Disolap

  • Bu dərman həkiminiz tərəfindən yalnız Sizin tibbi problemləriniz üçün təyin edilmişdir. Siz onu digər şəxslərə verməməli və ya həkiminizlə məsləhətləşməmiş onu digər xəstəliklərin müalicəsi üçün istifadə etməməlisiniz.
  • Əgər müalicə müddətində bu dərmanla bağlı hər hansı problem meydana çıxarsa, vaxtında bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
  • Əgər bu dərmana dair hər hansı sualınız olarsa və ya əlavə məlumata ehtiyacınız olarsa,çəkinmədən həkiminizə və ya əczaçıya müraciət edə bilərsiniz.
  • Dərmanın təhlükəsiz və effektiv təsir göstərməsi üçün Sizə verilmiş təlimatlara əməl etməlisiniz.
  • Təhlükəsizliyiniz və sağlamlığınız üçün Siz, istifadə etdiyiniz dərman preparatına dair hər hansı məlumatı diqqətlə oxumalısınız.
  • Dərmanları hamam otağında saxlamayın, belə ki, rütubət və isti dərmanın keyfiyyətini aşağı salar və onu sağlamlığınız üçün zərərli edə bilər.
  • Artıq Sizə lazım olmayan və ya yararlılıq müddəti keçmiş dərman preparatını saxlamayın.
  • Təhlükəsizlik məqsədi ilə dərmanları təhlükəsiz və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Beynəlxalq patentləşdirilməmiş adı: Olopatadine (olopatadin)

Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1 mq olopatadin (olopatadin hidroxlorid şəklində)vardır.Köməkçi maddələr: benzalkonium xlorid, natrium-xlorid, natrium-hidrofosfat dodekahidrat,xlorid turşusu və ya natrium-hidroksid, inyeksiya üçün su

Təsviri DISOLAP – plastik flakonda şəffaf və rəngsiz məhlul.

Farmakoloji xüsusiyyətləri
Olopatadin H1- histamin reseptorlarının selektiv inhibitoru olub, tosqun hüceyrələrdən iltihab mediatorlarının çıxmasını inhibə edir. Güclü allergiyaəleyhinə təsirə malikdir. Dopamin, α-ad-renergik, 1 və 2-ci tip muskarin, həmçinin serotonin reseptorlarına təsir göstərmir.

İstifadəsinə göstərişlər
DISOLAP
allergik konyunktivitlərin müalicəsi üçün istifadə olunan dərman preparatıdır.

Allergik konyunktivit
müxtəlif allergenlər tərəfindən törədilən göz xəstəliyidir. Bu, gözün qaşınması, qızarması və göz səthinin ödemi şəklində meydana çıxa bilər.

Əks göstərişlər

  • Olopatadinə və ya bu dərmanın digər komponentlərindən (bax: “Tərkibi”) hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
  • Laktasiya dövrü.

Xəbərdarlıq və ehtiyat tədbirləri
Kontakt linzaların üzərinə istifadə etmək olmaz.

Uşaqlarda istifadəsi
Preparatın 3 yaşa qədər uşaqlarda istifadəsi haqqında kifayət qədər məlumat yoxdur. DISOLAP , 3 yaş və daha böyük uşaqlarda böyüklərin dozalarına uyğun olaraq istifadə oluna bilər.

Digər dərman preparatları ilə qarşılıqlı təsiri
Reseptsiz buraxılan dərmanlar da daxil olmaqla, hər hansı digər dərman preparatı (göz damcısı daxil olmaqla) qəbul edilirsə və ya əvvəllər edilibsə, lütfən, bu barədə həkimə və ya əczaçıya məlumat verilməlidir. Eyni zamanda digər göz damcısı və ya göz məlhəmi istifadə olunarsa, hər bir dərman preparatının istifadəsi arasında ən azı 5 dəqiqəlik interval saxlanmalıdır. Göz məlhəmi sonuncu olaraq istifadə edilməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat hamiləlik zamanı və laktasiya dövründə o halda istifadə oluna bilər ki, gözlənilən müalicəvi effekt döl üçün potensial riskdən yüksək olsun.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
DISOLAP-ın istifadəsindən dərhal sonra müvəqqəti olaraq görmə dumanlana bilər. Bu aradan qalxmayana qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək olmaz. DİSOLAP-ın tərkibində konservant (benzalkonium xlorid) vardır.Benzalkonium xlorid yumşaq kontakt linzalara təsir göstərə bilər. Preparatın instillyasiyasından əvvəl kontakt linzalar çıxarılmalı və yalnız göz damcısı damızdırıldıqdan ən azı 15 dəqiqə sonra yenidən taxılmalıdır.

İstifadə qaydası və dozası
Gündə 2 dəfə – səhər və axşam konyunktiva kisəsinə 1 damcı damızdırılır.Preparatın fasiləsiz olaraq maksimal istifadə müddəti 4 aya gədərdir.1 2 DISOLAP yalnız gös damcısı kimi istifadə edilməlidir.

  • Əllərinizi yuyun.
  • Başınızı arxaya əyin və yuxarı baxın.
  • Alt göz qapağını ehtiyatla aşağı çəkin.
  • Gözə 1 damcı düşənə qədər flakonu sıxın (şəkil 2).
  • Sonra gözünüzü yumun, barmağınızla gözün küncünü sıxın (gözün burunla birləşdiyi yeri) və 1 dəqiqə saxlayın.

Damcıladıcının ucunun gözünüzə və ya hər hansı bir əşyaya toxunmasına yol verməyin.İstifadə etdikdən sonra flakonun qapağını bağlayın.

Doza həddinin aşılması
Bu halda göz ilıq su ilə yuyulmalı və növbəti müntəzəm dozanın vaxtı çatana qədər heç bir damcıdan istifadə edilməməlidir.

Dozanın istifadəsi unudularsa
Əgər bir dozanın istifadəsi unudularsa, onu xatırlayan kimi, dərhal istifadə edilməlidir. Növbəti dozanın vaxtı yaxınlaşmışdırsa, o zaman unudulmuş dozanı buraxaraq, növbəti dozanı vaxtında istifadə etmək və müalicəni adi rejimdə davam etdirmək lazımdır. 

DISOLAP-ın istifadəsi dayandırılırsa
Həkim məsləhəti olmadan preparatın istifadəsini dayandırmaq olmaz.

Mümkün əlavə təsirləri
DISOLAP- dən istifadə zamanı aşağıdakı əlavə təsirlər meydana çıxa bilər:

Əksər hallarda10 pasiyentdən 1-ə qədərində rast gələ bilər.
Yerli əlavə təsirlərgöz ağrısı, qıcıqlanma, gözdə quruluq, gözün həssaslığının dəyişməsi, diskomfort.Sistem əlavə təsirlər: baş ağrısı, yorğunluq, burunda quruluq, ağız dadının dəyişməsi.

Qeyri-əksər hallarda: 100 pasiyentdən 1-ə qədərində rast gələ bilər.
Yerli əlavə təsirlərgörmənin dumanlanması, zəifləməsi və diqər pozğunluqları, buynuz qişada dəyişiklər, gözün ön seqmentinin iltihabı və ya infeksiyası, selikli ifrazat, işığa qarşı həssaslıq, yaşaxma, gözün və göz qapağının qaşınması, qızarması, ödemi və ya qabıqlanması.Sistem əlavə təsirlərhiperhəssaslıq, başgicəllənmə, rinit, dərinin quruması, dərinin iltihabı.

Başvermə tezliyi məlum olmayan əlavə təsirlər (mövcud məlumatlara görə başvermə tezliyini müəyyən etmək mümkün olmamışdır).
Yerli əlavə təsirlərgözdə şişkinlik, buynuz qişanın ödemi, göz bəbəyinin ölçüsündə dəyişiklik. Sistem əlavə təsirlərtəngnəfəslik, allergik simptomların artması, üzün ödemi, yuxululuq, ümumi zəiflik, ürəkbulanma, qusma, sinusit, dərinin qızarması və qaşınma.Çox nadir hallarda gözün buynuz qişasında ağır zədələnməsi olan bəzi pasiyentlərdə müalicə müddətində kalsiumun artması nəticəsində buynuz qişada tünd ləkələr inkişaf etmişdir.

Əlavə təsirlər haqqında məlumatın verilməsi
Hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkimə, əczaçıya və ya tibb bacısına məlumat vermək lazımdır. Buraya bu içlik vərəqədə qeyd edilməyən hər hansı mümkün əlavə təsir də daxildir. Siz, həmçinin, əlavə təsirlər barədə birbaşa milli məlumat sistemi vasitəsilə müraciət edə bilərsiniz. Əlavə təsirlər barədə məlumat verməklə Siz, bu dərmanın təhlükəsizliyi haqqında daha çox bilginin toplanmasına kömək edə bilərsiniz.

Buraxılış forması
5 ml məhlul, plastik flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti
Yararlılıq müddəti flakonun etiketinin və karton qutunun üzərində göstərilmişdir.Flakonun ilk açılışından 28 gün sonra istifadə edilməməlidir.Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir. Dərmanlar çirkab sularına və məişət tullantıları içərisinə atılmamalıdır. Artıq istifadə edilməyən dərmanın hara və necə atılmalı olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.

Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.