Rolamin KIDS

Tərkibi:
Lanolin yağı, maye parafin, sink oksid, kokos yağı, pantenol, arı mumu, murdarçayabənzər çaytikanı yağı, floramin, alfa-izometil ionon, butil-fenil metilpropional, sitronellol, kumarin, geraniol, vazelin, heksil sinamaldehid, izoevgenol.
Kremin tərkibində hormon, parafin və spirt yoxdur.

Xüsusiyyətləri:
Rolamin kids krem zəngin tərkibi sayəsində körpələrin həssas dərisində bezlərin istifadəsindən sonra yaranan bişməcələrin, sürtünmə nəticəsində yaranan zədələnmələrin sağalması üçün istifadə olunur. Rolamin kids krem uzun müddət havasız qalan dərini mükəmməl müdafiə edir. Xüsusi tərkibi sayəsində dərinin nəmliyini bərpa edərək, qorunmasını təmin edir. Xüsusi krem teksturası dərini gözəl şəkildə sərinləşdirərək ağrı hisslərini sakitləşdirir.
Vazelin dərinin epitel qatını örtərək baryer müdafiəni təmin edir, dərini nəmləndirir, qurumasının qarşısını alır. Pantenol nəmləndirici və regenerasiyaedici təsirlərə malikdir. Quruyaraq çatlamış dərini bərpa edir. Lanolin transepidermal maye itkisinin qarşısını alır. Pantenolun təsir effektini artırır. Həmçinin kokos yağı və çaytikanı yağı dərinin baryer funksiyasını bərpa edir, nəmləndirici təsir göstərir. Arı mumu dəri üzərində qoruyucu təbəqə əmələ gətirərək zədələnmə, cızılma, bişməcəyə səbəb olan amillərdən qoruyur.

İstifadəsinə tövsiyələr:

  • Quru və çatlamış dəriyə qulluq.
  • Körpələrdə bişməcələrin profilaktikası və kompleks müalicəsi.
  • Uşaq əmizdirən dövrdə süd vəzlərinə müntəzəm qulluq, döş gilələrində əmələ gələn ağrıların və ya çatların kompleks müalicəsi.
  • Yaraların, sıyrıqların, cızıqların, yanıqların kompleks müalicəsində.
  • Atopik dermatitin kompleks müalicəsində.

İstifadə qaydası:
Xaricə. Kremi gündə bir, yaxud zərurət yarandıqda bir neçə dəfə çəkməli. Kremi nazik təbəqə ilə dəriyə çəkmək lazımdır.
Uşaq əmizdirən analarda süd vəzilərinə qulluq: hər əmizdirmədən sonra məlhəmi döş gilələrinə çəkməli.
Körpəyə qulluq: hər dəfə uşağın bezini dəyişərkən zədələnmiş yerlərə çəkməli.
Hər dəfə istifadə olunduqdan sonra qapağını möhkəm bağlayın. Açılmış tub 12 ay müddətində yararlıdır. 12 ay ərzində açılmış, amma istifadə olunmamış kremi istifadə etmək olmaz.

Əks göstərişləri:
Preparatın hər hansı bir komponentinə qarşı individual hiperhəssaslıq.

Əlavə təsirləri:
Allegik reaksiyalar.

Saxlanma şəraiti:
20C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Ehtiyat tədbirləri:
Göz ilə təmasından qorunmaq lazımdır! Uşaq əmizdirən analarda süd vermə zamanı kremi gilədən təmizləmək lazımdır.

Buraxılış forması:
40 ml tub, içlik vərəqi ilə birlikdə karton qutuda qablaşdırılır.

Məhsulun və əmtəə nişanının sahibi:
“NOVATOR PHARMA”, Böyük Britaniya.

İstehsal edilir:
“MOSSFARMA İLAÇ” Itriyat Med. Koz.Tıb.Cih. İth. İhr. San. ve Tic. A.Ş. Eti Mh. Birecik Sk. No:1/45 Gazi İş Merkezi Maltepe
– Çankaya / ANKARA – Türkiyə.