TƏRKİBİ: 1 tabletdə:
Kalsium (Kalsium karbonatda) (Calcium (from Calcium carbonate)) – 600 mq
Sink (Sink oksiddə) (Zinc (from Zinc oxide)) – 10 mq
Vitamin K1 (Fitomenadion) (Phytomenadione) – 50 mkq
Vitamin D3 (Xolekalsiferol) (Cholecalciferol) – 5 mkq
Köməkçi maddələr: Çarpaz bağlı natrium karboksimetil sellüloza (crosslinked sodium carboxymethyl cellulose), mikrokristallik sellüloza (microcrystalline cellulose), yağ turşularının maqnezium duzları (magnesium salts of fatty acids). Örtük (coating): (hidroksipropil metilsellüloza (hydroxypropyl methylcellulose), talk (talc), orta uzunluqlu zəncirə malik triqliseridlər (triglycerides medium-chain), polidekstroz (polydextrose), ərəb saqqızı (acacia gum), (hidroksipropil sellüloza (hydroxypropyl cellulose).
BURAXILIŞ FORMASI:
Tablet.
QABLAŞDIRMA FORMASI:
№30 (2×15) blisterdə, karton qutu qablaşdırmada.
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:
Kalsium və D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.
İSTİFADƏ qaydaLARI VƏ DOZA:
14 yaşdan yuxarı uşaqlar və böyüklər: gündə 1-2 tablet.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Məhsulun tərkibində olan hər hansı komponentinə qarşı həssaslıq, hiperkalsinemiya, hiperkalsiuriya, nefrolitiaz, D3 vitaminin hipervitaminozu.
MƏLUMAT:
Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Saxlanma ŞƏRAİTİ:
25ºC-dən yüksək olmayan temperaturda, quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
YARARLILIQ MÜDDƏTİ:
3 il
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
«Novator Pharma» LLP – Böyük Britaniya.
İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
SIA “Primea”, Latviya.
İSTEHSALÇININ ÜNVANI:
Ventspils iela 48, Riga, LV-1002