Diplas

TƏRKİBİ:
Natrium hialuronat                                       – 0,12%
C vitamini                                                       – 0,007%
Qara qarağat hidroqliserin ekstraktı          – 5,3%
Evkalipt efir yağı                                           – 0,02%
Zirə efir yağı                                                  – 0,003%
Köməkçi maddələr: su, natrium xlorid 0,9%, kalium sorbat 0,2%. 

FARMAKOLOJİ TƏSİRLƏRİ:
Diplas dərman bitkilərinin ekstraktından və efir yağlarından ibarət nazal spreydir. Burunun selikli qişasında qan dövranını yaxşılaşdırır və yerli immuniteti artırır. Burunun selikli qişasına nəmləndirici təsir göstərir və selikli qişanı ətraf mühitin əlverişsiz faktorlarından (isti və quru hava, tüstü, toz) qoruyur. Antibakterial, antifunqal, virus əleyhinə, iltihab əleyhinə və allergiya əleyhinə təsirlərə malikdir, hiperemiyanı azaldır, selik ifrazını normallaşdırır.
Diplas LOR orqanları xəstəliklərinin müalicəsində effektiv təsir göstərir, burun və burunətrafı boşluqların infeksion xəstəliklərində, otitin kompleks müalicəsində təbii vasitə kimi geniş istifadə olunur.
Natrium hialuronat – burunun selikli qişasında müdafiə qatı yaradaraq burunu qurumaqdan qoruyur və nəmləndirir. Həmçinin kollagenin sintezində iştirak edərək burunun selikli qişasının regenerasiyasını təmin edir.
C vitamini – damar keçiriciliyini azaldır, iltihab əleyhinə təsir göstərir, yerli immuniteti aktivləşdirir. Həmçinin kollagenin sintezində iştirak edərək burunun selikli qişasının regenerasiyasını təmin edir.
Qara qarağat hidroqliserin ekstraktı – antiseptik, iltihab əleyhinə və allergiya əleyhinə təsirlərə malikdir. Xaricə istifadə zamanı tərkibində olan flavonoidlər və antosian piqmentlərinin sayəsində büzücü, hemostatik təsir göstərir.
Evkalipt efir yağı – zəngin tərkibə malikdir, sineol evkaliptin əsas tərkib komponentidir, bundan başqa tərkibində terpenlər, üzvi turşular, aldehidlər, flavonoidlər, tanninlər də vardır. Evkalipt efir yağı antibakterial, iltihab əleyhinə, virus əleyhinə, analgetik və immunostimulyator təsirlərə malikdir. Burunun selikli qişasına sakitləşdirici və yumşaldıcı təsir göstərir.
Zirə efir yağı – doymamış yağ turşuları (omeqa-3, omeqa-6, omeqa-9), beta-karotin, amin turşular, flavonoidlər, saponinlər və enzimlərlə zəngindir. Kollagenin sintezini artıraraq burunun selikli qişasına güclü regenerasiyaedici təsir göstərir. Bundan başqa bakterisid, antifunqal, allergiya əleyhinə, immunostimulyator, iltihab əleyhinə də təsirlərə malikdir. 

GÖSTƏRİŞLƏRİ:

  • Rinit
  • Xroniki (hipertrofik, vazomotor, atrofik)
  • Kəskin
  • Allergik (pollinoz və s.)
  • Rinosinusit
  • Sinusitlər (haymorit, etmoidit, frontit)
  • Burunun selikli qişasında quruluq
  • Kəskin respirator xəstəliklərin profilaktikası və müalicəsi
  • Burun boşluğunda aparılan əməliyyatlardan əvvəl və sonra
  • Adenoidit
  • Otit 

İSTİFADƏ QAYDASI VƏ DOZASI: Hər burun dəliyinə 1 və ya 2 püskürmə, gündə 3-5 dəfə, 3-5 gün istifadə olunur. Ehtiyac olduqda müalicə kursu uzadıla bilər.

ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın komponentlərinə qarşı fərdi həssaslıq. 

ƏLAVƏ TƏSİRLƏRİ: Müəyyən edilməmişdir. 

BURAXILIŞ FORMASI: Nazal sprey 15 ml 

SAXLANMA ŞƏRAİTİ: 260C-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır. 

YARARLILIQ MÜDDƏTİ: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Reseptsiz buraxılır. 

İSTEHSALÇI: Gricar Chemical SRL, İtaliya 

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “NOVATOR PHARMA” Böyük Britaniya