Novaoksin

NOVAOKSIN 500 mq, səthi örtülü tabletlər.

Bu içlik vərəqədə verilən məlumatla tanış olmadan preparatı qəbul etməyə başlamayın.

  • Bu içlik vərəqəni saxlayın, onu təkrar oxumağa ehtiyacınız ola bilər.
  • Əgər məlumatlarla tanış olduqdan sonra sizdə əlavə suallar yaranarsa, mütləq həkimə və ya əczaçıya müraciət edin.
  • Bu preparat şəxsən sizə təyin olunub. Onu digər şəxslərə verməyin. Sizdə və bu şəxsdə hətta simptomlar eyni olsa belə, preparatın qəbulu onlara ziyan gətirə bilər.
  • Əgər hansısa bir əlavə təsir ağırlaşarsa və ya və ya bu içlik vərəqədə qeyd olunmayan reaksiya əmələ gələrsə, mütləq həkimə və ya əczaçıya məlumat verin.

Beynəlxalq patentləşdirilməmiş adı: Clarithromycin

Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 500mq klaritromisin vardır.
Köməkçi maddələr: tabletin nüvəsində – kroskarmelloza natrium, mikrokristalliksellüloza PH 102, maqnezium- stearat, kolloidal silisium 4-oksid.Tabletin örtüyü – Hipromelloza 2910 E5, makroqol 8000, titan 4-oksid (E171), sarıdəmir oksidi (E172).

Farmakoloji xüsusiyyətləri
Hər tabletin tərkibində 500 mq klaritromisin vardır. O, makrolidlər adlanan antibiotiklər qrupuna aiddir. Antibiotik, yoluxucu xəstəliyin səbəbi olan bakteriyaların inkişafını dayandırır.

İstifadəsinə göstərişlər

  • Aşağı tənəffüs yollarının infeksiyaları (bronxit və pnevmoniya kimi)
  • Boğaz və hava ciblərinin infeksiyaları (faringit, sinusit , farinqotonzillit)
  • Dəri və yumşaq toxumaların infeksiyaları

Əks göstərişlər

Əgər :

  • Sizdə klaritromisinə və ya NOVAOKSIN preparatının tərkibində olan digər komponentlərə və ya digər makrolid qrupuna aid olan antibiotikə qarşı allergik reaksiyalar varsa,
  • Siz miqren tutmalarında istifadə olunan erqotamin və dihidroerqotamin tərkibli preparatları qəbul edirsinizsə,
  • Siz hərarətin və allergik xəstəliklərin müalicəsində istifadə olunan terfenadin və ya astemizol qəbul edirsinizsə,
  • Siz yaddaş problemlərinin müalicəsində istifadə olunan pimozid qəbul edirsinizsə
  • Siz mədə problemləri ilə bağlı sizaprid qəbul edirsinizsə,
  • Ağır böyrək çatışmazlığından əziyyət çəkirsinizsə,
  • Qanınızın plazmasında kalium ionlarının miqdarı aşağıdırsa,

Siz preparatı qəbul etmədən öncə bu haqqda həkiminizə xəbər verməlisiniz!Xüsusilə diqqət yetirin, əgər Sizdə:

  • Qaraciyər problemləri varsa,
  • Böyrək problemləri varsa

Siz preparatı qəbul etmədən öncə bu haqqda həkiminizə xəbər verməlisiniz!

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşağıda sadalanan preparatları qəbul edirsinizsə bu haqqda həkiminizə xəbər verin!

  • Kumarin antikoaqulyantları (varfarin kimi)
  • Digər makrolidlər (eritromisin, azitromisin)
  • Antikonvulsant preparatlar (fenitoin, valproat, karbamazepin)
  • Teofillin (bronxial astmanın müalicəsi üçün)
  • Sedativ preparatlar kimi tanınan benzodiazepinlər (midazolam, triazolam və ya anksiolitiklər – antidepressantlar (alprazolam)
  • Rifabutin ( bəzi yoluxucu xəstəliklərin müalicəsi)
  • Orqan transplantasiyasından sonra istifadə olunan sitostatiklər (siklosporin, sirolimus, lakrolimus)
  • Qanda xolesterini azaldan simvastatin və lovastatin
  • QİÇS – in müalicəsində istifadə olunan ritonavir və zidovudin
  • Mədə turşuluğuna təsir edən omeprazol və lansoprazol
  • İmpotensiyanı artırmaq üçün istifadə olunan sildenafil
  • Müəyyən böyrək şişlərində istifadə olunan vinblastin

NOVAOKSIN peroral kontraseptivlərlə yanaşı qəbul olunduğu zaman yanaşı təsirlər törətmir.Əgər Siz reseptsiz buraxılan və ya bitki tərkibli preparatları da daxil olmaqla hər hansı digər preparat qəbul edirsinizsə, bu haqqda həkiminizə məlumat verin!

NOVAOKSINın yemək və içkilərlə qəbul olunması:
Preparatın qəbulu qida qəbulundan asılı deyil.

Hamiləlik və laktasiya dövründə istifadsi
Məlumdur ki, hamiləlik və laktasiya zamanı bir çox preparatların qəbulu məsləhət deyil. Buna görə preparatın qəbuluna başlamazdan əvvəl həkiminizlə məsləhətləşin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın avtomobil və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri haqqda məlumat yoxdur. Amma, qeyd olunur ki, Sizdə başgicəllənmə, əzginlik hissi yarana bilər.

İstifadə qaydası və dozası
Həkiminiz preparatı Sizə uyğun dozada təyin edib. Həkimin təlimatlarından mütləq yayınmayın. Əgər hansısa səbəbə görə Siz təlimatı oxuya bilmirsiniz və ya oxuyub başa düşməmisizsə, həkimə və ya əczaçiya müraciət edin.Tabletlər yarım stəkan su ilə qəbul olunmalıdır.

Böyüklər, yaşlı insanlar və 12 yaşdan yuxarı olan uşaqlar:

  • 1 həftə ərzində gündə 2 dəfə 250 mq.
  • Bu doza 500 mq-a qədər artırıla bilər. Ağır infeksiyalar zamanı müalicə kursu 2 həftə təşkil edə bilər.

Böyrək problemləri olan xəstələr
Sizdə böyrək problemləri varsa, həkiminiz preparatın dozasını azaltmalıdır.

Qaraciyər problemləri olan xəstələr
Sizdə qaraciyər problemləri varsa həkiminiz preparatın dozasını azaltmalıdır.

12 yaşa qədər uşaqlar:
12 yaşa qədər uşaqlara preparat təyin olunmamalıdır.

Doza həddinin aşılması
Preparatı artıq dozada qəbul etmisinizsə, mütləq yaxında yerləşən təcili yardım şöbəsinə müraciət edin və ya həkiminizə xəbər verin. Sizdə qusma və mədə ağrıları əmələ gələ bilər.

Əgər Siz NOVAOKSIN tabletini qəbul etməyi unutmusunuzsa
Yadınıza düşən kimi və növbəti dozanın qəbuluna çox vaxt varsa mütləq preparatı qəbul edin. Əgər növbəti doza qəbuluna az vaxt qalıbsa yenə də preparatı bir dozada qəbul edin. Preparatın ikili dozada qəbulu qadağandır.

Siz NOVAOKSINın qəbulunu dayandırmısınız
Siz özünüzü yaxşı hiss etməyə başladız və preparatın qəbulunu vaxtından tez kəsmisiniz? Bunu etmək məsləhət deyil, çünki Sizi müalicədən öncə narahat edən problemlər təkrar qayıda bilər.

Əlavə təsirləri
Digər preparatlar kimi NOVAOKSIN da müəyyən əlavə təsirlər törədə bilər.Preparatın qəbulundan sonra Sizdə allergik reaksiya yarana bilər:

  • Nəfəsin daralması, dodaq, üz və boyun nahiyəsində şişkinlik
    Dodaq, göz qapaqları, burun, ağız və genital orqanlarda səpgilər qaşıntı ilə başlaya bilər. İnkişaf edərək onlar suluqlara və sonra da yaralara çevrilə bilərlər.

Bu əlavə effektlər təhlükəlidir, amma çox nadir hallarda əmələ gəlir.Əgər Sizdə yuxarıda qeyd olunan effektlər yaranmağa başlayırsa, mütləq yaxında yerləşən təcili yardım şöbəsinə müraciət edin və ya həkiminizə xəbər verin.Digər əlavə təsirlər:

  • Mədə problemləri (ürəkbulanma, qusma, həzmin pozulması, ishal)
  • Qanlı və selikli nəcis
  • Ətraflarda keylik və iynə batırılma hissi
  • Başağrısı
  • Oynaq – əzələ ağrıları
  • Ağızda iltihab ocaqlarının əmələ gəlməsi, dilin rənginin dəyişməsi, “süd yarasının” əmələ gəlməsi ağızın selikli qişasında ağrılı ağ rəngli sahələrin əmələ gəlməsi
  • Qoxu və dad hisslərində dəyişiklik
  • Dişlərin rəng dəyişməsi ( professional diş təmizlənməsindən sonra bərpa olunur)
  • Stivens –Jonson sindromu (dodaq, göz qapaqları, burun, ağız və genital orqanlarda suluqların əmələ gəlməsi)
  • Toksiki epidermal nekroliz ( güclü ağrılarla və səpgilərlə müsayiət olunur)

Uzun müddət sürməyən və tez aradan qalxan əlavə təsirlər:

  • Başgicəllənmə
  • Qulaqda cingilti
  • Yuxunun pozulması, pis yuxular, hallusinasiyalar
  • Hay – küy tutmalarına yoluxma

Nadir hallarda rast gələn əlavə təsirlər

  • Şəkərli diabeti olan xəstələrdə qanda qlükoza səviyyəsinin enməsi
  • Eşitmənin zəifləməsi (müalicə kursunu dayandırandan sonra keçir)
  • Qan göstəricilərinin dəyişilməsi ( hərarət, boğazda ağrı və ağızda yaralarla müşahidə olunur)
  • Səbəbi bilinməyən qanaxmalar və dəridə göyərmələr
  • Qaraciyər və öd kisəsində problemlər
  • Sarılıq ( dəri və göz sklerasının saralması)
  • Böyrək problemləri
  • Yaralar
  • Ürəkbulanma, qusma və güclü abdominal ağrı ilə müşayiət olunan pankreatit ( mədəaltı vəzin iltihabı)
  • Aritmiyalar

Buraxılış forması
14 tablet, blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti
15° -30° C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.