Beynəlxalq patentləşdirilməmiş adı:
Bacteriophagum İntestinalis Liquidum
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində vardır: faqolizat bakteriyaların steril filtratı qarışığı; 1, 2, 3, 4, 6 Shigella flexneri serotipləri; Shigella sonnei; Salmonella paratyphi A; Salmonella paratyphi B; Salmonella typhimurium; Salmonella choleraesuis; Salmonella oranienburg; Salmonella enteritidis; enteral xəstəliklərin etiologiyasında daha çox əhəmiyyətli enteropatogen E. Coli-nin müxtəlif seroqrupu; Proteus; Enterococcus; Staphylococcus;Pseudomonas aeruginosa; faqın titri 1х105 az olmamaqla.
Köməkçi maddələr:yoxdur.
Təsviri
Şəffaf, müxtəlif intensivlikli sarı rəngli, spesifik dadlı mayedir.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün antibakterial preparatlar. Digər antibakterial preparatlar.
ATC kodu: J01XX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Bakteriofaq preparatlarının istifadəsi üsulundan asılı olmayaraq onlar qana və limfaya nüfuz edir və iltihab ocağına düşür. Preparatın əsas hissəsi sidikçıxarıcı yollara sanasiyaedici effekt göstərərək böyrəklər vasitəsilə, qalan hissəsi isə mədə-bağırsaq sistemi vasitəsilə xaric olur.
Farmakokinetikası
Bakteriofaq spesifik virus olub, bakteriyanın hüceyrəsinin membranında adsobrsiya olunur, hüceyrəyə nüfuz edib və onu lizisə uğradır. İNTESFAQUM-un tərkibində selektiv, yalnız virulent bakteriya faqları: 1, 2, 3, 4, 6 Shigella flexneri serotipləri; Shigella sonnei; Salmonella
paratyphi A; Salmonella paratyphi B; Salmonella typhimurium; Salmonella choleraesuis; Salmonella oranienburg; Salmonella enteritidis; enteral xəstəliklərin etiologiyasında daha çox əhəmiyyətli enteropatogen E. Coli-nin müxtəlif seroqrupu; Proteus; Enterococcus; Staphylococcus; Pseudomonas aeruginosa – daxi ldir ki, bu da, preparatın yüksək aktivliyini və effektivliyini təmin edir.
İstifadəsinə göstərişlər
İNTESFAQUM yuxarıda qeyd edilən mikroorqanizmlər və onların birləşməsi tərəfindən törədilən mədə-bağırsaq sisteminin infeksiyasının müalicə və profilaktikasında istifadə edilir. Preparat aşağıdakı xəstəliklər zamanı istifadə edilir: şigelloz, salmonellyoz, qarın yatalağı, paratif, disbakterioz, enterokolit, infeksion kolit, dispepsiya.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparat bulanıq olduqda istifadə etmək olmaz!
Preparatın tərkibində ətraf mühitin bakteriyalarının inkişaf edə biləcəyi bəsləyici mühit və ya bulanıqlıq yaranmaması üçün flakonu açdıqda aşağıdakı qaydalara əməl etmək lazımdır:
Az miqdar (2-8 damcı) dozaların istifadəsi zamanı preparatı flakondan steril şprislə 0,5-1 ml həcmdə çəkmək vacibdir. Açılmış flakondakı preparat yuxarıda sadalanan qaydalardakı saxlanma şəraitinə əməl edildikdə və bulanıq olmadıqda, müvafiq saxlanma şəraitində açıldıqdan sonra 24 saat ərzində istifadə edilə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bakterifaq preparatlarının digər dərman vasitələrilə qarşılıqlı təsiri müəyyən edilməyib. İNTESFAQUM digər dərman vasitələrilə, o cümlədən, antibakterial preparatlarla istifadə edilə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bakteriofaq preparatlarını hamiləlik və laktasiya dövründə istifadə etmək olar.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Xüsusi təlimat yoxdur.
İstifadə qaydası və dozası
Bakteriofaq preparatlarının uğurlu istifadəsinin vacib şərti törədicinin faqohəssaslığının müəyyən edilməsi və preparatdan tez istifadəyə başlamasıdır.
İNTESFAQUM ağızdan (per os) və imalə şəklində (per rectum) istifadə üçün nəzərdə tutulub. Preparat xəstəliyin ilk simptomları təzahür etdikdə, yeməkdən 1 saat əvvəl, 5-10 gün ərzində peroral istifadə edilir. Daha yüksək terapevtik effekt əldə etmək məqsədilə peroral müalicənin aparılması zamanı preparatı eləcə də, gündə 1 dəfə bağırsağın boşaldılmasından sonra imalə şəklində (rektal) təyin etmək məsləhət görülür.
Preparatın məsləhət görülən dozası
Yaş | Per os | Per rectum (imalə ilə) |
6 aya qədər | 5 ml gündə 1 dəfə | 5 ml gündə 1 dəfə |
6-12 ay | 5 ml gündə 2 dəfə | 10 ml gündə 1 dəfə |
1-3 yaş | 5 ml gündə 3 dəfə | 20 ml gündə 1 dəfə |
3-8 yaş | 10 ml gündə 2-3 dəfə | 30 ml gündə 1 dəfə |
8 yaş və yuxarı | 40 ml gündə 2 dəfə | 40 ml gündə 1 dəfə |
Bağırsaq infeksiyalarının profilaktikası
Yaş | Per os |
6 aya qədər | 5 ml gündə 1 dəfə həftədə 3 dəfə |
6-12 ay | 5 ml gündə 1 dəfə həftədə 3 dəfə |
1-3 yaş | 10 ml gündə 1 dəfə həftədə 3 dəfə |
3-8 yaş | 20 ml gündə 1 dəfə həftədə 3 dəfə |
8 yaş və yuxarı | 20 ml gündə 1 dəfə həftədə 3 dəfə |
Əlavə təsirləri
Bakteriofaqların preparatları toksik deyildir.
İNTESFAQUM-un istifadəsilə əlaqədar arzuolunmayan təsirlər və reaksiyalar qeyd edilməyib. Uşaqlarda həyatlarının ilk aylarında preparatın birinci 2 günü qusma, dəridə səpgi mümkündür.
Doza həddinin aşılması
Bakteriofaq preparatlarının doza həddinin aşılması simptomları məlum deyil.
Buraxılış forması
20 ml məhlul, tibbi şüşə flakonda. 4 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
2-8ºС temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptlə buraxılır.
İstehsalçı:
“Bioximfarm” SC.
Qotua k., 3, Tbilisi 0160, Gürcüstan.
Məhsulun və əmtəə nişanının sahibi:
“NOVATOR PHARMA”, Böyük Britaniya.