TƏRKİBİ:
Metronidazol – 500 mq
Klotrimazol – 200 mq
FARMAKOTERAPEVTİK QRUPU:
Mikrob əleyhinə kombinəolunmuş vasitə (mikrobəleyhinə, antiprotozoy və göbələkəleyhinə)
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Farmakodinamikası:
Metronidazol 5-nitroimidazol törəməsi olub, bakterisid təsirli DNT-Tron preparatdır.
Metronidazolun 5 nitroqrupu anaerob mikroorqanizmlərin və ibtidailərin hüceyrədaxili nəqliyyat proteinləri tərəfindən bərpa olunur. Bərpa olunmuş 5-nitroqrup mikroorqanizmlərin hüceyrə DNT-si ilə qarşılıqlı əlaqə yaradır, onların nuklein turşularının sintezini tormozlayır. Bu isə mikrooqranizmlərin məhvinə gətirib çıxarır. Metronidazol mikrobəleyhinə və protozoy əleyhinə geniş təsir spektrinə malik maddədir. Preparat Trichomonas vaginalis, Giarolia intestinalis, Entamaeba histolytica, Lamblia intestinalis, Balantidium coli, Blastocystis nominis, Helicobacter pylori, obliqat anaerob və (sporəmələgətirən və gətirməyən) Bacterodes spp. (V.fragilis, B. ovafus, B.distasonis, B.thetaitaomierou, B.vulgatus), Fusobacterium spp, Clostdium spp, Peptosteptococcus spp, Peptococcus spp, Eubacterimun həssas ştammlarına münasibətdə yüksək aktivlik göstərir. Metronidazol fakultativ anaerob bakteriya Gardnerella vaginalisə münasibətdə də aktivdir.
Klotrimazol – geniş təsir spektrli göbələk əleyhinə preparatdır. Antibakterial, trixomonasid və göbələk əleyhinə təsir göstərir.Preparat aşağıda göstərilən mikroorqanizmlərə qarşı aktivdir:
Dermofitlər (Trichophyton rubrum, Trichophyton mentagrophytes, Epidermophyton floccosum, Microsporum canis), mayabənzər və kif göbələklər( Candida nəslindən, Torulopsis glabrata, Rhodotorula nəslindən);Malassezia furfur; qrammüsbət (Corynebacterium minutissimum, Staphylococcus spp., Streptococcus spp.) və qrammənfi bakteriyalar (Bacteroides, Gardnerella vaginalis); Trichornonas vaginalis.Göbələk əleyhinə təsiri göbələk membranının pozulması və keçiriciliyinin dəyişilməsiəlaqədərdir; bunun nəticəsində hüceyrə məhv olur.
Farmakokinetikası:
Klotrimazol – Intravaginal yeritmə zamanı dozanın 3-10%-i absorbsiya olunur. Qaraciyərdə qeyri-aktiv metabolitlərə qədər tez biotransformasiya olunur və nəcislə xaric olur. Vaginal ifrazatında yüksək, qanda cüzi konsetrasiyası 48-72 saat ərzində saxlanılır.
Metranidozol – tablet şəklində intravaginal yeridilmədə yaxşı sorulur.
Aktiv inqrediyent qaraciyərdə metabolizmə uğramır. 40-70 %-i (20%-ə qədər dəyişilməmiş halda) böyrəklərlə ifraz olunur.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR: Trixomonadoz və qeyri-spesifik vaginitlərin, bakterial vaginitlərin yerli müalicəsi. Dermofıtlərlə, kif və maya göbələkləri ilə törənən genital infeksiyalar (kandidoz vulvovaginit, infeksion leykoreya, trixomonad vaginit və s.); vaginal bakterial super infeksiyalar, doğuşdan öncə doğuş yollarının sanasiyası; cərrahi əməliyyatdan öncə və sonra ginekoloji infeksiyaların profilaktikası.
ƏKS GÖSTƏRİŞLƏRİ: Klotrimazol, metronidazol və ya digər nitroimidazol törəmələrinə qarşı yüksək həssaslıq, qan xəstəlikləri, leykopeniya (o cümlədən anamnezdə); hərəkət koordinasiyasının pozğunluqları, MSS-nin üzvi dəyişiklikləri (o cümlədən epilepsiya), qaraciyər çatızmazlığı (yüksk dozalar təyin olunarsa), hamiləliyin 1-ci trimestri. Müalicə ərzində laktasiya dayandırılır.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Hamiləliyin II trimestrindən etibarən preparat ehtiyatla təyin edilməlidir.
Metronidazol ana südünə keçir. Preparatın qəbulu dövründə ana südü ilə qidalandırma dayandırılmalıdır və dərmanın qəbulunun sona çatmasından 48 saat sonra davam etdirilə bilər.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
– Trixomonad vaginiti: Sutkada 1 vaginal tablet metronidazol preparatının tabletlər şəklində daxilə qəbulu ilə birgə 7-10 gün ərzində
– Qeyri -spesifik vaginit, bakterial vaginoz:Sutkada 1 vaginal tablet 7-10 gün ərzində.
Preparatla müalicə 10 gündən çox davam etməməli və ildə 2-3 dəfədən artıq təkrar olunmamalıdır. Tableti kontur qabdan azad edərək, soyuq qaynadılmış suda isladıb uşaqlıq yoluna, mümkün qədər dərinə yeritmək lazımdır.
ƏLAVƏ TƏSİRLƏRİ:
- Yerli istifadə zamanı aşağıdakı əlavə təsirlər müşahidə oluna bilər:
uşaqlıq yolunda qaşınma, yandırma, ağrı və qıcıqlanma; uşaqlıq yolundan iysiz və zəif iyli qatı, ağ selikli ifrazat, tez-tez sidiyəgetmə, preparatın dayandırılmasından sonra – uşaqlıq yolu kandidozunun inkişafı.
- Cinsi tərəfdaşın cinsiyyət üzvünün qıcıqlanması və yandırma hissi.
- Mədə-bağırsaq traktı tərəfindən, ürəkbulanma, dadbilmə hissiyatının dəyişiklikləri, ağızda metal dadı, ağızda quruluq, iştahanın azalması, qarın boşluğunda spastik ağrılar, qusma, qəbizlik və ya diareya.
- Allergik reaksiyalar: qaşınma, səpgi.
- Sinir sistemi tərəfindən: baş ağrıları, baş gicəllənməsi, qıcolmalar, periferik sensor nevropatiyalar, keçici ataksiya, yuxululuq, yuxusuzluq.
- Leykopeniya və ya leykositoz.
- Nadir hallarda metronidazolun metabolizmi nəticəsində əmələ gələn suda həll olan piqmentin təsirindən sidik qırmızı – qəhvəyi rəng ala bilər.
BURAXILIŞ FORMASI: 10 vaginal tablet içlik vərəqi ilə birlikdə karton qutularda qablaşdırılıb.
İSTEHSALÇI: ARENA GROUP SA
ÜNVAN: 54 Dunarii Bd., Voluntari City, code 077190, Ilfov County, Romania