Lizitren

Beynəlxalq patentləşdirilməmiş adı: Amlodipine + Lisinopril

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi:
Təsiredici maddə: 1 örtüksüz tabletin tərkibində 5 mq Amlodipinə ekvivalent miqdarda Amlodipin-bezilat (BP), 10 mq susuz Lizinoprilə ekvivalent miqdarda Lizinopril dihidrat (BP) vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, susuz kalsium-fosfat, magnezium-stearat, nişasta, təmizlənmiş talk, susuz koloidal silisium4-oksid.

 

Farmakoterapevtik qrupu:
Kombinə olunmuş hipotenziv dərman vasitəsi (angiotenzinçevirici fermentin inhibitoru + “ləng” kalsium kanallarının blokatoru.)

 

Farmakoloji xüsusiyyətləri:
Farmakodinamikası:
Təsir mexanizmi:

Amlodipin:
Amlodipin dihidropiridin kalsium antaqonisti (kalsium  ionlarının antaqonisti və ya ləng kalsium kanallarının blokatoru) olub, kalsium ionlarının membranlardan damarların saya əzələlərinə və ürək əzələsinə keçməsini tormozlayır.
Eksperimental məlumatlar göstərir ki, amlodipin hər iki tərəfə – dihidropiridin və qeyri-dihidropiridin tərəfə birləşir.
Amlodipin periferik arterial vazodilatatordur (damargenişləndirici), birbaşa damarın saya əzələsinə təsir göstərərək periferik damar müqavimətini aşağı salır və qan təzyiqini azaldır.

Lizinopril:
Lizinopril insanlarda və heyvanlarda angiotenzinçevirici fermentin (AÇF) inhibitorudur. AÇF peptidil dipeptidazadır və angiotenzin-I-in angiotenzin-II-yə çevrilməsinin katalizatorudur. Angiotenzin-II isə özlüyündə böyrəküstü vəzin qabıq maddəsi tərəfindən aldos-teronun ifraz olunmasını stimullaşdırır. Hipertenziya və ürək çatışmazlığı zamanı lizinoprilin müalicəvi təsiri renin-angiotezin-aldosteron sisteminin fəaliyyətini tormozlamaqdan ibarətdir.AÇF-in inhibə olunması plazmada Angiotenzin-II-nin səviyyəsinin aşağı düşməsinə səbəb olur ki, bu da vazopressor aktivliyin və aldosteron ifraznın azalmasina gətirib çıxarır.

Farmakokinetikası:
Amlodipin:
Müalicəvi dozada oral qəbuldan sonra amlodipinin pik konsentrasiyası 6-12 saat ərzində yaranır. Mütləq biomənimsənilməsi 64-90% təşkil edir. Amlodipinin biomənimsənilməsi qida qəbulundan asılı deyildir. Amlodipin geniş surətdə (90%) qaraciyər metabolizmi vasitəsilə qeyri-aktiv metabolitlərə çevrilir, başlanğıc maddənin 10%-i və metabolitlərin 60%-i sidiklə xaric olur. Plazmadan xaric olması iki fazalıdır və son yarımxaricolma dövrü 30-50 saata yaxındır. Amlodipinin stabil plazma səviyyəsi ardıcıl olaraq 7-8 gün istifadə edildikdən sonra yaranmışdır.
Böyrək çatışmazlığı amlodipinin farmakokinetikasına əhəmiyyətli təsir göstərmir.

Lizinopril:
Böyük pasiyentlər: Lizinoprilin oral qəbulundan sonra onun pik plazma konsentrasiyası 7 saata yaxın vaxt ərzində yaranır. Lizinoprilin digər zərdab proteinləri ilə birləşməsi aşkar edilməmişdir. Lizinopril metabolizmə məruz qalmır və dəyişilməmiş şəkildə tamamilə sidiklə xaric olur. Lizinoprilin təqribən 25%-i absorbsiya olunur ki, o da sınaqların keçirildiyi bütün dozalarda (5-80 mq) fərqdən asılı olaraq geniş miqyasda dəyişir (6-60%). Mədə-bağırsaq sistemində olan qida lizinoprilin absorbsiyasına təsir göstərmir. Lizinoprilin mütləq biomənimsənilməsi NYHA üzrə II-IV sinif stabil durğun ürək çatışmazlığı olan pasiyentlərdə 16%-ə qədər azalmışdır və paylanma həcmi normal pasiyentlərdə olduğundan bir qədər az olmuşdur. Çoxdəfəli dozalarda lizinopril 12 saatlıq effektiv yarımtoplanma dövrünə malik olmuşdur.
Böyrəklərin funksional çatışmazlığı lizinoprilin xaric olmasını aşağı salır, hansı ki, əsasən böyrəklər vasitəsilə xaric olur. Lakin bu azalma o zaman əhəmiyyət daşıyır ki, yumaqcıq filtrasiyasının sürəti 30 ml/dəq-dən az olsun. Yumaqcıq filtrasiyası bu sürətdən yuxarı olduqda yarımxaricolma dövrü az dəyişmişdir.
Pediatrik pasiyentlər: Lizinoprilin farmakokinetikası yumaqcıq filtrasiyasının sürəti >30 ml/dəq/1,73 m2 olan 6 yaşdan 16 yaşa qədər 29 pediatrik pasiyent üzərində öyrənilmişdir. 0,1 -0,2 mq/kq dozadan sonra lizinoprilin plazmada sabit pik konsentrasiyası 6 saata yaxm müddətdə yaranmış və absorbsiya dərəcəsi 28%-ə yaxın olmuşdur.

Klinikaya qədər təhlükəsizliyi:
Siçovullar üzərində aparılan tədqiqatlarda lizinoprilin hematoensefalik baryerdən pis keçdiyi müəyyən olunmuşdur. Siçovullar üzərində çoxdəfəli dozalarda istifadəsi lizinoprilin hər hansı toxumada toplanmasına səbəb olmamışdır.

 

İstifadəsinə göstərişlər:
LIZITREN hipertenziyanın, tac arteriyasının xəstəliyinin, ürək çatışmazlığının və kəskin miokard infarktının müalicəsi üçün təyin olunur.

 

Əks göstərişlər:
Amlodipinə və Lizinoprilə qarşı məlum yüksək həssaslığı olan pasiyentlərə, həmçinin əvvəllər angiotenzinçevirici fermentlərlə müalicə nəticəsində angioödem əmələ gələn pasiyentlərə və irsi və idiopatik angioödemi olan pasiyentlərə Amlodipin-Lizinopril kombinasiyasının təyin olunması əks göstərişdir.

Xüsusi göstərişlər:
Amlodipin:
Amlodipinin damargenişləndirici təsiri tədricən meydana çıxdığından oral istifadə zamanı hipotenziyanın yaranması barədə nadir hallarda məlumat verilmişdir. Bununla belə, digər periferik vazodilatatorlarda (damargenişləndirici) olduğu kimi, xüsusilə  aortanın ağır stenozu olan pasiyentlərdə Amlodipin ehtiyatla istifadə olunmalıdır.
Durğun ürək çatışmazlığı olan pasiyentlərdə istifadəsi: ümumiyyətlə, kalsium kanallarının blokatorları ürək çatışmazlığı olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır.
Beta-blokatorların ləğv edilməsi: Amlodipin beta-blokator deyildir, ona görə də beta- blokatorların qəflətən ləğv edilməsi nəticəsində yaranan təhlükəyə qarşı təsir göstərmir; bu cür ləğvetmə beta-blokatorun dozasını tədricən azaltmaqla həyata keçirilməlidir.
Qaraciyər çatışmazlığı olan pasiyentlər: Amlodipin geniş şəkildə qaraciyərdə metabolizmə mərüz qaldığından və qaraciyərin funksional çatışmazlığı olan pasiyentlərdə plazmadan xaricolma müddəti (T1/2) 56 saat olduğundan, qaraciyərin ağır zədələnməsi olan pasiyentlərdə Amlodipindən istifadə edərkən ehtiyatlı olmaq lazımdır.
Lizinopril:
Aortanm stenozu/Hipertrofik kardiomiopatiya:  bütün vazodilatatorlarda  olduğu kimi, Amlodipin sol mədəciyin damar keçiriciliyində daralma olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır.
Böyrəklərin funksional çatışmazlığı: renin-angiotezin-aldosteron sistemi inhibə edildiyindən həssas şəxslərdə böyrəklərin funksional vəziyyətində dəyişikliklər baş verə bilər.
Ağır durğun ürək çatışmazlığı olan və bununla əlaqədar olaraq, böyrəklərin funksiyaları renin-angiotenzin-aldosteron sisteminin aktivliyindən asılı ola bilən pasiyentlərdə Lizinopril də daxil olmaqla, angiotenzinçevirici fermentin inhibitorları ilə müalicə oliquriya və/və ya inkişaf edən azotemiya ilə və nadir hallarda kəskin böyrək çatışmazlığı ilə və/və ya ölümlə nəticələnə bilər.
Birtərəfli və ya ikitərəfli böyrək arteriyalarının stenozu olan hipertenziyalı pasiyentlərdə qanda sidik cövhəri azotunun və zərdab kreatininin səviyyəsinin artması baş verə bilər.
Hipertenziyası,   ürək   çatışmazlığı   və   ya  miokard   infarktı   olan   pasiyentlərin qiymətləndirilməsi həmişə özündə böyrək fünksiyasının müəyyən edilməsini ehtiva edir.
Hiperkaliemiya: klinik sınaqlar zamanı hipertenziyalı pasiyentlərin təqribən 2,2 %-də və ürək çatışmazlığı olan pasiyentlərin 4,8%-də hipokaliemiya (zərdabda kaliumun səviyyəsi 5,7 mEQ/L-dən çox) baş vermişdir. Hiperkaliemiyanın inkişafının risk faktorlarına böyrək çatışmazlığı, şəkərli diabet və kaliıımqoruyucu diuretikllərin, kalium əlavələrinin və/və ya kalium tərkibli duzların eyni zamanda istifadəsi aiddir ki, bunlar birlikdə, xüsusilə Lizinoprillə birlikdə ehtiyatla istifadə olunmalıdır.
Öskürək: endogen bradikininin deqradasiyasının inhibə olunması hesabına AÇF-in bütün inhibitorları ilə əlaqədar yaranan və həmişə müalicə dayandırıldıqdan sonra aradan qalxan davamlı quru öskürək barədə məlumat verilmişdir. AÇF-in inhibitorları tərəfindən törədilən öskürək öskürəyin differensial diaqnozu zamanı nəzərə alınmalıdır.
Cərrahiyyə/anesteziya: böyük cərrahi əməliyyata məruz qalmış pasiyentlərdə və hipotenziya törədən dərman vasitələri ilə aparılan anesteziya dövründə, Lizinopril reninin kompensator azad olması üçün angiotenzin-II-nin ikincili formalaşmasını blokadaya ala bilər.
Karsinogenlik, mutagenlik, fertilliyin pisləşməsi:
Amlodipin və Lizinopril kombinasiyasına dair belə məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası C-dir: Bu kombinasiyanm hamilə qadınlar üzərində adekvat və yaxşı nəzarət olunan tədqiqi aparılmamışdır. Ona görə Amlodipin-Lizinopril kombinasiyası hamiləlik dövründə yalnız o halda istifadə oluna bilər ki, ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olsun.
Amlodipinin və ya Lizinoprilin ana südünə nüfüz etməsi məlum deyildir. Bu barədə məlumat olmadığından laktasiya dövründə preparatın istifadəsi lazım gələrsə, o zaman ana südü ilə qidalandırmanın dayandırılması tövsiyə olunur.

 

Uşaqlarda istifadəsi:
Amlodipin-Lizinopril kombinasiyasının 6 yaşa qədər uşaqlara təsiri məlum deyildir.

Ahıl yaşlı pasiyentlərdə istifadəsi:
Ümumiyyətlə, ahıl yaşlı pasiyentlərə doza ehtiyatla seçilməlidir, adətən,  qaraciyərin,böyrəklərin və ya ürəyin funksiyalarının azalması tezliyinə və paralel mövcud olan xəstəliyə və ya digər dərman müalicəsinə uyğun olaraq, preparatla müalicə doza diapazonunun ən aşağı dozası ilə başlanılır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Amlodipin:
İn vitro əldə edilmiş məlumatlar göstərir ki, Amlodipin insanın  diqoksinlə, fenitoinlə, Varfarinlə və indometasinlə birləşmiş plazma proteinlərinə heç bir təsir göstərmir.
Digər dərman vasitələrinin Amlodipinə təsiri: Simetidin: Amlodipinlə birlikdə istifadəsi Amlodipinin farmakokinetikasını dəyişdirmir.
Qreypfrut şirəsi: 240 ml qreypfrut şirəsi ilə Amlodipinin 10 mq birdəfəlik oral dozasmm 20 könüllü  sağlam insanlar üzərində  istifadəsi  zamanı  qreypfrut  şirəsinin Amlodipinin farmakokinetikasına heç bir əhəmiyyətli təsiri aşkar edilməmişdir.
Sildenafıl: Sildenafılin 100 mq birdəfəlik dozası essensial hipertenziyası olan şəxslərdə Amlodipinin farmakokinetik parametrlərinə heç bir təsir göstərməmişdir.
Amlodipinin digər dərman vasitələrinə təsiri
Atorvastatin: Amlodipinin 10 mq çoxdəfəli dozası ilə 80 mq atorvastatinin birlikdə istifadəsi zamanı  atorvastatinin farmakokinetik parametrlərində heç bir əhəmiyyətli  dəyişiklik müşahidə olunmamışdır.
Diqoksin: Normal könüllülərdə Amlodipinlə diqoksinin birlikdə istifadəsi zamanı diqoksinin zərdabda səviyyəsi və ya böyrək klirensi dəyişməmişdir.
Varfarin: Amlodipinlə varfarinin birlikdə istifadəsi zamanı varfarinin protrombin vaxtı dəyişməmişdir.

Lizinopril:
Diuretiklərlə müalicə olunan hipotenziv pasiyentlər: diuretiklərlə müalicə olunan və xüsusilə diuretiklə müalicəsi yaxın günlərdə başlamış pasiyentlərdə lizinoprillə müalicəyə başladıqdan sonra nadir hallarda qan təzyiqinin həddindən çox aşağı düşməsinə səbəb ola bilər. Lizinoprillə diuretiklərin birlikdə istifadəsi zamanı lizinoprilitı hipotenziv təsirini diuretikin istifadəsini dayandırmaqla və ya lizinoprillə müalicəyə başlamazdan əvvəl duz qəbulunu artırmaqla minimuma endirmək olar. Lizinoprillə müalicə olunan pasiyentlərin müalicəsinə diuretik əlavə olunduqda adətən antihipertenziv təsirin toplanması müşahidə edilmişdir. AÇF inhibitorlarının diuretiklərlə kombinasiyasının tədqiqi zamanı müəyyən edilmişdir ki, diuretiklə birlikdə istifadə olunduqda AÇF inhibitoranun dozası azaldıla bilər. Qeyri-steroid iltihabəleyhinə preparatlar: böyrək funksiyalarının riskə məruz qaldığı bəzi pasiyentlərdə qeyri-steroid iltihabəleyhinə preparatlarla müalicədə eyni zamanda lizinoprilin istifadəsi gələcəkdə böyrəklərin funksional vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Bu təsirlər, adətən keçicidir.
Digər preparatlar: Lizinopril paralel olaraq nitratlarla və/və ya diqoksinlə birlikdə istifadə olunduqda klinik əhəmiyyət daşıyan əlavə təsirlər müşahidə edilmir. Lizinopilin propranolla və ya hidroxlorotiazidlə paralel istifadəsi zamanı heç bir klinik əhəmiyyətli farmakokinetik qarşılıqlı təsir aşkar edilməmişdir. Qida qəbulu lizinoprilin biomənimsənilməsini dəyişdirmir.
Zərdabda kalıumun səviyyəsini artıran preparatlar: lizinopril tiazid qrupu diuretiklərinin səbəb olduğu kalium itkisini zəiflədir.Lizinoprilin kaliumqoruyucu diuretiklərlə (məs., spironolakton, triamteren və ya amilorid), kalium əlavələri ilə və ya tərkibində kalium olan duz əvəzediciləri ilə birlikdə istifadə edilməsi zərdabda kaliumun səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər. Ona görə də əgər bu komponentlərin eyni zamanda istifadəsi lazım gələrsə hipokaliemiya riskinə görə, bu, ehtiyatla və zərdabda kaliumun səviyyəsinin tez-tez monitorinqini keçirməklə həyata keçirilməlidir.
Litium: natriumun eliminasiyasına səbəb olan dərman vasitələri, o cümlədən AÇF-in inhibitorları ilə birlikdə istifadə olunduqda litiumun toksiki təsir göstərməsi barədə məlumat vardır. Litiumun toksiki təsiri adətən keçici olmuş, litiumla və AÇF-in inhibitoru ilə müalicənin dayandırılmasından sonra aradan qalxmışdır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabillyyətinə təsiri:
Amlodipin-lizinopril kombinasiyasının nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərməsi güman edilmir.

 

İstifadə qaydası və dozası:
Amlodipinin adi antihipertenziv oral dozası gündə 1 dəfə 5 mq, maksimal dozası gündə 1 dəfə 10 mq təşkil edir. Xroniki stabil və ya vazospastik stenokardiya zamanı tövsiyə olunan dozası 5-10 mq-dır, ahıl yaşlı və qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanm azaldılması tövsiyə olunur.
Ürək çatışmazlığı və kəskin miokard infeksiyası zamanı lizinoprilin adi effektiv dozası günaşırı gündə 1 dəfə istifadə etməklə 5 mq-dan 20 mq-a qədərdir.
Bebliklə, LIZITREN gündə 1 tablet istifadə oluna bilər.

 

Əlavə təsirləri: Əlavə təsirləri nadir hallarda müşahidə oluna bilər.
Amlodipin:
Ürək-qandamar sisteminə: aritmiya, bradikardiya, döş qəfəsində ağrı, postural (ortostatik) hipotenziya.
Mərkəzi və periferik sinir sisteminə: başgicəllənmə.
Mədə-bağırsaq sisteminə: qəbizlik, dispepsiya.
Ümumi: allergik reaksiya.
Xüsusi hisslər: qeyri-noramal görmə, konyunktivit, diplopiya, göz ağrısı, qulaqlarda cingilti.
Sidik sisteminə: sidiyəgetmənin pozğunluğu.
Dəriyə və dəri artımlarına: qaşınma, səpgi.
Bu əlavə təsirlər plasebo-nəzarət olunan sınaqlarda 1%-dən az hallarda, preparatdan çoxdəfəli istifadənin bütün hallarında 1 %-lə 2% arasında meydana çıxmışdır.

Lizinopril:
Bütünlükdə orqanizmə: anafılaktoid reaksiyalar, ortostatik təsirlər.
Ürək-qandamar sisteminə: yüksək riskli pasiyentlərdə ikincili hipotenziyadan güclü hipotenziyaya qədər; ürəkdöyünmə.
Həzm sisteminə: dispepsiya, qıcqırma, mədə-bağırsaq spazmları, qəbizlik, meteorizm,ağızda quruluq.
Sinir sisteminə: oyanıqlıq və əsəbilik.
Tənəffüs sisteminə: faringit, rinit, rinoreya.
Dəriyə: səpgi.
Hipotenziya: hipertenziyalı pasiyentlərin 1,2%-də   hipotenziya 0,1 %-də isə bayılma baş vermişdir.

 

Doza həddinin aşılması:
Amlodipin:
Doza həddinin aşılması periferik damarların həddindən artıq genişlənməsinə, nəticədə hipotenziyanın və taxikardiyanın əmələ gəlməsinə səbəb ola bilər. İnsanlarda Amlodipinin dozasının qəsdən aşılması təcrübəsi məhduddur.
Əgər doza həddinin əhəmiyyətli dərəcədə aşması baş verərsə ürək və tənəffüs fəaliyyətinin monitorinqini keçirmək lazımdır. Qan təzyiqinin tez-tez ölçülməsi vacibdir. Əgər hipotenziya baş verərsə, orqanizmə çoxlu miqdarda və məqsədyönlü  şəkildə maye yeridilməsi də daxil olmaqla, ürək-qandamar sisteminin fəaliyyəti dəstəklənməlidir. Əgər hipotenziya bu konservativ tədbirlərə cavabsız qalarsa, dövr edən mayenin və xaric olan sidiyin həcminə diqqət etməklə damardaraldıcı dərman vasitələrindən istifadə edilməsi tövsiyə olunur.

Lizinopril:
Doza həddi aşılmasının ən çox ehtimal olunan təzahürü hipotenziyadır, hansının ki, aradan qaldırmaq üçün normal duz məhlulunun venadaxili infuziyasından istifadə edilir.

 

Buraxılış forması: 10 tablet, blisterlərdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: 25°C-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.