törədicilərə qarşı yüksək həssaslıq göstərir. Mikoplazma etiologiyalı pnevmoniya və kəskin bronxitlərdə yüksək effektivliyə malikdir.
Yaşlı xəstələrdə Escherichia bakteriyasının törətdiyi kəskin prostatit və sidik yollarının infeksiyalarının empirik müalicəsində effekt göstərir.
Farmakokinetikası
Preparat peroral qəbul zamanı yüksək biomənimsənilmə ilə (90-100%) səciyyələnir. Qida və ya süd məhsullarının qəbulu dərman vasitəsinin sorulmasını 20%-ə qədər azalda bilər ki, bu da klinik əhəmiyyət kəsb etmir. Toxuma baryerlərindən yaxşı keçir, parenximatoz orqanlarda, sümükdə, bağırsaqların selikli qişasında, plevra və sinovial mayedə kifayət miqdarda toplanır. Eyni zamanda, serebrospinal mayedə, göz yaşında, ağız suyunda və dəridə aşağı konsentrasiyada aşkar edilir. Preparat hüceyrələrin daxilinə keçməklə, hüceyrədaxili mikroorqanizmlərə təsir göstərmək qabiliyyətinə malikdir. Dərman vasitəsinin orqanizmdən xaric olması böyrəklərin ekskretor funksiyasından asılı deyil.
İstifadəsinə göstərişlər
Əks göstərişləri
Doksisiklinə və ya Ksemin preparatının hər hansı bir komponentinə qarşı allergiya, 8 yaşa qədər uşaqlar, ağır qaraciyər çatışmazlığı, hamiləlik, laktasiya. 8 yaşa qədər uşaqlarda istifadə olunmur. Dişlərin və sümüklərin inkişafını ləngidə bilər.
İstifadə qaydası və dozası
İnfeksiyanın ağırlıq dərəcəsindən asılı olaraq doza həkim tərəfindən təyin olunur. Böyüklərə və 8 yaşdan yuxarı uşaqlara: birinci gün 200 mq dozada, sonra isə 100 mq gündəlik dozada, ağır infeksiyalar zamanı 200 mq gündəlik dozada daxilə təyin edilir. Müalicə müddəti adətən 10 gün təşkil edir.
Müxtəlif infeksion xəstəliklərdə dozalanması aşağıda qeyd olunmuşdur:
Akne və sızanaqların müalicəsində 50 mq gündə 1 dəfə, müalicə müddəti 6-12 həftə.
Zöhrəvi xəstəliklərin müalicəsində 100 mq gündə 2 dəfə, müalicə müddəti 7-10 gün.
Sifilisin müalicəsində bir neçə qəbula bölünməklə sutkalıq 300 mq.
Bitlər və birələr vasitəsilə yayılan residiv verən qızdırma zamanı 100 və ya 200 mq birdəfəlik dozada daxilə təyin edilir.
Malyariyanın müalicəsində gündəlik 200 mq, müalicə müddəti 7 gün.
Vəbanın müalicəsində 200 mq həftədə 1 dəfə.
Səyahətçi diareyasının profilaktikası : 200 mq səyahətin birinci günü, sonrakı 3 həftə ərzində gündəli 100 mq.
Leptospirozun profilaktikası: yoluxma zonasında həftədə 1 dəfə 200 mq; səyahət bitdikdən sonra 200 mq. 3 həftədən artıq istifadə etmək olmaz.
Əlavə təsirləri
Allergik reaksiyalar, anafilaktik şok, qanaxma, bədən temperaturunun qalxması, infeksion xəstəliyin baş qaldırması, porfiriya, sarılıq qaraciyərin funksiyalarının ağır dərəcəli pozulmasının göstəricisi ola bilər, psevdomembranoz kolit, disfagiya, döş sümüyü arxasında ağrı və yanğı hissi, uşaqlıq yolunda qaşınma, ifrazat və kandidoz və ya digər infeksiyalar, məsələn ağızın və dilin infeksiyalaşması və s.
Buraxılış forması
14 kapsul, blisterdə. 1 blister, içlik vərəqi ilə birlikdə karton qutuda qablaşdırılıb.
İstehsalçı
DEVA Holding A.Ş.
Məhsulun və əmtəə nişanın sahibi: “NOVATOR PHARMA” Böyük Britaniya.