Osteohard Kids

Təbii komponentlər əsasında hazırlandığından çöküntü
mümkündür, istifadə etməzdən əvvəl çalxalayın!

TƏRKİBİ 5 ml-də
Kalsium (mənbə kalsium trifosfat) (Calcium (as calcium triphosphate)) – 125 mq
Maqnezium (mənbə maqnezium laktat) (Magnesium (as magnesium lactate)) – 50 mq
Sink oksid (Zinc oxide) – 15 mq
Vitamin D3 (Xolekalsiferol (Cholecalciferol)) 12.5 mkq

KÖMƏKÇİ MADDƏLƏR:
Təmizlənmiş su (purified water), sorbitol (sorbitol), şəkər (sugar), ksantan saqqızı (xanthan gum), natrium benzoat (sodium benzoate), kalium sorbat (potassium sorbate).

İSTİFADƏ QAYDALARI VƏ DOZA:
4-14 yaş arası uşaqların istifadəsi üçün uyğundur. 4-14 yaş arası uşaqlar: 2,5 ml gündə 1 dəfə; 14 yaşdan yuxarı uşaqlar: 5 ml gündə 1 dəfə. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

ƏKS GÖSTƏRİŞLƏRİ:
Hiperkalsinemiya, hiperkalsiuriya, nefrolitiaz, vitamin D3 hipervitaminozu, məhsulun tərkibindəki hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.

BURAXILIŞ FORMASI:
Şərbət.

QABLAŞDIRMA FORMASI:
150 ml şüşə flakonda, karton qutu qablaşdırmada.

İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:
Kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsidir. Dərman vasitəsi deyildir.

Yararlılıq müddətİ:
30 ay.

SAXLANMA ŞƏRAİTİ:
25ºC-dən yüksək olmayan temperaturda quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

MƏHSULUNUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
NOVATOR PHARMA LLP, Böyük Britaniya.

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
SIA “Primea”, Latviya.

İSTEHSALÇININ ÜNVANI:
Ventspils iela 48, Riga, LV-1002