Oynaq xəstəlikləri

İnsanın dayaq-hərəkət aparatı əzələlərdən, sümüklərdən, oynaqlardan və bağlardan ibarətdir.
Əhalinin 1/3 -i dayaq-hərəkət aparatının funksional pozğunluğundan əziyyət çəkir. Bu xəstəliklər arasında əsas yeri oynaq xəstəlikləri tutur və çox vaxt əlilliyə gətirib çıxarır.

Oynaq xəstəlikləri şərti olaraq 2 qrupa bölünür:
Artritlər – oynaqların iltihabi xarakterli zədələnməsi.
Artrozlar – oynaqların degenerativ-destruktiv zədələnməsi.

Artritlərin təsnifatı

  • Kəskin revmatik qızdırma
  • Revmatoid artrit
  • Ankilozlaşdırıcı spondilit
  • Psoriatik artrit
  • BXİX zamanı yaranan artritlər
  • İnfeksion (piogen) artritlər
  • Postinfeksion reaktiv artritlər
  • Podaqrik artrit

Artrozların təsnifatı

  • Osteoartroz
  • Spondiloartroz (spondilyoz)
  • Osteoxondroz
  • Osteoxondropatiyalar

Yarnama səbələri:

  • İnfeksion faktor (bakteriya, göbələk və virus)
  • Mexaniki faktor (həddindən artıq yüklənmə, travmatik zədələnmə)
  • Autoimmun reaksiyalar (immun komplekslər)
  • Endokrin patologiyalar (diabetik və akromeqalik artropatiya və s.)
  • Maddələr mübadiləsinin pozulması (podaqrik artrit və s.)

Risk faktorları:

  • Cinsiyyət
  • İrsi meyllik
  • Yastı pəncəlik
  • Az hərəkətli həyat tərzi
  • Soyuq
  • Rütubət
  • Piylənmə
  • Qeyri-düzgün qidalanma

Ümumi əlamətləri

  • Sakit vəziyyətdə və ya fiziki yüklənmə zamanı ağrı (artralgiya)
  • Hərəkət zamanı xırtıltı, şaqqıltı səsi
  • Hərəkət məhdudluğu
  • Yerli olaraq dərinin qızarması, hərarətin qalxması, şişkinlik