TƏRKİBİ: 10 ML-DƏ
Razyana (Adi razyana) toxumu ekstraktı (Fennel (Foeniculum vulgare) seed extract) – 250 mq
Çobanyastığı (Aptek çobanyastığı) çiçəyi ekstraktı (Chamomile (Matricaria chamomilla) flower extract) – 250 mq
Qara gavalı şirəsi konsentratı (Prune juice concentrate) – 400 mq
Əncir şirəsi konsentratı (Fig juice concentrate) – 250 mq
Rəvənd kökü ekstraktı (Rheum (rhabarbarum root extract) – 100 mq
Qızılağacabənzər mürdəşər qabığının ekstraktı (Frangula alnus bark extract) – 100 mq
Köməkçi maddələr: ksantan saqqızı (xanthan gum), Su (water), şəkər (sugar), limon turşusu (citric acid), natrium benzoat (sodium benzoate), kalium sorbat (potassium sorbate).
İSTİFADƏ QAYDALARI VƏ DOZA: 14 yaşdan yuxarı uşaqlar və böyüklər: 5 ml gündə 2 dəfə. İstifadədən əvvəl yaxşı çalxalayın. Su və ya digər mayelərlə birlikdə qəbul edilə bilər. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
ƏKS GÖSTƏRİŞLƏR: Məhsulun tərkibində olan hər hansı komponentinə qarşı həssaslıq.
BURAXILIŞ FORMASI: Şərbət.
QABLAŞDIRMA FORMASI: 200 ml şüşə flakonda, karton qutu qablaşdırmada.
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR: Həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsidir. Dərman vasitəsi deyildir.
SAXLANMA ŞƏRAİTİ: 25ºC-dən yüksək olmayan temperaturda, quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
YARARLILIQ MÜDDƏTİ: 30 ay
MƏHSULUN VƏ ƏMTƏƏ NIŞANININ SAHİBİ: «Novator Pharma» LLP – Böyük Britaniya.
İSTEHSALÇI (adı və yerləşdiyi ölkə): SIA “Primea”, Latviya.
İSTEHSALÇININ ÜNVANI: Ventspils iela 48, Riga, LV-1002