Arpolin

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ARPOLIN 70 ml oral suspenziya hazırlamaq üçün toz

ARPOLIN

Beynalxalq patentləşdirilməmiş adıAmoxicillin and Clavulanic acid

Tərkibi
Təsiredici maddələr:hər 5 ml suspenziyanın tərkibində 200 mq Amoksisillin (Amoksisillintrihidrat şəklində) və 28,5 mq Klavulan turşusu (kalium duzu şəklində)vardır.
Köməkçi maddələr : şəkər tozu, natrium-benzoat, moruq essensiyası.

Farmakoloji xüsüsiyyətləri
Farmakodinamikası
Geniş təsir spektrli antibiotikdir, tərkibində yarımsintetik penisillin qrupuna aid olan amoksisillin və beta-laktamaza inhibitoru – klavulan turşusu vardır. Klavulan turşusu əksər beta-laktamazaları inaktivləşdirir. Klavulan turşusu amoksisillindən fərqli olaraq fermentlə stabil qeyri-aktiv kompleks əmələ gətirərək, amoksisillini beta-laktamazanın fermentativ deqradasiyaedici təsirindən qoruyur. ARPOLIN qrammüsbət və qrammənfi bakteriyaların geniş spektrinə (hətta beta-laktam antibiotiklərə qarşı rezistent olan ştammlara) bakterisid təsir göstərir.
Farmakokinetikası
Daxilə qəbuldan sonra dərman vasitəsinin hər iki komponenti MBT-dan tez və tam şəkildə sorulur. Qida ilə birlikdə qəbulu dərman vasitəsinin mənimsənilməsinə təsir göstərmir. Qanda maksimal konsentrasiyası 45 dəqiqə ərzində yaranır. Təsiredici maddələrin yuksək konsentrasiyaları plazmada, bəlğəmdə, bronxial mayedə, plevral mayedə, ağciyər toxumasında, prostat vəzində və piy toxumasında aşkar edilir. Amoksisillinin yarımçıxarılma dovrü (T1/2) 88 dəqiqəyə, klavulan turşusunun isə 60 dəqiqəyə bərabərdir. Amoksisillinin 60-80%-i, klavulan turşusunun isə 25-40%-i orqanizmdən dəyişmədən böyrək yolu ilə xaric olunur.İstifadəsinə göstərişlərTəsiredici maddəyə həssas olan bakteriyalar tərəfindən törədilmiş infeksion iltihabi xəstəliklərin müalicəsi:

  • Yuxarı tənəffus yollarının infeksiyaları (o cümlədən, orta otit, sinusitlər);
  • Aşağı tənəffüs yollarının infeksiyaları (o cümlədən, xronik bronxitin kəskinləşməsi və pnevmoniya);
  • Sidik yollarının infeksiyaları
  • Dərinin və yumşaq toxumaların infeksiyaları.

Əks göstərişlər
Penisillin qrupu antibiotiklərinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər
Dərman vasitəsi allergiyaya meyilli olanlarda və sefalosporin qrupu antibiotiklərinə qarşı allergiyası olanlara ehtiyatla təyin olunur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Klavulan turşusu amoksisillinin absorbsiyasina təsir etmir. Dərman dolayı təsirli antikoa- qulyantların təsirini onlarla birlikdə istifadə edildikdə gücləndirə bilər.
Disulfiram, allopurinol, metotreksat ilə birlikdə istifadə edildikdə onların əlavə təsirlərinin təzahür riskini artırır.
Aminoqlikozid antibiotiklərin in vitro şəraitdə aktivliyinin itməsinə səbəb olur.

Hamiləlik və laktasiya dovründə istifadəsi

Dərmanın hamiləlik və laktasiya dovründəistifadəsinin təhlukəsizliyi öyrənilməmişdir.

İstifadə qaydası və dozası

Müalicə zamanı doza uşağın bədən kutləsindən asılı olaraq müəyyən edilir. Kütlədən asılı olaraq dozaya düzəliş edilməlidir.

  • 2 aylıq-2 yaşlı uşaqlar: 12 saatlıq fasilələrlə 1/2ölçü qaşığı (2,5ml)
  • 2 yaşlı-6 yaşlı uşaqlar: 12 saatlıq fasilələrlə 1 ölçü qaşığı (5ml)

Müalicə kursu 14 gündən çox olmamalıdır.
ARPOLIN
 200 mq/28 mq suspenziya 2 aylıqdan aşağı uşaqlara tövsiyə olunmur.
Böyrək funksiyasının aşkar pozulmasında (KK < 30 ml/dəq) dozaya düzəliş edilməlidir – bu, bir qəbuldakı dozanın azaldılması və ya dərmanın qəbul vaxtları arasındakı fasilənin 12 və ya 18 saata qədər uzadılması yolu ilə edilə bilər.

Əlavə təsirləri
Ürəkbulanma, qusma, diareya (dərmanı qida ilə birlikdə qəbul etməklə bunların qarşısını almaq olar). Nadir hallarda – allergik reaksiyalar (eritema, səpgi).

Doza həddinin aşılması
Toksik təsiri zəif olduğu üçün doza həddinin aşılması ehtimalı aşağıdır. Əlamətləri: ürəkbulanma, qusma, diareya.Müalicəsi: simptomatik. Hemodializ effektlidir. Dializ mayesində 23,5% amoksisillin və 40% klavulan turşusu aşkar edilir.

Buraxılış forması
ARPOLIN 200mq/28,5mq suspenziya hazırlamaq üçün quru toz, 70 ml-lik şüşə flakonlarda.1 flakon ölçü qaşıği və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda,quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.70 ml suspenziya hazırlandıqdan sonra 7 gün ərzində soyuducuda saxlandıqda aktivliyini saxla- yır.

Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.Yararlılıq muddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.

 

 

 

This is a product and a trade mark of “NOVATOR PHARMA” LLP, Great Britain.