Dormazolin-T

DORMAZOLİN T göz damcısı
DORMAZOLİN T

Beynəlxalq patentləşdirilməmiş adı:
Dorzolamide, timolol.

Tərkibi
Təsiredici maddə: 1 ml məhlulda 20 mq dorzalomidə ekvivalent 22.26 mq dorzalomid hidroxlorid və 5 mq timolola ekvivalent 6.83 mq timolol maleat vardır.
Köməkçi maddələr: Benzalkonium xlorid, Na sitrat dihidrat, hidroksietil sellüloza, mannitol, Na xlorid, inyeksiya üçün su.

Təsviri
Şəffaf rəngsiz məhluldur.

Farmakoterapevtik qrupu
Glaukoma əleyhinə vasitə.

ATC kodu:
S01ED51

Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Dorzolamid hidroxlorid karboanhidraza II fermentinin inhibitorudur. Gözün siliar cismində karboanhidrazanın inhibə olunması göz daxili  mayenin azalmasına səbəb olur.
Timolol qeyri-selektiv beta-adrenoblokatordur. Daxili simpatomimetik aktivliyə, yerli anesteziyaedici təsirə malik deyil və miokarda birbaşa təsir göstərmir.Yüksəlmiş gözdaxili təzyiq zamanı timololun təsir mexanizmi əsasən sulu nəmin yaranmasının azalması və axının artması ilə əlaqədardır. Timolol artmış və normal gözdaxili təzyiqi azaldır. Yuxu zamanı göz-daxili təzyiqi nəzarət altında saxlamağa yardım edir.Timolol akkomodasiyaya və bəbəyin ölçüsünə təsir göstərmədən gözdaxili təzyiqi azaldır, beləliklə görmə itiliyinin pisləşməsi baş vermir, rəngli və gecə görmənin keyfiyyəti azalmır.

Farmakokinetikası
Yerli istifadəsi zamanı timolol maleat buynuz qişadan asanlıqla keçir. Dərman vasitəsinin təsiri məhlulun konyunktival kisəyə instillyasiyasından 10-30 dəqiqə sonra baş verir, maksimum təsiri isə 1-2 saatdan sonra müşahidə olunur. Terapevtik effekti birdəfəlik istifadədən sonra 12-24 saata qədər davam edir.Cüzi miqdarda konyuktiva damarlarından, burunun və gözyaşı traktının  selikli qişasından absorbsiya yolu ilə sistem qan axınına düşür. Plazma zülalları ilə birləşməsi 10%-dən azdır. Ana südünə keçir, hematoensefalik və plasentar baryerləri keçir. Qaraciyərdə biotransformasiya olunur. Dəyişilməmiş şəkildə və metabolitlər şəklində böyrəklər və bağırsaqla ekskresiya olunur.Yenidoğulmuşlar və kiçik yaşlı uşaqlarda qan plazmasında təsiredici maddənin konsentrasiyası böyüklərin plazmasında olan maksimal konsentrasiyanı əhəmiyyətli dərəcədə aşır.

Dorzalomidin uzun müddət istifadəsi zamanı seçici olaraq eritrositlərdə toplanır. Sərbəst halda dorzalomidin qan plazmasındakı konsentrasiyası çox aşağı olur. Dorzalomidin yeganə metaboliti N-dezetil-dorzalomid Karboanhidraza II və I fermentlərini dorzalomiddən zəif inhibə edir. Dorzalomid 33% plazma zülalları ilə birləşməyə malikdir. Dorzalomid və onun metaboliti böyrəklər vasitəsilə dəyişilməmiş şəkildə xaric olunur. Yarımatılma periodu 4 ay təşkil edir.

 İstifadəsinə göstərişlər

  • yüksək gözdaxili təzyiq (oftalmohipertenziya);
  • açıqbucaqlı qlaukoma;
  • afakik gözdə qlaukoma və ikincili qlaukomanın digər formaları;
  • qapalıbucaqlı qlaukoma zamanı gözdaxili təzyiqin azalması üçün köməkçi vasitəsi kimi (miotiklərlə birgə),
  • anadangəlmə qlaukoma (digər müalicəvi tədbirlər effektsiz olduqda).

Əks göstərişlər

  • Dorzalomid hidroxlorid, timolol maleat və preparatın digər hər hansı komponentinə qarşı fərdi həssaslıq
  • tənəffüs yollarınınreaktiv xəstəlikləri, bronxial astma (o cümlədən anamnezdə), tənəffüs yollarının ağır xroniki obstruksiv xəstəlikləri;
  • sinus bradikardiya;sinus düyününün zəiflik sindromu;ürəyin sinoaurikulyar blokadası; II-III dərəcəli atrioventrikulyar blokada, ritmin aparacısı ilə nəzarət olunmayan; dekompensasiyalı xroniki ürək çatışmazlığı, kardiogen şok;
  • Böyrək xəstəlikləri və anamnezdə böyrək daşı xəstəliyi
  • Qanda xloridlərin toplanması ilə bağlı asidoz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıda qeyd olunmuş hallarda Dormazolin-T preparatını ehtiyatla istifadə etmək lazımdır:

  • Tənəffüs çatışmazlığı, astma və digər ağciyər xəstəlikləri.
  • Ürəyin işemik xəstəlikləri
  • Qan dövranı pozğunluqları (Reyno xəstəliyi və ya Reyno sindromu)
  • Arterial təzyiqin aşağı olması
  • Diabet, qanda şəkərin səviyyəsinin az olması (hipoqlikemiya)
  • Qalxanabənzər vəz xəstəlikləri
  • Allergik xəstəliklər, həmçinin nəfəsalam və udqunmaya mane olan üzün, dilin, boğazın ödemi ilə müşayiət olunan hiperhəssaslıq reaksiyaları
  • Miasteniya və ya əzələ zəifliyi
  • Gözlərdə qızartı və ödemin yaranması
  • Gözdə allergik reaksiyalar, qızartı, qaşınma
  • Gözün infeksiyalaşması, gözdə aparılmış cərrahi əməliyyat və gözün travmatik zədələnmələri zamanı preparat ehtiyatla təyin olunmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aşağıda qeyd olunan preparatlardan hər hansı birini qəbul edirsinizsə bu haqda həkiminizə məlumat verin:

  • Ürək xəstəlikləri və arterial hipertenziyanın müalicəsində istifadə olunan preparatlar (məsələn, klasium kanalı blokatorları, diqoksin)
  • Tərkibində beta-blokator olan göz damcıları
  • Digər karboanhidraza fermentinin inhibitorları (asetazolamid)
  • Antidepressantlar (MAO-inhibitorları), həmçinin fluoksetin, paroksetin
  • Sidiyəgetməni asanlaşdıran parasimpatomimetiklərin qəbulu
  • Narkotik analgetiklər (məsələn, morfin)
  • Diabetin müalicəsində istifadə olunan preparatlar
  • Sulfanilamid preparatları və aspirinin yüksək dozalarının qəbulu
  • Malyariyanın müalicəsində istifadə olunan xinidin

Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət deyil. Preparatın istifadəsi zamanı hamilə qalsanız bu haqda həkiminizə məlumat verin.

 Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə  dövründə  nəqliyyat  idarə  etməkdən  və  yüksək  diqqət  və  sürətli  psixomotor  reaksiyalara təsiri haqda məlumat yoxdur. Preparat gözlərdə dumanlanmaya səbəb ola bilər. Bu səbəbdən görmə tam aydınlaşana qədər xüsusi diqqət  tələb  edən  fəaliyyət  növlərilə  məşğul  olmaqdan  çəkinmək  lazımdır.

İstifadə qaydası və dozası
Zədələnmiş gözə 1 damcı səhər və axşam damızdırılır. Əgər siz Dormazolin-T preparatı ilə paralel digər göz damcıları da istifadə edirsinizsə, bu zaman göz damcılarının istifadəsi zamanı interval 10 dəqiqədən az olmamalıdır.

İstifadə edərkən çalışmaq lazımdır ki, konteynerin ucu gözə və ya göz ətrafına dəyməsin. Belə ki, bu zaman gözə infeksiya düşə bilər, nəticədə gözdə iltihabi proses baylaya, hətta görmənin pozulmasına səbəb ola bilər. İstifadə etməzdən qabaq əllərinizi yaxşıca yuyun və konteynerin ucunu istənilən səthlərdən uzaq tutun. Əgər hiss etsəniz ki, gözünüzə infeksiya düşüb dərhal həkimnizə müraciət edin.

Istifadə qaydası:

  • Flakonun qapağını açın
  • Qapağın altındakı həlqəni açın
  • Qapağı yenidən artıq həlqəsiz bağlayın ki, qapağın altındakı plastik iynə flakonun ucunu deşsin.
  • Flakonu barmaqlarınızın arasında ucu aşağı tutun
  • Başınızı arxaya əyin. Aşağı göz qapağını təmiz barmaqla aşağı çəkin. Damcını əmələ gəlmiş kisəciyə damızdırın.
  • Flakonun sonluğunu gözə yaxınlaşdırın.
  • Flakonun ucunu gözə və ya digər səthlərə toxundurmayın (bu flakonun içindəki dərmanın infeksiyalaşmasına səbəb ola bilər)
  • Alt göz qapağını aşağı çəkib, yuxarıya baxın və flakonu yüngül sıxıb, göz damcılarını gözə damızdırın
  • Gözü örtüb, onun içəri bucağını 2 dəqiqə ərzində barmaqla sıxın. Bu göz damcılarının burun-gözyaşı kanalına düşməsinin qarşısını alıb, onların effektivliyini artırır və xoşagəlməz sistem effektlərin əmələ gəlməsi riskini azaldır
  • Flakonu möhkləm bağlayın.

Müxtəlif qrup pasiyentlərdə istifadəsi:
Uşaqlarda istifadəsi:
Uşaqlarda və yeniyetmələrdə istifadəsi məhduddur.
Yaşlılarda istifadəsi:
Tədqiqatlar göstərir ki, Dormazolin –T preparatının yaşlılar və böyüklərdə təsiri eynidir.
Qaraciyər/böyrək çatışmazlığı olan pasiyentlərdə istifadəsi:
Qaraciyər və böyrək çatışmazlığı olan pasiyentlər bu haqda həkimə məlumat verməlidir.

Əlavə təsirləri
İstənilən dərman vasitəsi kimi Dormazolin-t preparatı da hamıda olmasa da bir sıra əlavə təsirlərə səbəb ola bilər.
Əgər sizdə generalizəolunmuş allegik reaksiyalar: ətrafların, həmçinin udqunma və nəfəsalmaya mane olan üzün, dilin, dodaqların, boğazın şişməsi, dəridə səpkilər, qızartı, qaşınma kimi hallar baş verərsə, preparatın qəbulunu dayandırın və dərhal həkimə müraciət edin.

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥  1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil).

Çox tez-tez (≥ 1/10);

  • Gözlərdə iynəbatma, qaşınma hissi
  • Dadbilmənin pozulması

Tez-tez (≥ 1/100 – < 1/10);

  • Gözətrafı nahiyənin qızarması
  • Gözlərdə qaşınma, yaşarma
  • Gözlərdə qıcıqlanma, ödem
  • Gözdə yad cisim hissiyatı
  • Buynuz qişanın həssasiyyətinin itməsi
  • Gözlərdə ağrı
  • Gözlərdə quruluq
  • Görmənin dumanlanması
  • Baş ağrıları
  • Sinusit
  • Yorğunluq, halsızlıq
  • Zəiflik

Bəzən (≥ 1/1000 – < 1/100);

  • Başgicəllənmə
  • Depressiya
  • Refraksiyanın dəyişməsi
  • Bradikardiya
  • Bayılma
  • Həzmin pozulması
  • Böyrəklərdə daşların əmələ gəlməsi
  • Qüzehli qişanın iltihabı

Nadir hallarda (≥  1/10000 – < 1/1000);

  • Sistem qırmızı qurdeşənəyi
  • Gözlərin və əllərin keyiməsi və iynəbatma hissi
  • Yuxu pozğunluğu, kabusgörmə, yaddaşın itməsi
  • Miasteniya
  • Libidonun zəifləməsi
  • Müvəqqəti yaxındangörmə
  • Torlu qişanın altındakı qatın laylanması
  • Göz qapaqlarının enməsi
  • İkili görmə
  • Buynuz qişanın ödemi
  • Gözdaxili təzyiqin düşməsi
  • Ürək ritminin dəyişməsi
  • Qulaqlarda küy
  • Arterial təzyiqin enməsi
  • Ürək çatışmazlığı
  • Ödem
  • Serebral işemiya
  • Sinədə ağrı
  • Kəskin ürək tutması
  • Reyno sindromu
  • Əl və ayaqlarda soyuma, qan dövranı pozğunluqları
  • Təngnəfəslik
  • Boğulma
  • Burun tıxanıqlığı, burun qanaxmaları
  • Tənəffüs yollarının spazmı, tənəffüsün çətinləşməsi
  • Öskürək, boğazın qıcıqlanması, ağızda quruluq
  • Diareya
  • Kontakt dermatit
  • Saçların tökülməsi
  • Psoriazabənzər dəri səpkiləri
  • Dərinin allergik reaksiyaları, səpkilər, qaşınma, qızartı, bəzən dodaqların, gözlərin ödemi və ya bəzən ağır formalı dəri reaksiyaları (Stivens-Conson sindromu, toksiki epidermaı nekroliz) baş verə bilər

Hər bir digər preparat kimi timolol maleat da qana sorula bilər və beta-blokatorların yarada biləcəyi bir sıra fəsadlara səbəb ola bilər. Bunlardan: qlukozanın qanda aşağı düşməsi, ürək çatışmazlığı, ürək ritmlərinin pozulması, qarında ağrılar, qusma, əzələ ağrıları, cinsi zəiflik.

Doza həddinin aşılması
Doza həddinin aşılması və preparatın təsadüfən udulması zamanı bir sıra əlavə təsirlər: başgicəllənmə, tənəffüsün çətinləşməsi və ürək ritmlərinin azalması kimi hallara səbəb ola bilər.

Buraxılış forması
5 ml-lik polietilen flakon içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılır.

Saxlanma şəraiti
25ºС  temperaturdan  yüksək  olmayan, işıqdan  qorunmaqla  və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti
24 ay.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Açılmış flakon 25ºС  temperaturdan  yüksək  olmayan yerdə saxlanıldıqda 4 həftə (28 gün) ərzində yararlı hesab edilir. 

Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.

İstehsalçı
DEVA Holding A.Ş.

Ünvan
Dumlupınar Mahallesi. Ankara Caddesi No: 2
Kartepe – KOCAELI/TURKEY

Qeydiyyat vəsiqəsinin sahibi
Məhsulun və əmtəə nişanının sahibi “Novator Pharma” LLP, Böyük Britaniya.

Ünvan
Böyük Britaniya, 8 Shepherd Market, Office 21 London, UK.