500 mq/3 ml inyeksiya üçün məhlul
TƏRKİBİ:
Hər 3 ml–lik ampulun tərkibi:
Təsiredici maddə: 500 mq sitixolinə müvafiq olan 523 mq sitidin difosfat xolin natrium (sitidin difosfat xolin)
Köməkçi maddələr: inyeksiya üçün su
FARMAKOLOJİ QRUPU: Psixostimulyator və nootrop preparat.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
NOVACHOLİN sinir hüceyrəsini sitidin və xolin kimi əsas komponentlərə təmin etdiyindən membran fosfolipidlərinin miqdarını artırır, membranoprotektor təsir göstərir. Neyronların membranının tamlığını təmin etməklə yanaşı onların plastikliyini də təmin edir. Eyni zamanda serebral qan dövranını stimulyasiya edir, toksik təsirli yağ turşularının infarkt sahəsinə toplanmasının qarşısını almaqla zədə nahiyəsinin sürətlə bərpasına şərait yaradır. MSS stimulaşdırır, retikulyar formasiyanın aktivliyini artırır, əhval –ruhiyyə və əqli fəaliyyətini yüksəldir. Digər nootroplardan fərqli olaraq beyində sinir impulslarının ötürülməsini təmin edən asetilxolinin birbaşa sintezində iştirak edir və dofamini artırır. Buna görə də NOVACHOLİN-in təsiri altında apatiya qısa müddətdə aradan qalxır, yaddaş, diqqət yaxşılaşır, tanıma və orientasiya yüksəlir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
Beyin qan dövranı pozğunluqları:
Nitq pozulmaları:
Yaddaş və digər psixi funksiyaların pozulması:
Digər patologiyaların kompleks mualicəsi:
İSTIFADƏ QAYDASI VƏ DOZALANMASI:
Böyüklərdə: 500 mq ampul gündə1-2dəfə ə/d və ya v/d yeridilir .
Cərrahi əməliyyatlar və kəllə-beyin travmaları zamanı 100-500 mq gündə1-2 dəfə ə/d və ya v/d yeridilir.
Kəskin beyin qan dövranı pozğunluqlarından sonra yaranmış hemiplegiyalarda 1,0q gündə 1 dəfə olmaqla 4 həftə müddətində istifadə edilməlidir.
Parkinsonizm xəstəliyində və parkinsonizm sindromunda NOVACHOLİN 500-1000 mq dozada gündəlik, əzələdaxili, həmçinin venadaxili şırnaqla ləng (3-5 dəq.) və ya damcı üsulu ilə (dəqiqədə 40-60 damcı) fizioloji məhlulda yeridilir. Müalicə kursu 3-4 həftə çəkir.
500 mq ampul gündə bir dəfə və ya iki dəfə əzələdaxili, həmçinin venadaxili şırnaqla ləng (3-5 dəq.) və ya damcı üsulu ilə (dəqiqədə 40-60 damcı) fizioloji məhlulda yeridilir. NOVACHOLIN ürəkdöyünmə, qan təzyiqi və tənəffüs sisteminə təsir etmədiyi üçün zəruri hallarda göstərilən müddətdən artıq istifadə oluna bilər.
Kəskin pankreatitdə 1,0 q gündə 1 dəfə 2 həftə müddətində yeridilir.
Uşaqlar üçün həkim təyinatı ilə təyin olunur. (Yaşdan asılı olaraq)
DOZA HƏDDİNİN AŞILMASI: Doza həddinin aşılması zamanı müalicə həkiminə müraciət edin.
MÜALICƏ QƏFİL KƏİILƏN ZAMAN YARANAN EFFEKT: Yoxdur.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki aktiv maddəyə qarşı yüksək həssaslıq
XÜSUSİ GÖSTƏRİŞLƏRİ:
*Südvermə və hamiləlik dövrü: NOVACHOLINI Südvermə və hamiləlik dövründə çox vacib olan hallarda və ciddi tibbi nəzarət altinda istifadə etmək olar.
*Avtomobil idarə edən şəxslərə mənfi təsiri yoxdur.
*Ağır beyin ödemləri ilə müşayiət olunan hallarda mannitol və kortikosteroidlərin iştirakı ilə beyindaxili təzyiqi aşağı salmaq şərtilə təyin etmək olar.
*Yüksək dozalarda (500 mq-dan yuxarı) kəllədaxili qanaxmalar halında təyin etmək olmaz, belə ki, o beyindaxili qan dövranını gücləndirə bilir. Belə olan hallarda fraksion dozalarda (100-200 mq gündə 2-3 dəfə) məsləhət görülür.
*L-dopa ilə sinergist təsir təşkil edir.
*NOVACHOLIN-ni kəllədaxili təzyiq və perfuzion təzyiqi azaltmaq yolu ilə qanaxma əleyhinə dərman vasitələri ilə birlikdə təyin etmək olar.
MÜMKÜN OLAN ƏLAVƏ TƏSİRLƏRİ: Heç bir kliniki uyğunsuzluq haqqında məlumat yoxdur.
YARARLILIQ MÜDDƏTİ VƏ SAXLANMA ŞƏRAİTİ: Yararlılıq müddəti qutunun üzərində göztərilmişdir. Bu dərman otaq temperaturunda istilik mənbələrindən uzaq saxlanmalıdır.
Uşaqlar üçün əlçatmaz yerlərdə saxlayın.
BURAXILIŞ FORMASI: Qutuda 5 ampul 500 mq/3ml sitixolin içlik vəqərə ilə birlikdə
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “Novator Pharma” LLP, Böyük Britaniya.
İSTEHSAL EDİLİR: Esseti Farmaceutici s.r.l., Italiya, “Novator Pharma” UK xüsusi sifarişi ilə