Tərkibi
Təsiredici maddə:1 tabletin tərkibində 7,5 mq meloksikam vardır.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihab əleyhinə preparatlar, oksikamlar.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Meloksikam qeyri-steroid iltihabəleyhinə dərman vasitəsi olmaqla, iltihabəleyhinə, ağrıkəsici, qızdırmasalıcı təsirlərə malikdir. Təsir mexanizmi siklooksigenaza-2-ni (COX-2) seçici olaraq inaktivləşdirməklə, iltihab mediatorlarının – prostaqlandinlərin biosintezini tormozlamasına əsaslanır. Siklooksigenaza-1 (SOG-1) ilə oxşarlığına görə, terapevtik dozalarda mədə-bağırsaq traktı və böyrəklərdə sitoprotektiv prostaqlandinlərin biosintezinə neqativ təsir göstərmir, həmçinin, trombositlərin funksional aktivliyini ləngitmir. Xondroneytral preparatdır, oynaq qığırdaqları xondrositlərinin proteoqlikan sintezinə təsir etmir.
Farmakokinetikası
Meloksikam mədə-bağırsaq traktından yaxşı sorulur ki, bu da preoral qəbul zamanı 89% təşkil edən yüksək biomənimsənilmə göstərir. Uzun müddətli qəbul zamanı tarazlıq 3 – 5 gün ərzində əldə edilir. Meloksikamın maksimum konsentrasiyası 5-6 saat ərzində qan plazmasında tarazlıq vəziyyətinə çatır. Meloksikamın yemək vaxtı peroral qəbulu sorulmanı dəyişmir. Meloksikam qan plazmasının zülalları ilə, ən əsası da albuminlərlə aktiv birləşir (99%). Meloksikam sinovial mayeyə daxil olur, qan plazmasında müəyyən edilən dərman konsentrasiyasının yarısına bərabər konsentrasiyaya çatır. Meloksikam qaraciyərdə intensiv metabolik dəyişikliklərə məruz qalır. Meloksikam əsasən sidik və nəcislə metabolitlər şəklində ifraz edilir.
Pasientlərin ayrı-ayrı qrupları
Böyrək və ya qara ciyər çatışmamazlığı olan şəxslər
Yungül dərəcədən orta dərəcəyədək ifadə olunan qara ciyər çatışmazlığı, həmçinin böyrək çatışmazlığı meloksikamın farmakokinetikasına əhəmiyyətli dərəcədə təsir göstərmir. Uremiya zamanı paylanma həcminin artması sərbəst meloksikamın daha yüksək konsentrasiyasına gətirib çıxara bilər. Odur ki, sutkalıq dozanı 7,5 mq-dan çox artırmaq lazım deyil.
İstifadəsinə göstərişlər
Oynaqların revmatoid və degenerativ xəstəliklərinin gedişi zamanı sümük-oynaq və əzələ ağrıları zamanı iltibahəleyhinə və ağrıkəsici dərman kimi istifadə edilir.
Aşağıdakı revmatoid xəstəliklərin kəskinləşməsi zamanı qısamüddətli müalicədə istifadə edilir:
- revmatoid artrit,
- yuvenil revmatoid artrit,
- ankilozlaşdırıcı spondiloartrit (Bexterev xəstəliyi).
Əks göstərişlər
Meloksikama və ya bu preparatın hər hansı başqa bir komponentinə qarşı allergiya; 15 yaşdan aşağı şəxslərdə; aspirinə (yüksək həssaslıq) və ya digər qeyri-steroid iltihabəlehyinə vasitələrə (QSİƏP) qarşı allergiya;
Hamiləlik: Hamiləlik zamanı Meloksevin dərmanı qəbul edilməməlidir. Hamiləliyin son üç ayı ərzində Meloksevin preparatını qəbul etmək olmaz, belə ki o, uşağa, xüsusən qan dövranı və tənəffüs sistemlərinə, həmçinin böyrəklərə hətta bir dəfə qəbul edildikdən sonra ciddi təsir göstərə bilər.
Laktasiya dövrü: Uşaq əmizdirən qadınlara Meloksevin dərmanı tövsiyə edilmir.
İstifadə qaydası və dozası
Tövsiyə edilən doza – sutkada 1 (bir) tabletdir. Meloksevin qida qəbulu ilə eyni zamanda, üstündən su və ya başqa maye qəbul etməklə qəbul edilməlidir. Müalicə müddəti:həkim məsləhəti olmadan 7 gündən çox qəbul etmək olmaz.
Əlavə təsirləri
Həzmin pozulması (dispepsiya), ürəkbulanma və qusma, baş ağrısı, başgicəllənmə, yuxululuq (süstlük), anemiya (qanda hemoqlobinin azalması), qan təzyiqinin qalxması (arterial hipertoniya), taxikardiya (ürək döyüntülərinin artması), əzələ zəifliyi; qastrit, mədə-bağırsaq traktından qanaxma, mayenin bədəndə ləngiməsi ilə bağlı ödem, o cümlədən topuqların və ya ayaqların ödemi (aşağı ətrafların ödemi), qara ciyər müvəqqəti pozulması, böyrəklərin funksiyasının pozulması (məsələn kreatinin və ya sidik cövhərinin səviyyəsinin artması).
Buraxılış forması
Meloksevin №20 tablet. 10 tablet, blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Yararlılıq müddəti başa çatdıqdan sonra qəbul etmək olmaz.
İstehsalçı
«Biofarm» Sp. z o.o., 60-198 Poznan şəhəri, Valbjiska 13, Polşa. Tel. +48 61 66-51-500.