Riostaphyn

RİOSTAFİN    daxilə  qəbul etmək, yerli  və  xaricə  istifadə  üçün  steril  maye
RIOSTAPHYN

Beynəlxalq patentləşdirilməmiş adı:
Bacteriophagum  Staphylococcicum  Liquidum (Maye stafilokokk bakteriofaqı)

Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 106-dan az olmayaraq Staphylococcus aureus vardır.

Təsviri
Şəffaf, spesifik dada malik, müxtəlif  intensivliklikli sarı rəngli mayedir.

Farmakoterapevtik qrupu
Spesifik antibakterial preparat.

ATC kodu: J01XX.

Farmakoloji xüsusiyyətləri
Bakteriofaq bakteriyanın spesifik virusudur ki, bu da, homoloji bakteriya hüceyrəsinin membranında adsorbsiya olunur, hüceyrəyə nüfuz edir və onu lizisə uğradır. RİOSTAFİN-ın  tərkibinə  selektiv, yalnız  bakteriyanın  virulent  faqları – Staphylococcus  aureus – daxildir  ki, bu  da, preparatın  yüksək  aktivliyini  və  effektivliyini  təmin  edir. Yeridilmə  üsulundan  asılı  olmayaraq, bakteriofaq  preparatları  qana  və  limfaya  nüfuz  edir  və  iltihab  ocağına  düşür. Preparatın  əsas  hissəsi  sidikçıxarıcı  yollara  müalicəvi  təsir  göstərərək, böyrəklər  vasitəsilə, qalan  hissəsi  isə  mədə-bağırsaq  sistemi  vasitəsilə  xaric  olur.

İstifadəsinə göstərişlər
Preparat  qızılı  stafilokokkların  törətdiyi  irinli-iltihabi  bakterial  xəstəliklərin  müalicə  və  profilaktikasında  bütün  yaşlarda  və  yüksək  risk  qruplarında  istifadə  edilir:

  • cərrahiyyədə: irinli yara, yanıq, absess, fleqmona, furunkul, karbunkul, hidradenit, dolama, paraproktit, mastit, bursit, osteomielit;
  • urologiyada: urogenital infeksiyalar – uretrit, sistit, pielonefrit, kolpit, endometrit, salpinqooforit;
  • qastroenterologiyada: enterokolit, xolesistit, qıcıqlanmış bağırsaq sindromu (QBS) (disbakterioz);
  • aşağı və  yuxarı  tənəffüs  yollarının  bakterial  infeksiyaları: burun  boşluğunun, orta  qulağın  iltihabı, angina, faringit, laringit, traxeit, bronxit, pnevmoniya, plevrit.

Profilaktik  məqsədlə  preparat  aşağıdakı  hallarda  istifadə  edilir:

  • məişət müəssisələrində  olduğu  kimi  tibbi  müəssisələrdə də təzə  yaraların  işlənməsi;
  • cərrahi manipulyasiyalarda  və  əməliyyatlarda  irinli  ağırlaşmaların  qarşısını  almaq  məqsədilə;
  • kəskin respirator-virus  xəstəlikləri  zamanı  bakterial  ağırlaşmanın  qarşısını  almaq  məqsədilə;
  • müalicə müəssisələrində  bakterial  çirklənmənin  və  xəstəxanadaxili  infeksiyanın  profilaktikası  məqsədilə.

Əks göstərişlər
Preparatın  istənilən  komponentinə  qarşı  yüksək  həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bakteriofaq  preparatlarının  istifadəsi  zamanı  xüsusi  ehtiyat  tədbirlərinə ehtiyac  yoxdur. Flakonun  içərisindəki  məhlulu  steril  şprislə  çəkmək  məsləhət  görülür. Müvafiq  şəraitdə  saxlanıldıqda, açılan  flakonun  içərisindəki məhlulun  24 saat  ərzində  istifadə  edilməsi yolveriləndir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Müəyyən  edilməyib. Bakteriofaq  preparatları  digər  dərman  vasitələri ilə, o  cümlədən, antibakterial  preparatlarla  eyni  vaxtda  istifadə  edilə  bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatı  hamiləlik  və  laktasiya  dövründə  istifadə  etmək  olar.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat  avtomobil  idarəetmə  və  yüksək  diqqət  və  hərəki  reaksiya  tələb  edən  digər  təhlükəli  fəaliyyət  növlərilə  məşğul  olma  qabiliyyətinə  təsir  etmir.

İstifadə qaydası və dozası
Bakteriofaq  preparatlarının  uğurlu  istifadəsinin  vacib  şərti  törədicinin  faqohəssaslığının  müəyyən  edilməsi  və  preparatdan  tez  istifadəyə  başlamasıdır. Preparatın  istifadəsi, xüsusilə, xəstəliyin  başlanğıc  mərhələsində  və  bilavasitə  zədələnmə  ocağında  istifadəsi  zamanı  effektiv  olur.

RİOSTAFİN  daxilə  qəbul  üçün  nəzərdə  tutulub (ağızdan, imalə  şəklində), yerli (qarqara, suvarma, islatma şəklində), boşluğa  yeritmək (yara, absess, periton, plevral  boşluq, fleqmona, burun, burun  boşluğu, orta  qulaq, sidik  kisəsi, uşaqlıq, uşaqlıq  yolu).
Lokal  zədələnməli  irinli-iltihabi xəstəliklərin  müalicəsi  məqsədilə  RİOSTAFİN  eyni  vaxtda  həm  yerli, həm  də  daxilə (per  os) təyin  edilir. Müalicə  kursunun  müddəti  5-10 gündür.
Zədələnmiş  nahiyənin  ölçüsündən  asılı  olaraq, doza  fərdi  təyin  edilir. Punksiyanın  köməkliyilə  irin  təmizləndikdən  sonra  preparat  ocaq  boşluğuna  yeridilir.
Yeridilən  preparatın  miqdarı  təmizlənmiş  irinin  həcmindən  bir  qədər  az  olmalıdır.
Sonrakı  günlər  preparat  drenajın  köməkliyi ilə  infeksiyalı  boşluğa  yeridilir. Prosedur  3-5 gün  ərzində  gündə  1 dəfə  aparılır.

  • Sistit, pielonefrit, uretrit zamanı  preparat  daxilə  qəbul  Sidik  kisəsi  boşluğu  və  ya  böyrək  ləyəni  drenajlı  olduqda, bakteriofaq  gündə  2 dəfə  20-30 ml  sidik  kisəsinə  və  5-10 ml  böyrək  ləyəninə  yeridilir.
  • İrinli-iltihabi ginekoloji  xəstəliklər  zamanı  preparat  uşaqlıq  yoluna, uşaqlığa  hər  gün  1 dəfə  5-10 ml  dozada
  • Qulağın, boğazın, burunun irinli-iltihabi  xəstəlikləri  zamanı  preparat  2-10 ml  dozada  gündə  3 dəfə  Bakteriofaq  qarqara, yuma, damcılatma, isladılmış  turundanın  (onları  1 saat  ərzində  saxlayaraq) yeridilməsi  üçün  istifadə  edilir. İrinli  tonzillitin  müalicəsi  üçün  preparat  qarqara  kimi  istifadə  edilir  və  eləcə  də, eyni  zamanda  per  os  təyin  edilir.
  • Stomatit və  xroniki  yayılmış  parodontitin  müalicəsində  preparat  ağız  boşluğunu  qarqara  etmək  üçün  gündə  3-4 dəfə  10-20 ml  dozada  istifadə  edilir, eləcə  də, piobakteriofaq  hodurulmuş  turundanın  parodontal  ciblərinə  5-10 dəqiqəlik
  • Bağırsaq xəstəliklərində, daxili  orqanların  xəstəliklərində, QBS (disbakterioz) zamanı  RİOSTAFİN  ağızdan  və  imalə  şəklində  istifadə  Preparat  acqarnına  yeməkdən  1 saat  əvvəl  istifadə  edilir. İmalə  şəklində  gündə  1 dəfə  axşam yatmazdan  əvvəl  bağırsaq  boşaldıqdan  sonra  təyin  edilir.

Preparatın  məsləhət  görülən  dozaları

Yaş Ağızdan İmalə  şəklində
6 aylığa  qədər 5 ml  x  gündə  1 dəfə 10 ml  x  gündə  1 dəfə
6 aylıqdan  12 aylığa  qədər 5 ml  x  gündə  2 dəfə 10 ml  x  gündə  1 dəfə
1 yaşdan  3 yaşa  qədər 5 ml  x  gündə  3 dəfə 20 ml  x  gündə  1 dəfə
3 yaşdan  8 yaşa  qədər 10 ml  x  gündə  2-3 dəfə 30 ml  x  gündə  1 dəfə
8 yaşdan  yuxarı 20 ml  x  gündə  2-3 dəfə 40 ml  x  gündə  1 dəfə

Profilaktika
Profilaktik  məqsədlə  preparat  əməliyyatdan  sonrakı  və  təzə  infeksiyalaşmış  yaraların, qarın  və  döş  boşluğunun, eləcə  də, küçə  və  istehsalat  travmalarının, əməliyyatdan  sonrakı  infeksion  ağırlaşmaların  qarşısını  almaq  məqsədilə  işlənməsi  üçün  40 ml  miqdarda  istifadə  edilir.
Profilaktik  məqsədlə  dərman  vasitəsinin  dozası  pasiyentin  vəziyyətinə  görə  müəyyən  edilir.

Qeyd
Stafilokokk  bakteriofaqının  istifadəsindən  əvvəl  yaranın  müalicəsi  üçün  kimyəvi  antiseptiklərdən  istifadə  edildikdə, yaranı  0,9%-li  steril  natrium  xlorid  məhlulu  ilə  yaxşı  yumaq  lazımdır.

Əlavə təsirləri
Bakteriofaq  preparatlar toksik  deyildir. Stafilokokk  bakteriofaqının  istifadəsilə  əlaqədar  arzuolunmaz  əlavə  təsirlər  qeyd  edilməmişdir.

Doza həddinin aşılması
Bakteriofaq  preparatlarının  doza  həddinin  aşılması  simptomları  məlum  deyil.

Buraxılış forması
20 ml  stafilokokk  bakteriofaqı, tibbi  şüşə  fıakonda. 4 flakon, içlik  vərəqə  ilə  birlikdə  karton  qutuya  qablaşdırılır.

Saxlanma şəraiti
2-8ºС  temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti
Müvafiq  şəraitdə  saxlanıldıqda  2 il.
Bulanıq  məhlulu  istifadə  etmək  olmaz.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Reseptlə buraxılır.

 İstehsalçı:
“Bioximfarm” SC.
Qotua k., 3, Tbilisi 0160, Gürcüstan.

Məhsulun və əmtəə nişanının sahibi:
“NOVATOR PHARMA”, Böyük  Britaniya.