Proporin Nasal

TƏRKİBİ:

Propolis ekstraktı                     – 0,5%
Natrium xlorid                          – 0,9%
İtburnu ekstraktı                       – 2,9%
Qara qarağat ekstraktı              – 2,9%
Evkalipt efir yağı                     – 0,02%
Zirə efir yağı                           – 0,003%

Köməkçi maddələr: su 92,47%, kalium sorbat 0,3%. 

FARMAKOLOJİ TƏSİRLƏRİ:
PROPORİN Nasal dərman bitkilərinin ekstraktından və efir yağlarından ibarət burun spreyidir. Burunun selikli qişasında qan dövranını yaxşılaşdırır və yerli immuniteti artırır. Burunun selikli qişasına nəmləndirici təsir göstərir və selikli qişanı ətraf mühitin əlverişsiz faktorlarından (isti və quru hava, tüstü, toz) qoruyur. Antibakterial, antifunqal, virus əleyhinə, iltihab əleyhinə və allergiya əleyhinə təsirlərə malikdir, hiperemiyanı azaldır, selik ifrazını normallaşdırır.
PROPORİN Nasal LOR orqanları xəstəliklərinin müalicəsində effektiv təsir göstərir, burun və burunətrafı boşluqların infeksion xəstəliklərində, otitin kompleks müalicəsində təbii vasitə kimi geniş istifadə olunur.
Propolis ekstraktı – bal arılarının xüsusi olaraq hazırladıqları mürəkkəb tərkibli bir maddədir. Tərkibi xeyirli maddələrlə (qalanqin, efir yağları, qatran, vitaminlər, mikroelementlər, mum) zəngindir. Tərkibində olan qalanqin bioflavonoidi sayəsində antibakterial və antifunqal təsirlərə malikdir.
PROPORİN Nasal-ın tərkibində olan Propolis ekstraktı sertifikatlaşmış MAEFTM metodu ilə əldə olunduğu üçün daha çox konsentrasiyalaşmış ekstraktdır, yəni aktiv komponenti olan Qalanqin bioflavonoidi tərkibində 24 mq/ml deyil, 41 mq/ml təşkil edir.
Həmçinin iltihab əleyhinə, virus əleyhinə, ağrıkəsici (novokaindən 2-3 dəfə güclüdür) effekt göstərir, regenerasiyanı aktivləşdirir, mikrosirkulyasiyanı yaxşılaşdırır.
Natrium xlorid – kirpikli epitelin funksiyasını yaxşılaşdırır, seliyi durulaşdırır. Həmçinin qədəhəbənzər hüceyrələr tərəfindən seliyin əmələ gəlməsini normallaşdıraraq burunun selikli qişasının normal fizioloji vəziyyətini bərpa edir.
İtburnu ekstraktı – askorbin turşusu ilə zəngindir, damar keçiriciliyini azaldır, iltihab əleyhinə təsir göstərir, yerli immuniteti və regenerasiyanı aktivləşdirir.
Qara qarağat ekstraktı – antiseptik, iltihab əleyhinə və allergiya əleyhinə təsirlərə malikdir. Yerli istifadə zamanı tərkibində olan flavonoidlər və antosian piqmentlərinin sayəsində büzücü, hemostatik təsir göstərir.
Evkalipt efir yağı – zəngin tərkibə malikdir, sineol evkaliptin əsas tərkib komponentidir, bundan başqa tərkibində terpenlər, üzvi turşular, aldehidlər, flavonoidlər, tanninlər də var. Evkalipt yağı antibakterial, iltihab əleyhinə, virus əleyhinə, analgetik və immunostimulyator təsirlərə malikdir. Burunun selikli qişasına sakitləşdirici və yumşaldıcı təsir göstərir.
Zirə efir yağı – doymamış yağ turşuları (omeqa-3, omeqa-6, omeqa-9), beta-karotin, amin turşular, flavonoidlər, saponinlər və enzimlərlə zəngindir. Orqanizmdə kollagenin sintezini artıraraq burunun selikli qişasına güclü regenerasiyaedici təsir göstərir. Bundan başqa bakterisid, antifunqal, allergiya əleyhinə, immunostimulyator, iltihab əleyhinə də təsirlərə malikdir.

GÖSTƏRİŞLƏRİ:

  • Kəskin və xroniki rinitlər
  • Sinusitlər (haymorit, frontit, etmoidit)
  • Kəskin respirator xəstəliklərin profilaktikası və müalicəsi
  • Burunun selikli qişasında quruluq
  • Burun boşluğunda aparılan əməliyyatlardan sonra
  • Otitin kompleks müalicəsində

İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Hər burun dəliyinə 1 və ya 2 püskürmə, gündə 3 dəfə istifadə olunur.
2 yaşdan yuxarı uşaqlara: 1 püskürmə, gündə 2 dəfə.
Hamiləlik və laktasiya:
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi mümkündür.

ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın komponentlərinə qarşı fərdi həssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ: Müəyyən edilməmişdir.

 BURAXILIŞ FORMASI: Burun spreyi 15 ml

İSTEHSALÇI: Gricar Chemical SRL, İtaliya

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:

“NOVATOR PHARMA” Böyük Britaniya