Tərkibi:
Lanolin, maye parafin, sink oksid, kokos yağı, bor turşusu, pantenol, arı mumu, murdarçayabənzər çaytikanı yağı, floramin, alfa-izometil ionon, butil-fenil metilpropional, sitronellol, kumarin, geraniol, vazelin, heksil sinamaldehid, izoevgenol.
Kremin tərkibində hormon, parafin və spirt yoxdur.
Xüsusiyyətləri:
Dərinin baryer-müdafiə funksiyasını yaxşılaşdırır. İltihab, allergiya və patogenlərdən qoruyur. Beləliklə, zədələnmiş dərinin regenerasiyasını yaxşılaşdırır tez sağalmanı təmin edir. Zəngin tərkibi sayəsində dərinin nəfəs almasının qarşısını almadan yara nahiyəsinin quru qalmasını təmin edir, patogenlərə qarşı baryer yaradaraq yara və yanıqların sağalmasını təmin edir.
Kokos yağı dərini qidalandırır, infeksiyalardan qoruyur. Murdarçayabənzər çaytikanı yağı tərkibindəki aktiv maddələr palmitolein turşusu (omeqa-7) dermatoloji xəstəliklər zamanı yarasağaldıcı təsir göstərir. Omeqa-7 dərinin maye saxlamaq qabiliyyətini artırır və quruluğunun qarşısını alır. Vazelin və maye parafin antibakterial təsir göstərir. Həmçinin, dərinin qurumasının qarşısını alır, çapıqların, yaraların, zədələnmələrin müalicəsində effektivlik göstərir. Sink oksid dəri üçün çox vacib vitamindir. İmmuniteti artırır. Nəticədə yeni hüceyrələr əmələ gəlir. Sink defisiti zamanı dəridə çapıqların və yaraların sağalması prosesi ləngiyir. Bor turşusu mikrobların artıb-çoxalmasının qarşısını alır, antiseptik təsir göstərir. Dekspantenol dəriyə regenerasiyaedici təsir göstərir, zədələnmiş dərini bərpa edir.
İstifadəsinə tövsiyələr:
İstifadə qaydası:
Xaricə. Məlhəmi gündə bir, yaxud zərurət yarandıqda bir neçə dəfə quru və həssas dəriyə çəkməli. Kremi nazik təbəqə ilə dəriyə çəkmək lazımdır. Hər dəfə istifadə olunduqdan sonra qapağını möhkəm bağlayın. Açılmış tub 12 ay müddətində yararlıdır. 12 ay ərzində açılmış, amma istifadə olunmamış kremi istifadə etmək olmaz.
Əks göstərişləri:
Preparatın hər hansı bir komponentinə qarşı individual hiperhəssaslıq.
Əlavə təsirləri:
Allegik reaksiyalar.
Saxlanma şəraiti:
20C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Ehtiyat tədbirləri:
Göz ilə təmasından qorunmaq lazımdır!
3 yaşa qədər uşaqlarda istifadəsi zamanı həkimlə məsləhətləşin.
Buraxılış forması:
100 ml tub, içlik vərəqi ilə birlikdə karton qutuda qablaşdırılır.
Məhsulun və əmtəə nişanının sahibi:
“NOVATOR PHARMA”, Böyük Britaniya.
İstehsal edilir:
“MOSSFARMA İLAÇ” Itriyat Med. Koz.Tıb.Cih. İth. İhr. San. ve Tic. A.Ş. Eti Mh. Birecik Sk. No:1/45 Gazi İş Merkezi Maltepe
– Çankaya / ANKARA – Türkiyə.