TƏRKİBİ: Alendron turşusu – 70 mq.
FARMAKOTERAPEVTİK QRUPU: Sümüklərin quruluşuna və minerallaşmasına təsir göstərən preparat, biofosfonatlar
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Farmakodinamikası: Alendronat sümüyün hidroksiapatitləri ilə birləşən biofosfonatdır (pirofosfatların sintetik analoqu). Alendronat başlıca olaraq sümük toxumasının rezorbsiya ocaqlarında, xüsusilə osteoklastların altında toplanır və osteoklast sümük rezorbsiyasını inhibə edir. Preparat osteogenez prosesinə birbaşa təsir göstərmir. Nəzərə alaraq ki, sümüklərin yaranma prosesi və rezorbsiyası qarşılıqlı olaraq bir-biri ilə bağlıdır, osteogenez prosesi də azalır, lakin rezorbsiyaya nisbətən az dərəcədə azalır. Bu sümük kütləsinin tədricən artmasına gətirib çıxarır. Alendronatla kontakt zamanı dərman preparatının sümük matrisasına düzülməsi ilə normal sümük toxumasının əmələ gəlməsi baş verir.
Farmakokinetikası: Alendron turşusunun mədə-bağırsaq traktından sorulması – 25% -dir. Preparatın bioyayarlığı birbaşa qida qəbulundan asılıdır. Sübut olunmuşdur ki, 10 mq alendron turşusunun qəbulu yemək zamanı qəbul olunursa bioyararlıq 40 % qədər azalır. Alendron turşusunu meyvə şirəsi və ya kofe ilə qəbul etdikdə bioyararlıq 60% -ə qədər azaldır. Qəbulundan dərhal sonra yumşaq toxumalara paylanır, sonra sümük toxumasında toplanır və sidiklə xaric olur. Plazma zülalları ilə 78% birləşir. Orqanizmdə metabolizmə uğramır. Yarımatılma dövrü 10 ildir.
GÖSTƏRİŞLƏRİ:
ƏKS GÖSTƏRİŞLƏRİ: Qida borusu darlığı və ya axalaziya; Hipokalsemiya; Alendronata və ya DORNAX preparatının köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaalıq
ƏLAVƏ TƏSİRLƏRİ: Qarında ağrılar, dispepsiya, qəbizlik, diareya, disfaqiya, mədə-qida borusu reflyuksu.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI: 70 mq–lıq 1 tablet həftədə 1 dəfə daxilə qəbul edilir.
Preparat qida, içki qəbulundan və ya digər dərman preparatlarının qəbulundan ən azı yarım saat əvvəl 1 stəkan qaynadılmış su ilə içərək qəbul edilməlidir. Daha yaxşı olar ki, səhər yataqdan qalxan kimi 1 stəkan qaynadılmış su ilə içərək qəbul edilsin. Tableti yalnız bütöv halda udmaq lazımdır, tableti çeynəmək və ya onun ağızda əriməsinə imkan vermək olmaz, bu ağız boşluğunun və udlağın selikli qişasının xoralanması riskini yaradır. Tableti udduqdan sonra pasiyent ən azı ilk qida qəbuluna qədər 30 dəq müddətində uzanmamalıdır. Preparat yuxu öncəsi və ya yataqdan qalxmazdan əvvəl qəbul edilməməlidir. Müalicə zamanı pasiyent kifayət miqdarda kalsium qəbul etməlidir, onun qida ilə kifayət qədər orqanizmə daxil olmadığı təqdirdə isə əlavə olaraq kalsium və D vitamini preparatları qəbul edilməlidir.
Müalicə kursu: 12-24 həftə.
BURAXILIŞ FORMASI: 4 tablet bir blistrdə. Blistr içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “Novator Pharma” LLP, Böyük Britaniya.
İSTEHSAL EDİLİR: “ Doppel Farmaceutici “ srl. İtaliya. “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə