Daha da müasir, daha da təhlükəsiz və daha da effektiv.
TƏRKİBİ: Aseklofenak – 100 mq
FARMAKOLOJİ QRUPU: Qeyri Steroid İltihab Əleyhinə Vasitə.
FARMOKOLOJİ XÜSUSİYYƏTLƏRİ: Daxilə qəbuldan sonra VACENAC sürətlə və tam olaraq dəyişilməz halda biomənimsənilir. Qəbulundan sonra 1,5 – 3 saat ərzində qan plazmasında maksimal konsentrasiya yaranır. Yarımatılma dövrü təqribən 4 saat təşkil edir. VACENAC zülalarlla yüksək birləşmə faizinə (>99%) malikdir. VACENAC qanda əsasən dəyişilməz dərman vasitəsi kimi dövr edir və 4´- hidroksiaseklofenak plazmada aşkar edilən başlıca metabolitidir. Bu xüsusiyyətləri hesabına bütün orqan və toxumalarda, hətta digər qeyri steroid iltihab əleyhinə dərman vasitələrinin çətin nüfuz etdiyi toxumalarda belə (qığırdaq və sümük toxumaları, sinovial və likvor mayeləri, meningial qişa və s.) yüksək konsentrasiya toplayaraq kliniki effektin tez yaranmasına və uzun müddətli olmasına səbəb olur. VACENACın sionovial və likvor mayesində topladığı konsentrasiyası təqribən plazmada olan konsentrasiyasının 57%-nə çatır. Təqribən qəbul edilmiş dozanın 2/3-i əsasən hidroksimetabolitlər kimi sidik vasitəsilə ifraz edilir. Yaşlı insanlarda aseklofenakın farmakokinetikasında heç bir dəyişiklik aşkar edilməmişdir. VACENAC tsiklooksigenaza fermentlərini blokada edərək araxidon turşusundan iltihabi prostoqlandinlərin əmələ gəlməsinin qarşısını alır. Bununla VACENAC güclü iltihab əleyhinə təsir göstərərək və bu təsirdən irəli gələn mükəmməl ağrıkəsici nəticəni reallaşdırır. Qismən hərarət salıcı təsirə də malikdir. VACENAC iltihabi sitokinlərdən olan interleykin beta-1-in (İL 1b) blokadasına xüsusi aktivlik göstərdiyindən qığırdaq toxumasında gedən iltihabi və destruktiv-degenerativ prosesləri sürətlə aradan götürülməsini təmin edir. Dismenoreyalar zamanı ağrının əsas səbəbi olan PQ E2-nin sintezini (başqa QSİV fərqli olaraq) VACENAC blokada etməklə dismenoreya ağrılarının tez və davamlı aradan götürülməsini təmin edir.
GÖSTƏRİŞLƏRİ:
İSTİFADƏ QAYDASI: VACENAC tabletlər bütöv şəkildə, bol miqdarda su ilə daxilə qəbul edilməlidir. VACENACın yeməkdən sonra və ya acqarına qəbulu zamanı həzm sistemində heç bir narahatlıq müşahidə edilməmişdir. Ancaq VACENACın qəbulu yeməkdən sonra və ya yemək zamanı məsləhət görülür. Tövsiyə edilən gündəlik doza 2 tablet (200 mq) təşkil edir. Bu doza birdəfəlik və ya iki dəfəyə təyin edilir. Ağır hallarda təyinatı 3 tabletə (300 mq) qədər yüksəltmək olar. Müalicə müddəti xəstəlikdən və ağırlıq dərəcəsindən asılı olaraq bir həftədən bir aya qədər davam etdirilir.
ƏKS GÖSTƏRİŞLƏRİ: Hiperhəssaslıq, ”aspirin triadası”, hipovolemiya (səbəbindən aslı olmayaraq), mədə eroziyaları, hipokoaqulyasiya (hemofiliya), kəskin pankreatit, qanaxma riski olan hallar, ağır böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı, hamiləlik və laktasiya zamanı, 16 yaşa qədər uşaqlar, yaşlı insanlar (65 yaşdan yuxarı insanlarda təyinatı doza korreksiyası ilə olmalıdır).
ƏLAVƏ TƏSİRLƏRİ: Qastralgiya, diareya, meteorizm, qəbzlik, qusma, iştahasızlıq, ürəkbulanma, hematuriya, azotemiya, sidiyə getmə aktının sürətlənməsi, qulaqda küy, başgicələnmə, yuxusuzluq, dəri səpkiləri.
BURAXILIŞ FORMASI: 20 tablet alüminium blisterlərdə içlik vərəqə ilə birgə karton qutuda qablaşdırılmışdır.
YARARLIQ MÜDDƏTİ: 3 il. İstehsal tarixi qutu və blisterlərin üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
SAXLANMA ŞƏRAİTİ: Uşaqların əli çatmayan yerdə, 300 C temperaturdan yüksək olmamaq şərti ilə.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “Novator Pharma” LLP, Böyük Britaniya.
İSTEHSAL EDİLİR: “ARAFARMA GROUP” İspaniya, “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.