TƏRKİBİ:
Balqabaq toxumunun yağı 250 mq Çaytikanı yağı 100 mq
Cırtdan palması 150 mq Yatağan dəmirtikanı 100 mq
Bağayarpağı 50 mq Rutin 50 mq
Peru makası 100 mq Vitamin E 40 mq
Gülümbahar 100 mq Vitamin C 60 mq
FARMAKOLOJİ QRUPU: Prostatoprotektor, antioksidant.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Balqabaq toxumu yağının (Pumpkin seed oil) – təsiri onun tərkibindəki bioloji fəal maddələr: karotinoidlər, tokoferollar (alfa-, beta-, qamma-, siqma- izomerlər), fosfolipidlər, sterinlər, fosfatidlər, flavonoidlər, vitamin A, vitamin E, vitamin F, vitamin B1, vitamin B2, vitamin B6, vitamin C, vitamin PP, doymuş və doymamış yağ turşuları (palmitin, stearin, olein, linol, linolen, araxin turşuları), mineral birləşmələr və mikroelementlərlə əlaqədardır. Yüksək miqdarda olan tokoferol və karotinoidlər bioloji membranlarda lipidlərin peroksidləşməsini ləngitməklə güclü antioksidant təsir göstərir. Essensial fosfolipidlər hüceyrə membranının və orqanellaların membranlarının əsas struktur elementi olmaqla membran keçiriciliyini və oksidləşmə-fosforlaşma reaksiyalarını tənzimləyir, güclü prostatoprotektor təsir göstərir, eyni zamanda iltihabi proseslərin qarşısını alır. Doymamış yağ turşuları lipid mübadiləsində iştirak etməklə xolesterin, triqliserid və araxidon turşusunun metabolizmini tənzimləyir.
Cırtdan palma (Saw Palmetto) – sidik yollarının infeksiyaları, impotensiya və prostat vəzinin xoşxassəli hiperplaziyası zamanı istifadə olunan ənənəvi vasitədir. Cırtdan palmanın komponentlərinin prostat vəzin hiperplaziyasını effektiv dərəcədə azaltması məlumdur. Təsir mexanizmi prostat vəzinin hiperplaziyasına səbəb olan testosteronun DHT-a çevrilməsi prosesini ingibə etməsi ilə bağlıdır. Bundan başqa Cırtdan palma ekstraktı DHT reseptorlarını da blokada edir.
Bağayarpağı (Plantain)- bitkisinin yarpağı vitamin C, limon turşusu, karotin, flavonoidlər, fitonsidlər və vitamin K ilə zəngin olduğundan – angioprotektiv, antioksidant, yarasağaldıcı və qansaxlayıcı təsirlərə malikdir. Adı çəkilən xüsusiyyətləri hesabına damar keyfiyyətini yaxşılaşdıraraq tonusdan düşmüş damarların tonusunu bərpa edir, mikrosirkulyasiya prosesini sürətləndirir. Güclü antibakterial təsir göstərir. Prostatitlərin müalicəsində həm iltihab əleyhinə, həm də ağrıkəsici effekt göstərir.
Peru makası (Lepidium Meyeni)- cinsi fəaliyyəti stimulə edir, təbii afrodiziakdır (cinsi həvəsi və ereksiyanı artırır). Sinir sisteminə təsir göstərərək hormonal mübadiləni və prostat vəzin funksiyalarını yaxşılaşdırır, refrakter fasiləni (cinsi aktlar arasındakı vaxt) qısaldır. Spermatozoidlərin hərəkətliliyini artırır, oliqospermiya və astenozospermiya zamanı məsləhət görülür. Prostatitlər zamanı dizurik əlamətləri azaldır.
Gülümbahar (Calendula)- tərkibi karotin, kumarinlər, flavonoidlər, efir yağları, molibden, selen, flor və sinklə zəngindir. Zəngin tərkibi hesabına gülümbahar güclü iltihab əleyhinə təsirə malik olduğundan, istər yumşaq toxumalarda, istərsə də selikli qişada tez bir zamanda iltihabi prosesi aradan götürərək zədələnmiş nahiyənin regenerasiyasını təmin edir.
Çaytikanı yağı (Sea buckthorn oil)- tokoferol, karotin, karotinoidlər, yağ turşuları ilə zəngin olduğundan güclü iltihab əleyhinə, antioksidant və regenerasiyaedici təsirlərə malikdir. Prostat vəzi hüceyrələrini toksiki maddələrdən, peroksid birləşmələrindən qoruyaraq onların yarada biləcəyi fəsadların qarşısını almış olur. Çaytikanı yağı güclü regenerasiyaedici və iltihab əleyhinə effekti sayəsində xroniki prostatitlərin müalicəsində seçim vasitə sayılır.
Yatağan dəmirtikanı (Tribulus terrestris) – tərkibi steroid saponinlər, xüsusən protodiossin ilə zəngindir. Protodiossin orqanizmdə dehidroepiandrosterona çevrilərək hüceyrə membranlarının keçiriciliyini və erektil funksiyanı yaxşılaşdırır. Müalicə müddətində protodiossin beyində lüteinləşdirici hormonun sintezini artıraraq, testosteronun sintezini aktivləşdirir. Bundan başqa Tribulus terrestis baş beyində androgen reseptorları aktivləşdirərək libidonu və cinsi aktivliyi stimulə edir.
Rutin – tez bir zamanda damar divarını və birləşdirici toxumanı möhkəmləndirir, qanaxmanı dayandırır, damarlara profilaktik və müalicəvi təsir göstərir. Damarların tonusunu artırır, plazma zülalları üçün kapilyarların keçiriciliyini azaldır, qanın fibrinolitik fəallığını artırır, özlülüyünü azaldır, durğunluq prostatitlərində iltihabı və ödemi aradan qaldırır.
Vitamin E – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnməkdən qorumaqla antioksidant təsir göstəririr. Vitamin E həmçinin hüceyrəarası kollagen və elastiki liflərin formalaşmasında iştirak edir. Tokoferol qanın laxtalanmasının qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır. Hemin, zülalların və qonadotropinin biosintezində iştirak edir. Vitamin E-nin avitaminozu kişilərdə toxum kisəsi epitelisinin dəyişilməsinə səbəb olur.
Vitamin C – metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur.Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirlərə malikdir.
GÖSTƏRİŞLƏRİ:
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dəri reaksiyaları.
İSTİFADƏ QAYDASI: 1 şam gündə 1-2 dəfə rektal istifadə olunur .
BURAXILIŞ FORMASI: Rovinoprost №10 rektal şam.
MƏHSULUN VƏ ƏMTӘӘ NİŞANIN SAHİBİ NOVATOR PHARMA LLP, Office 21, 8 Shepherd Market, London, W1J 7JY, UK.
İSTEHSALÇI: FULTON MEDICINALI SPA – Via Marconi, 28/9 -20020 Arese (MI), İtaliya.