Ksinocard

TƏRKİBİ: 1 TABLET
Karnitin tartrat (Carnitine tartrate) (L-Karnitin (L-Carnitine) – 500 mq)) – 735 mq
Koenzim Q10 (Coenzyme Q10) – 40 mq
Kversetin dihidrat (Quercetin dihydrate) (Kversetin (Quercetin) – 25 mq) – 30 mq

Köməkçi maddələr: Maltodekstrin (maltodextrin), mikrokristallik sellüloza (microcrystalline cellulose), natrium karmelloza (sodium carmellose), etil sellüloza (ethyl cellulose), orta uzunluqlu zəncirə malik triqliseridlər (medium chain triglycerides), olein turşusu (oleic acid), ammonium hidroksid (ammonium hydroxide), natrium alginat (sodium alginate), hidroksipropil metilsellüloza (hydroxypropyl methylcellulose), silisium-dioksid (silicon dioxide), bitki mənşəli maqnezium stearat (magnesium stearate pheur vegetable grade), bitki mənşəli stearin turşusu (stearic acid pheur vegetable grade), bitki mənşəli qliserin (glycerine pheur vegetable grade)).

İSTİFADƏ QAYDALARI VƏ DOZA: Böyüklər: 1 tablet gündə 1 dəfə. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

ƏKS GÖSTƏRİŞLƏR: Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya, 18 yaşa qədər şəxslər.

BURAXILIŞ FORMASI: Tablet.

QABLAŞDIRMA FORMASI: №30 (3×10) blisterdə, karton qutu qablaşdırmada.

İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR: Orqanizmin metabolik proseslərini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsidir. Dərman vasitəsi deyildir.

SAXLANMA ŞƏRAİTİ: 25ºC-dən yüksək olmayan temperaturda, quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

YARARLILIQ MÜDDƏTİ: 3 il.

MƏHSULUN VƏ ƏMTƏƏ NIŞANININ SAHİBİ: «Novator Pharma» LLP – Böyük Britaniya.

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə): SIA “Primea”, Latviya.

İSTEHSALÇININ ÜNVANI: Ventspils iela 48, Riga, LV-1002