Vacerin

HƏR ŞAMIN TƏRKİBİ:
Kalendula ekstraktı                100 mq
Çaytikanı yağı                          100 mq
Bağayarpağı ekstraktı               50 mq
Çobanyastığı ekstraktı             50 mq
D-pantenol                               100 mq
Hialuron turşusu                      50 mq
At şabalıdı ekstraktı                 50 mq
Hidrosmin                                 50 mq
Hesperidin                                 50 mq
Rutin                                           50 mq
Lidokain                                   100 mq

FARMAKOLOJİ QRUPU: Hemorroy əleyhinə vasitə.
Kalendula ekstraktı (Calendula) – tərkibi karotin, kumarinlər, fitonsidlər, kalendulozid, efir yağları, molibden, selen və sinklə zəngindir. Zəngin tərkibi hesabına Kalendula güclü iltihab əleyhinə təsirə malik olduğundan, istər yumşaq toxumalarda, istərsə də selikli qişada tez bir zamanda iltihabi prosesi aradan götürür. Tərkibində olan fitonsidlər antibakterial təsir göstərir, kalendulozid zədələnmiş nahiyənin regenerasiyasını təmin edir. Preparat həm də güclü spazmolitik təsirə malik olduğundan, spastik ağrıları tez bir zamanda aradan qaldırır.
Çaytikanı yağı (Sea buckthorn oil) – tokoferol, karotin, yağ turşuları ilə zəngin olduğundan güclü iltihab əleyhinə, antioksidant, antibakterial və regenerasiyaedici təsirlərə malikdir. Selikli qişa  hüceyrələrini  toksiki maddələrdən, peroksid birləşmələrindən qoruyaraq onların yarada biləcəyi fəsadların qarşısını almış olur. Selikli qişa komponentlərinin sintezini gücləndirməklə, zədələnmiş nahiyələrin  sürətli regenerasiyasını təmin edir.
Bağayarpağı ekstraktı (Plantain) – bitkisinin yarpağı vitamin C, limon turşusu, karotin, qlikozid, flavonoidlər, fitonsidlər və vitamin K ilə zəngin olduğundan,  angioprotektiv, antioksidant, iltihab əleyhinə, yarasağaldıcı və qansaxlayıcı təsirlərə malikdir.  Adı çəkilən xüsusiyyətləri hesabına damar keyfiyyətini yaxşılaşdıraraq  tonusdan düşmüş damarların tonusunu bərpa edir, mikrosirkulyasiya prosesini sürətləndirir. Güclü antioksidant təsiri hesabına sağlam hüceyrələri yaranmış sərbəst radikalların zədələyici təsirindən qoruyur.
Çobanyastığı ekstraktı (Chamomille) – tərkibində olan xamazulen, apigenin, efir yağları, salisil turşusu hesabına iltihab əleyhinə, antiseptik, ağrıkəsici və spazmolitik təsir göstərir.
D-pantenol – pantoten turşusunun (vitamin B5) törəməsi olub, selikli qişanın regenerasiyasını sürətləndirir,  kollagen liflərin davamlılığını artırır və iltihab əleyhinə təsir göstərir.
Hialuron turşusu – düz bağırsağın selikli qişasında kollagenin sintezini artıraraq epitelizasiya proseslərini sürətləndirir və zədə nahiyəsinin tez bir zamanda sağalmasını təmin edir.
At şabalıdı bitkisinin ekstraktı (Chestnut extract)  – tərkibində olan essin saponini sayəsində güclü vena tonuslandırıcı təsirə malikdir. Venoz durğunluğu aradan qaldıraraq  ödem və ekssudasiya kimi halların  yaranmasına əngəl olur. Lizosomal fermentlərin aktivləşməsinin qarşısını alaraq  kapilyarların divarında olan proteoqlikanların və mukopolisaxaridlərin parçalanması hallarını  aradan götürür. Bununla da, kapilyarların  divarını möhkəmləndirərək keçiriciliyini azaldır. Həmçinin qanın reoloji xüsusiyyətlərini normallaşdırır, tromb yaranma riskini azaldır.
Hidrosmin – flavonoid olub, venotonik, angioprotektor vasitədir. Venaların tonusunu artırır, venoz durğunluğunun qarşısını alır. Kapilyarların keçiriciliyini aşağı salır, qanın fibrinolitik fəallığını artırır, özlülüyünü azaldır, mikrosirkulyasiyanı yaxşılaşdırır.
Hesperidin – bioflavonoid olub, sitrus meyvələrinin qabığında olur. Hesperidin venotonik və angioprotektor təsir göstərərək qan damarlarının divarını möhkəmləndirir, keçiriciliyini aşağı salır, mikrosirkulyasiyanı yaxşılaşdırır.
Rutin – flavonoid olub, venotonik, angioprotektor, qankəsici təsirlərə malikdir. Damar divarını möhkəmləndirir, kapilyarların keçiriciliyini azaldır, periferik qan dövranını normallaşdırır.
Lidokain – yerli anestetik təsir göstərərək ağrı və yandırma hissini tez bir zamanda aradan qaldırır.

GÖSTƏRİŞLƏRİ:

  • Xarici və daxili hemorroy
  • Anal çatlar
  • Anusun eroziyaları və mikrotravmaları
  • Anal qaşınma

ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda   yerli allergik reaksiyalar.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI: Vacerin şam rektal istifadə üçün nəzərdə tutulub. Şəxsi gigiyenanın  bütün qaydalarına  riayət edilərək 1 şam gündə 1-2 dəfə  düz bağırsağa dərinə yeridilir. Bu prosedurdan  sonra 15-20 dəqiqə uzanıqlı vəziyyətdə qalmaq məsləhət görülür. Müalicə müddəti 7-14 gündür, lazım olarsa müalicə kursu təkrar edilə bilər.

Hamiləlik və laktasiya: Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi mümkündür.

BURAXILIŞ FORMASI: 10 rektal şam. Hər biri 5 rektal şamdan ibarət 2 blister karton qutuda qablaşdırılıb.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: NOVATOR PHARMA”   Böyük  Britaniya.

İSTEHSALÇI: FULTON MEDICINALI SPA – Via Marconi, 28/9 -20020 Arese (MI), İtaliya.