Chondrocsil Tibbi Plastır

TƏRKİBİ: Arnika, Harpaqofitum, Aloe, Bosveliya, Nanə yağı, Evkalipt yağı.
FARMAKOLOJİ QRUPU: Yerli iltihab əleyhinə və ağrıkəsici vasitə.
FARMAKOLOJİ TƏSİRİ:
Tibbi plastır tərkibində olan komponentlər sayəsində ağrı müəyyən olunan nahiyəyə qoyulduqdan sonra effektiv təsir göstərərək oynaqlarda və əzələ-skelet sistemində lokal ağrıları aradan qaldırır.
Arnika – köku və qabığı tərkibcə dimetil timohidroxinon efiri, arnisterin, arnidiol, arnidendiol, xolin, helenin, ksantofil kimi maddələrlə zəngindir. Dəridən sürətli sorularaq toxumalara nüfuz etməklə tez bir zamanda öz müalicəvi təsirini göstərmış olur. Tərkibindəki  komponentlər hesabına damargenəldici təsir göstərərək mikrosirkulyasiyanı yaxşılaşdırır, iltihab əleyhinə effekti sayəsində isə şişkinliyi aradan qaldıraraq ağrıkəsici təsir göstərir. Bundan başqa regenerator, angioprotektor, antiaqreqant və antioksidant təsirlərə malikdir.
Harpaqofitum – tərkibindəki harpaqozid  və beta-sitosterin hesabına toxumalarda damar keçiriciliyini normallaşdıraraq yerli mikrosirkulyasiyanı yaxşılaşdırır, iltihab əleyhinə təsir göstərir. Tərkibindəki harpaqozid qlikozidi həm də oynaq qığırdağının degenerasiyasına səbəb olan enzimi blokada edir.
Aloe – tərkibi bioloji aktiv maddələrlə zəngin bitkidir. Tərkibində olan salisil turşusu, antraxinon, steroidlər, katalaza və bradikininaza fermentləri sayəsində güclü iltihab əleyhinə və spazmolitik təsir edərək əzələ və oynaq ağrılarını aradan qaldırır.
Bosveliya – tərkibi yağlar və terpenoidlərdən ibarətdir. Bosveliya bitkisinin əsas təsiri terpenoidlərin tərkibində olan bosveliya turşusu ilə əlaqədardır. Bosveliya turşusu iltihab faktoru olan leykotrienlərin sintezini blokada edərək (QSİƏP kimi) iltihab əleyhinə təsir göstərərək ağrını və ödemi aradan qaldırır.
Nanə yağı – qədim zamanlardan yerli ağrıkəsici effekti ilə məşhurdur. Tərkibində olan mentol sayəsində iltihab əleyhinə və spazmolitik təsir göstərərək əzələ və oynaqlarda ağrını effektiv aradan qaldırır.
Evkalipt efir yağı – zəngin tərkibə malikdir, tərkibində sineol, terpenlər, üzvi turşular, aldehidlər, flavonoidlər, tanninlər var. Bunların sayəsində Evkalipt yağı antibakterial, iltihab əleyhinə, virus əleyhinə, analgetik təsirlərə malikdir.

GÖSTƏRİŞLƏRİ:

– Osteoartroz (koksartroz, qonartroz və s.)
– Artritlər. Revmatoid artit. Poliartrit. Periartrit.
– Osteoxondroz
– Spondilyoz
– Revmatik ağrılar
– Burxulma və dartılmalar
– Nevralgiya, lyumbaqo, işias
– Miozit, fibromialgiya
– Əzələ, oynaq və oynaqətrafı yumşaq toxumaların travmaları 

ƏKS GÖSTƏRİŞLƏRİ: Tərkibində olan hər hansı bir komponentlərə qarşı hiperhəssaslıq.   

ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar. 

İSTİFADƏ QAYDASI:

  1. Tibbi plastır yalnız xaricə istifadə üçündür. Tamlığı pozulmamış təmiz dəri üzərinə yapışdırılır.
  2. Tibbi plastırı paketdən çıxartdıqdan sonra plastırın müdafiə qatını xaric edərək ağrı müəyyən edilən nahiyəyə səliqəli  şəkildə yapışdırmaq lazımdır.
  3. 8-12 saat saxladıqdan sonra tibbi plastır çıxardılır. İstifadə olunduqdan sonra tibbi plastırın tərkibində olan təbii maddələr 8-12 saat ərzində xaric olaraq yerli təsir göstərir və ağrıkəsici təsirini 24 saat ərzində saxlayır.

Müalicə müddəti:
Əgər ağrılar azalmırsa və yenidən yaranırsa tibbi plastırı təkrar istifadə etmək olar. 

BURAXILIŞ FORMASI: Hər birində 5 ədəd tibbi plastır olan 5 paket (5×5). 

İstehsal edilir: “ABIMED” S.R.L., İtaliya. 

Məhsulun və əmtəə nişanın sahibi:  “NOVATOR PHARMA”, Böyük  Britaniya .