Novalopin

TƏRKİBİ: 1 KAPSUL
Balıq yağı (Fish oil) (EPT (EPA) – 350 mq, DHT (DHA) – 250 mq) – 1000 mq
Vitamin E (D-alfa tokoferol (D-alpha tocopherol)) – 7.5 mq

KÖMƏKÇİ MADDƏLƏR:
Jelatin (gelatine), qliserin (glycerin).

BURAXILIŞ FORMASI:
Kapsul

QABLAŞDIRMA FORMASI:
№30 (2×15) blisterdə, karton qutu qablaşdırmada.

İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:
Omeqa-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.

İSTİFADƏ QAYDALARI VƏ DOZA:
14 yaşdan yuxarı: 1 kapsul gündə 1 dəfə.

ƏKS GÖSTƏRİŞLƏRİ:
Balıq yağına qarşı fərdi həssaslıq və hemorragik sindrom.

MƏLUMAT:
Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

SAXLANMA ŞƏRAİTİ:
25ºC-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

YARARLILIQ MÜDDƏTİ:
3 il.

MƏHSULUNUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
NOVATOR PHARMA LLP, Böyük Britaniya.

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
“GRICAR CHEMICAL S.R.L”, İtaliya.

İSTEHSALÇININ ÜNVANI:
Via san Giuseppe, 18/20-Brugheno (MB)