Tərkibi: Hər 1 ml
Novacetrin damcının tərkibində setirizin hidroxlorid 10 mq.(25 damcı-1ml)
Farmakoterapevtik qrupu: Allergiyaəleyhinə. Antihistamin.
Farmakoloji xsusiyyətləri: Novacetrin damcı Selektiv olaraq H1 – histamin reseptorlarını blokada edərək, histaminin damarlara təsirinin qarşısını almaqla , damar keçiriciliyinin pozulması hallarını aradan götürür, hiperemiya və ödemin yaranmasına əngəl olur. Efektiv olaraq histaminə dəri reaksiyalarının yaranmasını tormozlayaraq hiperemiya, kopeşmə və soyuqluq ( soyuqluq ürtikəri) kimi simptomların qarşısını almış olur. Təsir 1-2 saat ərzində əmələ gələrək 24 saat saxlanılır. Dərinin histaminə həssaslığı təyinatın dayandırılmasından üç gün ərzində tam bərpa olunur. Novacetrin allergik rinitin simptomları – asqirma, burun tutulmalarını, qaşınma, gözyaşarmanı ugurla aradan götürmüş olur. Bronxial astma zamanı histamindən asılı bronxokonstruksiyanı, Novacetrin dozanı tənzimləməklə aradan götürülməsi mümkünlüyünü yaradır. Allergik reaksiyaların ilkin histamindən asılı fazasını blokada edir, gecikmiş fazada isə mediatorların – eozinofillərin, neytrofillərin, bazofillərin sintezini miqrasiyasını ləngidir.
İstifadəsinə göstərişlər:
Dozalanma:
6 ay 2 yaş arası uşaqlarda: 5 damcı (2.5 mq) bir dəfə
2-6 yaş arası uşaqlarda: 5 damcı (2.5 mq) iki dəfə
6-12 yaş arası uşaqlarda: 10 damcı (5 mq) iki dəfə
12 yaşdan yuxarı uşaqlarda: 20 damcı (10 mq) bir dəfə
Əlavə təsirləri: yuxululuq, halsızlıq, baş gicəllənmə, dispeptik əlamətlər, iştahanın artması, əzələ zəifliyi,
Əks göstərişləri: Hiperhəssaslıq, 6 aya qədər uşaqlar.
Buraxılış forması: NOVACETRIN damcı 20 ml/200 mq, şüşə flakonlarda, karton qablamada içlik vərəqəsi ilə birgə.
Məhsulun və əmtəə nişanın sahibi: “NOVATOR PHARMA” Böyük Britaniya.
Istehsal edilir: “GRICAR CHEMICAL” İtaliya, “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə