Toprazol

TƏRKİBİ:

1 tabletin tərkibində  40 mq pantoprazol  vardır.

FARMAKOTERAPEVTİK QRUPU:

Proton pompanın selektiv ingibitoru.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Farmakodinamikası:
 Pantoprazol əvəz edilən benzimidazol hesab edilir, parietal hüceyrələrdə proton pompasına spesifik təsir göstərməklə mədədə xlorid turşusunun sekresiyasını ləngidir. Parietal hüceyrələrin turş mühitində pantoprazol aktiv formaya – siklik sulfenamidə çevrilir, burada o, H+K+ATF-aza fermentini dəf edir. Proton nasosunu blokada etməklə pantoprazol mədədə xlorid turşusu sintezinin son mərhələsi səviyyəsində turşu əmələgəlmə prosesinə təsir göstərir. İngibəedici təsir dozadan asılıdır və xlorid turşusunun bazal və stimuləedici sekresiya səviyyəsinə (qıcıqlandırıcının növündən asılı olmayaraq) təsir göstərir. Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi zamanı (H.pylori ilə assosiasiya olunmuş) mədə sekresiyasının belə aşağı düşməsi mikroorqanizmlərin antibiotiklərə həssaslığını artırır. Peroral qəbuldan sonra pantoprazolun antisekretor effekti 1 saatdan sonra baş verir və 2-4 saatdan sonra maksimum səviyyəyə çatır. Mədə-bağırsaq traktının motorikasına təsir göstərmir. Preparatın qəbulunun bitməsindən 3-4 gün sonra sekretor aktivlik əvvəlki səviyyəsinə çatır. Pantoprazol neytral pH zamanı böyük kimyəvi stabilliyə və digər dərman preparatları ilə qarşılıqlı təsirində kiçik potensiala malikdir.

Farmakokinetikası: Pantoprazol peroral qəbuldan sonra mədə-bağırsaq traktında tez bir zamanda sorulur. Biomənimsənilməsi 77% təşkil edir. 40 mq dozada qəbuldan sonra qan plazmasında maksimal konsentrasiya 2.5 saatdan sonra 2-3 µr/ml çatır. Paylanma həcmi – təxminən 0,15 l/s/kq, klirens – 0,1 l/s/kq. Plazma zülalları ilə birləşməsi – 98%. Pantoprazol tamamilə qaraciyərdə metabolizmə uğrayır. Qan plazmasında və sidikdə təyin edilən əsas metabolit – desmetilpantoprazoldur. Yarımatılma dövrü 1,5 saat təşkil edir. Preparatın 80% böyrəklərlə, qalan 20% nəcislə ilə eliminasiya olunur.

GÖSTƏRİŞLƏRİ:

  • Qastroezofageal reflyuks
  • Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi (H.pylori ilə bağlı) (eradikasion terapiya).
  • Peptiki xora xəstəliyinin müalicəsi (mədə və 12-barmaq bağırsaq)
  • Zollinger-Ellison sindromunun müalicəsi
  • Mədə turşuluğunun artmasını ilə müşahidə olunan digər hallar.
  • QSİƏP-ın və digər dərman preparatlarının yaratdığı qastropatiyalar

ƏKS GÖSTƏRİŞLƏRİ:

Pantoprazola və ya tərkibindəki digər komponentlərə, həmçinin benzimidazol törəmələrinə qarşı hiperhəssaslıq. Digər proton pompası ingibitorlarına qarşı hiperhəssaslıq. 12 yaşa qədər uşaqlar.

Ağır böyrək və qaraciyər çatışmazlığı. Hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi: Pantoprazolun təyini ananın sağlamlığının süd vermədən daha əhəmiyyətli olduğu halda təyin etmək olar.

İSTİFADƏ QAYDASI VƏ DOZASI: Doza əsasən gündə 1-2 tablet təşkil edir. Yeməkdən 1 saat əvvəl qəbul olunur. Müalicə müddəti 4-8 həftədir. Müalicə müddəti həkim tərəfindən uzaldıla bilər.

– QERX ilə əlaqəli simptomlar zamanı 1 tablet gündə 1 dəfə. Müalicə müddəti 4-8 həftə.

– H.pylori-nin eridikasiyası zamanı 1 tablet gündə 2 dəfə təyin olunur..

– Mədənin peptiki xora xəstəliyinin müalicəsi zamanı 1 tablet gündə 1 dəfə. 4-8 həftə.

– 12-barmaq bağırsağın peptiki xora xəstəliyinin müalicəsi zamanı 1 tablet gündə 1 dəfə. Müalicə müddəti 2-4 həftə.

– Zollinger-Ellison sindromunun müalicəsi və mədə turşuluğunun həddən artıq olduğu digər hallar zamanı: başlanğıc doza 1 tablet gündə 2 dəfə təyin olunur.

ƏLAVƏ TƏSİRLƏRİ:

Çox tez tez (≥ 1/10): Mədənin xoş xassəli polipi. Bəzən (≥ 1/1000<1/100): baş ağrı, başgicəllənmə, ishal, ürəkbulanma, köp və metiorizm, qəbizlik, ağızda quruluq, dəri səpkiləri, ekzantema, qaşınma, süstlük, yuxu pozğunluğu. Nadir hallarda (≥1/10000<1/1000): Dadbilmənin təhrif olunması və ya itməsi; yaddaş zəifləməsi; övrə; oynaqlarda ağrı; əzələ ağrısı; çəkinin dəyişilməsi tempraturunun artması; periferik ödemlər; allergik reaksiyalar; Qan testlərinə təsiriBəzən (≥ 1/1000 – < 1/100): Qaraciyər fermentlərinin göstəricilərində artma. Nadir hallarda (≥  1/10000 – < 1/1000): bilirubinin miqdarının artması, xolesterinin səviyyəsinin artması, qanda leykositlərin azalması. Çox nadir hallarda (< 1/10000): Qanda trombositlərin miqdarının azalması hesabına qanaxma riski, qanda eritrositlərin və leykositlərin anormal azalması infeksiyanın böyüməsinə səbəb ola bilər.

BURAXILIŞ FORMASI: TOPRAZOL №28 tablet. Hər biri 14 tabletdən ibarət 2 bilister karton qutuda içlik vərəqi ilə birlikdə.