TƏRKİBİ: 1 tablet
Passiflora çiçəyinin quru ekstraktı (İnkarnat passiflorası) (Passion flower dry extract (Passiflora incarnata L.)) – 150 mq
Yemişanın quru ekstraktı (Birdişicikli yemişan std. 1,8% viteksin) (Hawthorn dry extract (Crataegus monogyna std. 1,8% vitexin)) – 150 mq
Dərman bədrəncinin quru ekstraktı (std. 4% rozmarin turşusu) (Melissa officinalis dry extract (std. 4% rozmarinic acid)) – 100 mq
Maqnezium (Magnesium) – 150 mq
Vitamin B6 (Piridoksin (Pyridoxinum)) – 3 mq
Köməkçi maddələr: maltodekstrin (maltodextrin), mikrokristallik sellüloza (microcrystalline cellulose), natrium kroskarmelloza (croscarmellose sodium), silisium-dioksid (silicon dioxide), bitki mənşəli maqnezium stearat (vegetable grade magnesium stearate), etil sellüloza (ethyl cellulose), hidroksipropil metilsellüloza (hydroxypropilmethylcellulose), bitki mənşəli qliserin (glycerin eur vegetable grade), orta uzunluqlu zəncirə malik triqliseridlər (medium chain triglycerides), olein turşusu (oleic acid), ammonium hidroksid (ammonium hydroxide), natrium alginat (sodium alginate), stearin turşusu (stearic acid), ərəb saqqızı (gum arabic).
BURAXILIŞ FORMASI:
Tablet.
QABLAŞDIRMA FORMASI:
№30 (3×10) blisterdə, karton qutu qablaşdırmada.
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:
MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.
İSTİFADƏ QAYDALARI VƏ DOZA:
18 yaşdan yuxarı şəxslər 1 tablet gündə 1 dəfə.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq.
MƏLUMAT:
Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
SAXLANMA ŞƏRAİTİ:
25ºC-dən yüksək olmayan temperaturda quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
YARARLILIQ MÜDDƏTİ:
30 ay.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
«Novator Pharma» LLP – Böyük Britaniya.
İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
“Sia Primea”, Latviya.
İSTEHSALÇININ ÜNVANI:
Ventspils iela 48, Riga, LV-1002