Klopidocsan

Tərkibi: Klopidogrel 75 mg

Farmakoloji xüsusiyyətləri: Klopidoksan tabletlərinin əsas təsiredici maddəsi olan Klopidogrel, antitrombositar dərman vasitələri qrupuna aid olan preparatdır. Trombositlər-ölçüsü qırmızı və ağ qan hüceyrələrinin ölçüsündən xeyli kiçik olan və qanın laxtalanması zamanı bir-birinə yapışan qan cisimcikləridir. Antitrombositar dərman preparatları bu yapışmaların (agregasiyanın) qarşısını alaraq, qan laxtalarının əmələ gəlməsinin qarşısını alır.

İstifadəsinə göstərişlər: Klopidoksan , insulta, ürək tutmalarına və hətta ölümə gətirib çıxara biləcək trombların əmələ gəlməsinin (aterotromboz) qarşısını alır.

Klopidoksanın təyin olunmasında əsas məqsəd trombların əmələ gəlməsinin qarşısını almaq və aşağıda göstərilən təhlükəli hallarla bağlı riskin azaldılmasından ibarətdir:

  • Ateroskleroz
  • əvvəllər ürək tutmasının, insultun baş verməsi və ya periferik arteriyaların xəstəliyi
  • “qeyri-stabil stenokardiya” və ya “miokard infarktı” nəticəsində döş qəfəsində möhkəm ağrıların hiss olunması (ürək tutması).

Hamiləlik və laktasiya dövründə istifadəsi: Həkim məsləhətinə uyğun.

İstifadə qaydası və dozası: Adətən Klopidoksanın dozası 75 mg (qida qəbulundan asılı olmayaraq, gündə 1 dəfə 1 tablet) təşkil edir. Klopidoksanın qəbulu hər gün eyni vaxtda olmalıdır.  Döş qəfəsində möhkəm ağrıların müalicəsinə başladıqda (qeyri-stabil stenokardiya və ürək tutması) həkim Klopidoksanı 300 mg dozada təyin edə bilər (75 mg-lıq 4 tablet).

Əks göstərişləri: Klopidoqrelə və ya tərkibindəki digər komponentlərə qarşı yüksək həssaslıq (allergiya), mədə xorası, laktasiya dövrü, uşaqlar və 18 yaşdan aşağı yeniyetməlik dövrü .

Əlavə təsirləri: Klopidoksanın qəbulu zamanı ən çox müşahidə olunan əlavə təsirlərə-qançırlar, burun qanaxması, sidikdə qanın olması, mədə və bağırsaq qanaxmaları, kəllədaxili qanaxmalar və eləcə də ağciyərlərdə və oynaqlarda baş verən qanaxmalar aiddir.

Buraxılış forması: 28 tablet, blisterlərdə. 2 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Məhsulun və əmtəə nişanın sahibi:  “NOVATOR PHARMA”    Böyük  Britaniya.

İstehsal edilir: TECEC-MEİJİ  FARMA S. A, Spain “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.