TƏRKİBİ: Hər tabletin tərkibi azitromisin dihidrat 500 mq.
FARMAKOTERAPEVTİK QRUPU: Makrolid-azalid qrupundan olan geniş təsir spektrli antibakterial preparat.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
FARMAKODİNAMİKASI: Azitromisin ribosomların 50S-subvahidi ilə birləşərək mikroorqanizmlərin zülal sintezini pozur, onların böyüməsinin və inkişafının qarşısını alır. Yüksək konsentrasiyada bakterisid təsir göstərir.
Təsir spektri: Qram (+) bakteriyalar: Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus agalactiae, Streptococcus spp. (C, F və G qrup), Streptococcus viridans, Staphylococcus aureus, Staphylococcus epidermidis;
Qram (-) bakteriyalar: Haemophilus influenzae, Moraxella catarrhalis, Bordetella pertussis, Bordetella parapertussis, Legionella pneumophila, Haemophilus ducrei, Campylobacter jejuni, Neisseria gonorrhoeae, Gardnerella vaginalis, Helicobacter pylori;
Anaerob bakteriyalar: Bacteroides bivius, Clostridium perfringens, Peptostreptococcus spp.;
Atipik bakteriyalar: Chlamydia trachomatis, Chlamydia pneumoniae, Mycoplasma pneumoniae, Mycobacterium avium complex, Ureaplasma urealyticum, Treponema pallidum, Borrelia burgdorferi.
FARMAKOKİNETİKASI: Yüksək lipofillik xüsusiyyətinə və turş mühitə davamlılığına görə Stromac həzm traktından tez sorulur. Daxilə qəbul olunduqdan 2-3 saat sonra qanda maksimal konsentrasiyası (Cmax) 0,4 mq/l təşkil edir. Stromac tənəffüs yollarına, urogenital traktın orqanlarına (xüsusilə prostat vəziyə), dəri və yumşaq toxumalara yaxşı penetrasiya edir. Biomənimsənilməsi 40%-dir. Hüceyrələrdə və toxumalarda konsentrasiyası qan plazmasına nisbətən 10-50 dəfə çoxdur. İnfeksiya ocağına faqositlər, polimorfnüvəli leykositlər və makrofaqlarla (onların funksiyasını pozmadan) daşınaraq faqositoz prosesi nəticəsində onlardan azad olur və öz təsirini həyata keçirir. Ona görə də infeksiya ocağında sağlam toxumaya nisbətən 24-34% çox toplanır. Stromac lizosomlarda yuksək konsentrasıya toplaması hesabına hüceyrədaxili törədicilərə qarşı yuksək həssaslığa malikdir. Yarımatılma dövrü (T ½) 68-72 saatdır. Azitromisinin yarımatılma dövrünün uzun olması, qan plazması zülalları ilə az birləşməsi (7-50%), eukariot hüceyrələrə asanlıqla keçməsi və pH-ın aşağı olduğu mühitlərdə davamlı olması toxumalarda yüksək konsentrasiya toplamasına və uzun müddət qalmasına şərait yaradır. Müalicə müddəti qısadır (3 və ya 6 gün), bu da preparatın postantibiotik effekti ilə bağlıdır. Belə ki, sonuncu dozanın qəbulundan sonra iltihab zonasında 5-7 gün müddətində davamlı konsentrasiya saxlayır. Azitromisin əsasən dəyişilməmiş şəkildə ödlə, çox az hissəsi isə sidiklə xaric olur.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
DOZALANMA VƏ QƏBUL QAYDASI:
Stromac yeməkdən 1 saat əvvəl və ya iki saat sonra təyin edilir.
Tənəffüs sistemi, sidik-cinsiyyət sistemi, dəri və yumşaq toxumanın kəskin infeksion-iltihabi proseləri zamanı bir tablet (500 mq) gündə bir dəfə 3 gün, xroniki proseslər zamanı isə bir tablet gündə bir dəfə 6 gün təyin edilir.
Xroniki eritemalar zamanı iki tablet birinci gun olmaqla bir tabletdən gün ərzində bir dəfə 4 gün davam etdirilir.
Həzm traktının infeksion – iltihabi xəstəlikləri zamanı iki tablet gün ərzində bir dəfə 3 gün, sonra isə bir tabletdən bir dəfə 3 gün davam etdirilir (müalicə müddəti 6 gün təşkil edir).
Veneroloji infeksiyalar zamanı: ağırlaşmamış formalarda iki tablet birdəfəlik, ağırlaşmış hallarda isə iki tablet birinci gun olmaqla bir tabletdən gün ərzində bir dəfə 4-7 gün davam etdirilir. Dayaq hərəkət sisteminin infeksion-iltihabi xəstəlikləri: artrit – iki tablet birinci gun olmaqla bir tabletdən gün ərzində bir dəfə 10-14 gün, reaktiv artrit – iki tablet birinci gun olmaqla bir tabletdən gün ərzində bir dəfə 30 gün, osteomielit – iki tablet birinci gun olmaqla bir tabletdən gün ərzində bir dəfə 30 gün.
Kiçik cərrahi müdaxilələr zamanı profilaktik məqsədlə bir tablet gündə bir dəfə əməliyyatdan bir gün əvvəl təyin edilir, təyinat 3-6 günə qədər davam etdirilir.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dəri səpgiləri, ürəkbulanma, diareya, epiqastral nahiyədə agrı müşahidə olunur. Azitromisinin bəzən diareya verməsi bağırsaqların peristaltikasını artırması ilə əlaqədardır. Belə ki, azitromisin MBT-yə prokinetik təsir göstərən motillin hormonunun aqonisti olduğu üçün MBT-də motillin reseptorlarını qıcıqlandıraraq bəzi xəstələrdə diareyaya səbəb olur. Bu isə heç bir müalicə tələb etmir və müalicə kursu bitdikdən sonra aradan qalxır.
ƏKS GÖSTƏRİŞLƏRİ: Hiperhəssaslıq. Qaraciyər və böyrək çatışmazlığının ağır formaları zamanı preparat ehtiyatla təyin edilməlidir.
HAMİLƏLİK VƏ LAKTASİYA: Hamiləlik və laktasiya dövründə antibakterial müalicəyə ehtiyac olduğu halda həkim nəzarəti altında təyin oluna bilər.
BURAXILIŞ FORMASI: STROMAC 500 mq 3 tablet.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “NOVATOR PHARMA” Böyük Britaniya.