Alligat

TƏRKİBİ: 1 KAPSUL
Təbii Vitamin E (D-alfa-tokoferol) (Natural Vitamin E (D-alpha-Tocopherol)) – 150 BV
Vitamin A (Retinil asetat (retinyl acetate) – 1000 BV

KÖMƏKÇİ MADDƏLƏR:
Soya yağı (soybean oil), jelatin (gelatin), qliserin (glycerin).

İSTİFADƏ QAYDALARI VƏ DOZA:
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 kapsul gündə 1 dəfə. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

ƏKS GÖSTƏRİŞLƏRİ:
Kəskin böyrək çatışmazlığı (kreatinin səviyyəsinin plazmada 3 mq/100 ml-dən yüksək olması zamanı), məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq, 14 yaşa qədər uşaqlar.

BURAXILIŞ FORMASI:
Kapsul.

QABLAŞDIRMA FORMASI:
№30 (2×15) blisterdə, karton qutu qablaşdırmada.

İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:
A və E vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsidir. Dərman vasitəsi deyildir.

SAXLANMA ŞƏRAİTİ:
25ºC-dən yüksək olmayan tempraturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

YARARLILIQ MÜDDƏTİ:
30 ay.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
NOVATOR PHARMA LLP, Böyük Britaniya.

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
SIA Primea, Latviya.

İSTEHSALÇININ ÜNVANI:
Ventspils iela 48, Riga, LV-1002