Novadexfen 25 mq örtüklü tabletlər
Beynəlxalq patentləşdirilməmiş adı: Deksketoprofen
Tərkibi
Təsiredici maddə: hər tabletdə 25 mq deksketoprofenə ekvivalent miqdarda (36, 9 mq) deksketoprofentrometamol vardır.Köməkçi maddələr: titan dioksid, qliserol distearat, natrium qlikolyat nişastası, talk, propilenqlikol,mikrokristallik sellüloza, hidroksilpropilmetilsellüloza, kolloidal silisium dioksid,jelatinləşdirilmiş nişasta.
Beynəlxalq patentləşdirilməmiş adı:
Dexketoprofen Trometamol
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihab əleyhinə preparat(QSİƏP).
ATC kodu: M01AE17
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Deksketoprofen trometamol propion turşusunun S-(+)-2-(3-benzoilfenil)trometamin duzu olub ağrıkəsici, iltihabəleyhinə, qızdırmasalıcı təsirlərə malik olan qeyri-steroid iltihab əleyhinə dərman preparatları (QSİƏP-lər) sinfinə mənsubdur. Deksketoprofenin təsir mexanizmi, siklooksigenaza fermentinin aktivliyini azaltması ilə prostaqlandinlərin sintezini inhibə etməsi, həmçinin araxidon turşusunun PGE1, PGE2, PGF2α və PGD2 prostaqlandinlərinin, prostasiklinin (PGI2)və tromboksanın (TxA2 və TxB2) sələfləri olan PGG2 və PGH2 siklik endoperoksidlərə transformasiyasını inhibə etməsi ilə bağlıdır. Bundan əlavə, prostaqlandinlərin sintezinin inhibə edilməsinin digər iltihab mediatorları olan kininlərə də təsirinin mümkünlüyü dərmanın dolayı yolla əsas effektinin artırılmasında rol oynaya bilər.Aparılan eksperimental tədqiqatların nəticələri göstərmişdir ki, deksketoprofen trometamol SOG-1 və SOG-2 fermentlərini inhibə edir.Deksketoprofen trometamolun əhəmiyyətli ağrıkəsici təsiri müxtəliv növ ağrı modelləri ilə aparılan klinik tədqiqatlarda nümayiş etdirilmişdir.Bəzi tədqiqatlarda deksketoprofenin analgetik təsiri qəbuldan 30 dəqiqə sonra qeyd olunmuşdur. Deksketoprofenin ağrıkəsici təsiri 4-6 saat davam edir.
Farmakokinetikası
Sorulma.
Deksketoprofen trometamolunperoral qəbulundan sonra zirvə qan konsentrasiyasıtəxminən 30 dəqiqədən sonra (15-60 dəq) təyin olunur. Qida ilə birgə qəbulu zamanı dərmanın qan konsentrasiyasının əyri altındakı sahə (AUC) göstəricisi dəyişmir, ancaq deksketoprofen trometamolun zirvə qan konsentrasiyası azalır və sorulma zamanı uzanır (tmax artır).Paylanma.Deksketoprofen qan zülalları ilə yüksək dərəcədə birləşir (99%), paylanma həcmi orta hesabla 0.25 L/kq təşkil edir. Yarımpaylanma müddəti təxminən 0.35 saatdır.Metabolizm.Deksketoprofen trometamolun tətbiqindən sonra sidikdə S(+)-enantiomerin aşkar olunması dərmanın R(–)-enantiomerinə çevirilməməsinə dəlalət edir. Müxtəlif dozalarda aparılan farmakokinetik tədqiqatlarda, qeyd olunmuşdur ki, dərman vasitəsinin tək və təkrar qəbulu zamanı AUC göstəricisi fərqlənmir və kumulyasiya baş vermir.Xaricolunma.Dərman vasitəsininyarımxaricolma müddəti (T1/2)1.65 saat təşkil edir. Orqanizmdən xaric olunan deksketoprofenin əsas qismi qlükuron turşusu ilə konyuqasiyasından sonra böyrək yolu ilə çıxarılır.Xəttilik.Deksketoprofen trometamolun orqanizmdə paylanması zamanı dozadan asılı olan xətti farmakokinetika müşahidə olunur.
Xüsusi xəstə qruplarında farmakokinetikasıYaşlı xəstələrdə.Deksketoprofen trometamolun 25 mq dozada tək qəbulu zamanı sağlam könüllülər ilə müqayisədə yaşlı xəstələrdə, yarımxaricolma göstəricilərinin 50% uzanması, tək və təkrar doza qəbulundan sonra isə klirensgöstəricilərinin 40 % azalması qeyd olunmuşdur, Tmax və C max dəyişilməmişdir. Böyrək funksiyasının zəifləməsi olan yaşlı xəstələrdə deksketoprofenin doza tənzimlənməsi tövsiyə olunur; bununla birlikdə, təkrar dozalarda təyin edilən dərmanın plazmada kəskin artması müşahidə olunmaya da bilər.Böyrək çatışmazlığı olan xəstələrdə.Sağlam könüllülər ilə müqayisədə yüngül və orta ağır dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə deksketoprofen trometamolun 12.5 mq dozada qəbulunda Cmaxmüvafiq olaraq 22% və 37% artmışdır. Böyrək çatışmazlığı olan xəstələrdə dozanın korreksiyası tövsiyə olunur.Qaraciyər çatışmazlığı olan xəstələrdə.Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə dərman vasitəsinin təkrar və birdəfəlik doza qəbulundan sonra sağlam könüllülər ilə müqayisədə farmakokinetik göstəricilərində əhəmiyyətli fərq aşkar edilməmişdir. Ümumiyyətlə, qaraciyər xəstəlikləri olan xəstələrdə dozanın korreksiyasıtövsiyə olunur.Pediatriyada istifadəsi.18 yaşdan aşağı uşaqlarda dərman vasitəsinin istifadəsi tövsiyə edilmir.
İstifadəsinə göstərişlər
Sümük-əzələ ağrılarının, dismenoreyanın, diş ağrılarının simptomatik müalicəsində istifadə olunur.
Əks göstərişlər
Dərman vasitəsi aşağıdakı hallarda istifadə olunmamalıdır:
Xüsusi göstərişlər
Dərman vasitəsinin uşaqlarda və yeniyetmərdə tətbiqinin təhlükəsizliyinə dair məlumat yoxdur.Anamnezində allergik halları baş vermiş şəsxlərdə dərman vasitəsi ehtiyatla istifadə olunmalıdır.Dərmanın siklooksigenaza 2-nin (SOG-2) selektiv inhibitorları daxil olmaqla qeyri-steroid iltihab əleyhinə vasitəsilər ilə bir vaxtda istifadəsi tövsiyə edilmir. Baş verən əlavə təsirlərin təzahürünün azaldılması üçündərman minimal effektiv dozada və mümkün qədər qısa müddətdə tətbiqedilməlidir.Xəstənin anamnezində heç bir ciddi patologiya müşahidə olmadıqda və ya ilkin əlamətlər təzahür etmədikdə belə bütün QSİƏP-lərin tətbiqində olduğu kimi müalicənin müxtəlif mərhələlərindəfatal nəticələnə bilən mədə-bağırsaq qanaxmaları, xoralaşma və ya perforasiyabaş verə bilər. Mədə-bağırsaq qanaxmaları və ya xoralaşma baş verdikdə dərman vasitəsinin istifadəsi dərhal dayandırılmalıdır. Anamnezində ezofagit, qastrit və/və ya peptik xorası olan şəxslərədeksketoprofen təyin edildikdən əvvəl onlarda həmin patologiyaların tam aradan qalxmasının təsdiq edilməsi zəruridir.Dərman qəbulu zamanı ehtimal edilən hər hansı pozulmanın, xüsusilə də mədə-bağırsaq qanaxmasının qarşısının alınması məqsədilə müalicədən əvvəl xəstənin anamnezində mədə-bağırsaq patologiyasının mövcudluğunda və ya müalicə əsnasında mədə-bağırsaq simptomları təzahür etdikdə xəstələr ciddi və davamlı nəzarət altında saxlanılmalıdır. Həmin, və ya asetilsalisil turşusuna bənzər olan mədə-bağırsaq riskini artıran vasitələrin qəbul edən xəstələrdəmizoprostol və ya proton pompası inhibitorları kimi qastroprotektor xüsusiyyətlidərmanların istifadəsi tövsiyə olunur.Anamnezdə mədə-bağırsaq yolu toksikliyi mövcud olan xəstələr (o cümlədən,yaşlılar)bəzi seyrək rast gəlinən simptomlar(xüsusilə də mədə-bağırsaq qanaxmaları) meydana çıxdıqda (əsas vaxtı müalicənin başlanğıc mərhələlərində yaranırlar) həkimə müraciət etməlidirlər. Oral kortikosteroidlər, varfarin tipli antikoaqulyantlar, serotoninin presinaptik udulmasının selektiv inhibitorları və ya asetilsalisil turşusu tipli antiaqreqantlar kimi xoralaşma və qanaxma riskini artıran dərmanlar ilə eyni vaxtda deksketoprofen ehtiyatla təyin olunmalıdır. Qeyri-selektiv qeyri-steroid iltihab əleyhinə vasitələr prostaqlandinlərin sintezini zəiflədərək trombositlərin aqreqasiyasını azalda və qanaxma müddətini artıra bilərlər. Cərrahi əməliyyatdan sonrakı dövründə deksketoprofen trometamol ilə aşağı molekul çəkili heparinin tətbiqi klinik tədqiqatlarda öyrənilmiş və koaqulyasiya göstəricilərinə heç bir təsiri aşkar edilməmişdir. Bununla birlikdə, hemostaza təsir göstərən varfarin, digər kumarin dərman vasitəsiları və ya heparin kimi dərman vasitəsilər ilə deksketoprofeninyanaşı istifadəsində xəstə ciddi həkim nəzarəti altında olmalıdır.QSİƏP-lərlə müalicə əsnasında orqanizmdən mayenin xaric olunmasının ləngiməsi və periferik ödemlərin yaranması haqqında məruzələri nəzərə alaraq arterial təzyiqi və/və yayüngül-orta dərəcəli durğunluq ürək çatışmazlığı olan xəstələr müvafiq şəkildə həkim nəzarəti altında olmalıdırlar.Klinik və epidemioloji məlumatlara əsasən, xüsusilə də yüksək dozada və uzun müddətdə istifadə olunan bəzi QSİƏP-lər miokard infarktı və ya insult kimi arterial tromboz hadisələrinin riskinin artmasıilə əlaqələndirilə bilər. Bu sıradan deksketoprofenin istisna edilməsi üçün məlumatlarhələ ki kifayət qədər deyil.Nəzarət olunmayan arterial hipertenziya (AT), durğunluq ürək çatışmazlığı, urəyin təsdiq olunmuş işemik xəstəliyi, periferik arterialxəstəlik və/və ya beyin-damar xəstəliyi zamanıyalnız xəstənin vəziyyəti tam qiymətləndirildikdən sonra deksketoprofen istifadə olunmalıdır. Eyniyanaşma ürək-damar xəstəliyinin yaranmasının AT, hiperlipidemiya, şəkərli diabet, tütün aludəliyi kimi risk amillərinin mövcudluğunda da həyata keçirilməlidir. QSİƏP-lərin istifadəsindəbəzi hallarda letal nəticələrə gətirən eksfoliativ dermatit, Stivens-Jonson sindromu və toksik epidermal nekroliz kimi ciddi dəri reaksiyaların inkişafı haqqında məruzələr çox nadir hallarda rast gəlinir.Xəstələrdə bu reaksiyaların inkişafının ən yüksək riski müalicənin başlanğıcına təsadüf edə bilər, əksər xəstələrdə bu reaksiyaların baş verməsimüalicənin 1-ci ayında baş vermişdir. Dəri səpgiləri, selikli qışada xoralar və digər zədələnmə əlamətləri, yaxud yüksək həssaslığının digər əlamətləri büruzə verdikdə dərman vasitəsinin istifadəsi dərhal dayandırılmalıdır.Digər QSİƏP-lərdəolduğu kimi, deksketoprofen trometamolun istifadəsində plazmadakısidik cövhəri azotunun və kreatininin səviyyələri arta bilər.Ürək-damar, böyrək və qaraciyər pozğunluqlarında:QSİƏP-lərin tətbiqində prostaqlandinlərinsintezinin dozadan asılı ləngidilməsi və böyrək çatışmazlığının inkişafı qeyd olunur.Arzuolunmaz hadisələrin risk qrupuna daxil olunan (qaraciyər disfunksiyası, ürək xəstəlikləri, o cümlədən, durğunluq ürək çatışmazlığı və böyrək funksiyasının pozulması ilə), həmçinin sidikqovucu qəbul edən və yaşlı xəstələryuxarıda qeyd olunan reaksiyalar baş verdikdə müvafiq həkim nəzarətində qalmalı və onlaradeksketorpofen ehtiyatla təyin edilməlidir.Digər QSİƏP-lərin qəbulunda olduğu kimi, deksketoprofenin istifadəsindəqaraciyərinbəzi göstəricilərinincüzi və qısamüddətli dəyişiklikləri, həmçinin AsAT və AlAT-ınsəviyyəsinin əhəmiyyətli yüksəlməsi baş verə bilər. bu göstəricilərin həddən artıq dəyişməsimüalicənin dayandırılmasına göstəriş kimi qiymətləndirilməlidir.Qanyaranma sisteminin pozğunluqları, sistem qırmızı qurdeşənəyi və birləşdirici toxumanın qarışıq xəstəlikləri zamanı deksketoprofenehtiyatla təyin olunmalıdır. Digər QSİƏP-lərin istifadəsində olduğu kimi, deksketoprofenin istifadəsi fonunda infeksion xəstəliklərin simptomları gizlənə. İstisna hallarda QSİƏP-lərin istifadəsifonunda yumşaq toxumaların infeksion proseslərinin ağırlaşması baş verə bilər. Bunu nəzərə alaraq, müalicə zamanı bakterial infeksiya simptomlarınınbaş verməsi və ya güclənməsi haqqında məlumatın həkiminə dərhal çatdırılması barədə xəstələr xəbərdarlandırılmalıdır. Novadexfen-ın hər tabletinin tərkibində 7,5 mq qliserol distearatolmasına baxmayaraq doza tənzimlənməsinə ehtitac yoxdur.Dərman vasitəsinin hər dozasına 1 mmol-dan (23 mq) azmiqdarda natrium daxildir, həmin element ilə əlaqələndirilən hər hansı bir əlavə təsir mövcud dozada adətən müşahidə olunmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin üçüncü trimestrində dərmanın istifadəsi əks göstərişdir. Hamiləliyin І və ІІ trimestrində ciddi zərurət yaranmadıqda deksketoprofen trometamol təyin olunmamalıdır. Hamilə qalmağı planlaşdıran və ya hamiləliyin І və ІІ trimestrində olan qadınlarda deksketoprofen trometamolun tətbiqi minimal effektiv dozada və mümkün qədər qısamüddətli müalicə kursu ilə təyin edilməlidir.İstifadə edilən bütün prostaqlandin sintezi inhibitorları ana və döldə aşağıda qeyd olunan riskləri törədir:
ІІІ trimestrdə – döl üçün:
Hamiləliyin sonunda –ana və yenidoğulmuş üçün:
Deksketoprofen trometamolun ana südündə aşkar olunması haqqında heç bir məlumat yoxdur. Novadexfen əmizdirən qadınlara təyin olunmur.
Əlavə təsirləri
Digər dərman vasitələrində olduğu kimi deksketorpofen trometamolun istifadəsi zamanı damüəyyən şəxslərdə əlavə təsirlər qeyd oluna bilər. Deksketorpofenin parenteral istifadəsində qeyd olunan əlavə təsirlər orqanizmin funksional sistemləri üzrə rast gəlinməsi tezliyinə görə təsnif olunaraq aşağıdakı cədvəldəgöstərilmişdir:Digər QSİƏP-lərin istifadəsində olduğu kimi, sistem qırmızı qurdeşənəyi və birləşdirici toxumanın qarışıq xətəlikləri zamanıdeksketoprofenin istifadəsində aseptik meningitinvə, həmçinin,trombositopenik purpura, aplastik və hemolitik anemiya, nadir hallarda isə – aqranulositoz və medullyar hipoplaziya kimi hematoloji reaksiyalarıninkişafetmə riski mövcuddur.
GÖZLƏNİLMƏZ ƏLAVƏ TƏSİRLƏR QEYD OLUNDUQDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN!
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bütün QSİƏP-lərin tətbiqində qeyd oluna bilər; digər dərman vasitələri ilə bir vaxtda istifadəsi tövsiyə olunmur:
Ehtiyat tələb edən yanaşı dərman kombinasiyalar:
Nəzərdə saxlanmalı kombinasiyalar:
İstifadə qaydası və dozası
Ağrının növündən və ağırlığından asılı olaraq tövsiyə olunan doza adətən 12,5 mq hər 4-6 saatdan bir yaxud 25 mq hər 8 saatdan bir təşkil edir. Gündəlik tövsiyə olunan doza 75 mq artıq olmamalıdır.Əlavə təsirlərin riskinin azaldılması üçün dərman ən aşağı effektiv dozada ən qısamüddətli kursla təyin edilməlidir. Novadexfen yalnız simptomatik müalicə üçün istifadə olunur, uzunmüddətli istifadə və müalicə üçün nəzərdə tutulmayıb. Novadexfen tablet kifayət qədər su ilə daxilə qəbul olunur.Qida ilə yanaşı qəbulu dərmanın sorulma sürətini azaldır, bu səbəbdən, kəskin ağrıda dərmanın qidadan ən azı 30 dəqiqə əvvəl qəbul olunması tövsiyə edilir.
Doza həddinin aşılması
Deksketoprofen trometamolun doza həddinin aşılması haqqında məlumat yoxdur.QSİƏP-lərin istifadəsindəmüşahidə olunan doza həddinin aşılmasının ümumi simptomları aşağıdakılardır:
Baş ağrıları, ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, diareya (nadir hallarda), istiqamətləndirməqabiliyyətinin pozulması, artmış oyanma, koma, yuxululuq, başgicəllənmə, qulaqda küy, bayılma, bəzi hallarda – qıcolmalar.Doza həddinin əhəmiyyətli dərəcədə aşılması zamanı böyrək çatışmazlığı və qaraciyər zədələnməsi qeyd oluna bilər.
Dozanın təsadüfi və hədsiz aşılması zamanıxəstənin vəziyyətinə uyğun olaraq simptomatik müalicə aparılır. Xəstənin sidiyə çıxması yüngülləşdirilməli, böyrək və qaraciyər funksiyası ciddi nəzarət altında saxlanılmalıdır.Xəstələr doza həddinin aşılmasından sonra ən azı 4 saat nəzarət altında olmalıdırlar.Uzunmuddətli və tez-tez təkrarlanan qıcolmalar zamanı müalicə venadaxili diazepam ilə aparılmalıdır .Deksketoprofen trometamol orqanizmdən dializ vasitəsilə xaric olunur.
Buraxılış forması
Novadexfen, 25 mq örtüklü tabletlər. 20 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.