Anemiya

Anemiya qanda hemoqlobinin səviyyəsinin aşağı olmasıdır. Əhali arasında anemiya (qanazlığı) hallarının kütləvi şəkildə rast gəlməsi, bu patologiyanın pasiyentlər, bəzən isə həkimlər tərəfindən normal qəbul olunmasına şərait yaradır.
Hemoqlobinin səviyyəsinin aşağı olması norma sayıla bilməz! Əksinə anemiya müxtəlif xəstəliklərin, hətta ən ciddi onkoloji xəstəliklərin əlaməti kimi meydana çıxa bilər.