Piophagum

OFAQUM daxilə qəbul edilən, xaricə və yerli istifadə olunan məhlul
PIOPHAGUM

Beynəlxalq patentləşdirilməmiş adı: Pyobacteriophagum Liquidum

Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində aşağıdakı bakteriyalar vardır: Streptococcus,
Staphylococcus, E.Coli, Pseudomonas aeruginosa, Proteus faqolizatın steril
filtratlarının qarışığı, hər faqın titri 1X105 az deyil.

Təsviri
Şəffaf, müxtəlif intensivliyə malik sarı rəngli, spesifik dadlı mayedir.

Farmakoterapevtik qrupu
Digər terapevtik preparatlar.
ATC kodu: V03A.

Farmakoloji xüsusiyyətləri
Bakteriofaq bakteriyanın spesifik virusudur ki, bu da, homoloji bakteriyanın hüceyrə membranında adsobsiya olunur, onun tamlığını pozur, hüceyrəyə daxil olur, çoxalır və onu lizisə uğradır.
Piofaqum nun tərkibinə selektiv, yalnız bakteriyaların virulent faqları- Streptococcus, Staphylococcus, E.Coli, Pseudomonas aeruginosa, Proteus, daxildir ki, bu da, preparatın yüksək aktivliyini və effektivliyini təmin edir. Yeridilmə üsulundan asılı olmayaraq, bakteriofaq preparatları qana və limfaya tez nüfuz edir və xəstəlik ocağına düşür. Preparatın əsas hissəsi sidikçıxarıcı yollara sanitar təsir göstərməklə, böyrəklər vasitəsilə, qalan hissəsi isə mədə-bağırsaq sistemindən xaric olur.

İstifadəsinə göstərişlər
Kompleks terapiya zamanı
Piofaqum bütün yaş qruplarında, eləcə də, yüksək risk qrupunda bakteriyalarla törədilmiş irinli xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir.
Aşağıdakı xəstəliklərin müalicəsində
– Yuxarı və aşağı tənəffüs yollarının (burun boşluğu və burun ciblərinin, orta qulağın iltihabı, angina, laringit, traxeit, bronxit, pnevmoniya, plevrit) bakterial infeksiyası.
– Cərrahiyyədə: irinli yara, yanıq, abses, fleqmona, furunkul, karbunkul, hidroadenit, panarisiya, paraproktit, mastit, bursit, kompleks terapiyada osteomielit.
– Urologiyada: urogenital infeksiyalar (uretrit, sistit, pielonefrit, kolpit, endometrit, salpinqooforit).
– Kompleks terapiyada həzm sisteminin xəstəliklərinin müalicəsi qastroenterokolit, xolesistit, dizbakterioz.
– Yenidoğulmuşlarda irinli-iltihabi xəstəliklər zamanı (omfalit, piodermiya, sepsis).
– Yuxarıda qeyd edilən mikroorqanizmlərlə əlaqədar olan digər xəstəliklər.
– Sepsis zamanı kompleks terapiyada Piofaqum nun istifadəsi müalicəni daha effektiv edir.
Preparat profilaktik məqsədlə aşağıdakı hallarda istifadə edilir
– Məişət şəraitində olduğu kimi müalicə müəssisələrində də təzə yaraların işlənməsi;
– cərrahi manipulyasiyalar və əməliyyatlar zamanı irinli ağırlaşmaların qarşısını almaq üçün;
– xəstəxanadaxili infeksiyanın profilaktikası üçün.

Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı istifadə etməzdən əvvəl çalxalamaq vacibdir. Flakonun möhtəviyyatı şəffaf, çöküntüsüz olmalıdır.
Preparat bulanıq olduqda, istifadə etmək olmaz.
20 ml məhlul bir dəfəyə istifadə edilmədiyi halda, lazım olan miqdarı steril şprislə flakondan çəkmək məsləhət görülür.
Preparatı donma vəziyyətinə gətirmək olmaz.
Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bakteriofaq preparatlarının digər dərman vasitələrilə qarşılıqlı təsiri müəyyən edilməyib. Bakteriofaq preparatlarını digər dərman vasitələrilə kompleks terapiyada istifadə etmək olar, o cümlədən, antibakterial preparatlarla (antibiotiklərlə).

Hamiləlik və laktasiya dövründə istifadəsi
Bakteriofaq preparatlarını hamiləlik və laktasiya dövründə həkim tövsiyəsilə istifadə etmək olar.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Məlumat yoxdur.

İstifadə qaydası və dozası
Bakteriofaq preparatlarının müvəffəqiyyətlə istifadəsinin vacib şərti törədicinin faqohəssaslığının müəyyən edilməsidir (preparatın tərkibində daxil olan faqlara münasibətdə). Preparat xəstəliyin ilkin mərhələsində və bilavasitə zədələnmə ocağında istifadəsi zamanı xüsusilə effektivdir.
Piofaqum daxilə qəbul (peroral, rektal), yerli (qarqara, islatma, islatma dərmanı və/və ya tampon), boşluğa yeritmək (yara, abses, plevral boşluq, oynaqlar, burun və burun ciblərinin çıxıntıları, qulaqlar, sidik kisəsi, uşaqlıq, uşaqlıq yolu) üçün istifadə edilir.
Lokal zədələnmə ilə irinli-iltihabi xəstəliklırin müalicəsi üçün preparat yerli olduğu kimi, eləcə də, daxilə (per os) də təyin edilir. Preparatla müalicə kursunun müddəti orta hesabla 5-10 gündür.
Dozalanma zədələnmiş nahiyənin ölçüsündən və/və ya həcmindən asılı olaraq müəyyən edilir.
Preparat, zədələnmiş ocağa sterilizasiya şərtlərinə tam müvafiq şəkildə həkim tərəfindən drenaj yolu ilə irinin təmizlənməsindən sonra yeridilir. Yeridilən preparatın miqdarı təmizlənmiş irinin həcmindən bir qədər az olmalıdır. Sonrakı günlər preparat infeksiyalaşmış boşluğa drenajın köməyilə yeridilir. Prosedur 3-5 gün ərzində gündə 1 dəfə aparılır.
– Sistit, pielonefrit, uretrit zaman: sidik kisəsi boşluğu və/və ya böyrək ləyəni drenajlandığı halda preparat gündə 1-2 dəfə 20-30 ml sidik kisəsinə və 5-7 ml böyrək ləyəninə yeridilir;
– irinli-iltihabi ginekoloji xəstəliklər zamanı preparat uşaqlıq yolu boşluğuna, uşaqlığa gündə 1 dəfə 5-10 ml yeridilir;
– qulağın, boğazın, burunun irinli-iltihabi xəstəlikləri zamanı: preparat gündə 1-3 dəfə 2-10 ml dozada yeridilir. Bakteriofaq qarqara, yuma, damızdırma, isladılmış turundanın yeridilməsi (onlar 1 saat ərzində qalır) üçün istifadə edilir;
– stomatitin və xroniki yayılmış parodontitlərin müalicəsi üçün preparat ağız boşluğunun qarqarası şəklində gündə 3-4 dəfə 10-20 ml dozada istifadə edilir, eləcə də, parodontal ciblərə 5-10 dəqiqə müddətinə bakteriofaq hopdurulmuş turunda yeridilir.
Bağırsaq patologiyası zamanı
Mədə-bağırsaq sisteminin xəstəlikləri, yuxarıda qeyd edilən mikroorqanizmlərlə (ayrı-ayrı və ya birlikdə) törədilən QBS-müalicə ümumi sxemə görə yeməkdən 1 saat əvvəl gündə 3 dəfə peroral (per os) aparılır; imalə şəklində: gündə 1 dəfə axşam, yatmazdan əvvəl mikroimalə 1 peroral yolla qəbulun əvəzinə təyin edilir.

Müalicəni aşağıda qeyd edilən sxem üzrə aparmaq məsləhət görülür

Yaş Peroral (per os) Rektal (Per rectum)
6 aylığa qədər Gündə 5 ml 1 dəfə Gündə 10 ml 1 dəfə
6 aylıqdan 1 yaşa qədər Gündə 5 ml 2 dəfə Gündə 10 ml 1 dəfə
1 yaşdan 3 yaşa qədər Gündə 5 ml 3 dəfə Gündə 20 ml 1 dəfə
3 yaşdan 8 yaşa qədər Gündə 10 ml 2-3 dəfə Gündə 30 ml 1 dəfə
8 yaşdan yuxarı Gündə 20 ml 2-3 dəfə Gündə 40 ml 1 dəfə

Profilaktik istifadə üçün preparatın dozası pasiyentin vəziyyətindən asılı olaraq, həkim tərəfindən müəyyən edilir.
Qeyd
Preparatın istifadəsinə qədər yara və/və ya boşluğun işlənməsi üçün kimyəvi antiseptiklər istifadə edildiyi halda həmin nahiyə 0,9%-li steril fizioloji məhlulla yaxşıca təmizlənməlidir.
Omfalit, piodermiyalar, infeksiyalaşmış yaraların müalicəsi zamanı preparat applikasiya şəklində gündə 2 dəfə istifadə olunur (tənzif salfetka bakteriofaqla hopdurulur və göbək yarasına və ya zədələnmiş dəri sahəsinə qoyulur).

Əlavə təsirləri
Preparat toksik deyil. Preparatın istifadəsindən sonra əlavə təsirlər və ya orqanizmə zərərli təsiri barədə məlumat aşkar edilməyib.

Doza həddinin aşılması
Bakteriofaqların doza həddinin aşılmasının simptomları məlum deyil.

Buraxılış forması
20 ml məhlul, tibbi şüşə flakonda. 4 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti
2-8ºС temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Bütün daşınma müddəti ərzində stabil termorejim ilə təchiz edilmiş bütün örtülü nəqliyyat növlərilə daşınmasına yol verilir.

Yararlılıq müddəti
2 il (müvafiq saxlanma şəraitində).
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.

İstehsalçı:
“Bioximfarm” SC.
Qotua k., 3, Tbilisi 0160, Gürcüstan.

Məhsulun və əmtəə nişanının sahibi:
“NOVATOR PHARMA”, Böyük  Britaniya.