Vatorlac

VATORLAC :  1 ml/ 30mg   damardaxili və əzələdaxili yeridilməsi üçün məhlul

TƏRKİBİ:  30 mq ketorolak trometamin .

FARMAKOLOJİ  QRUPU:  Qeyri Steroid İltihab Əleyhinə Vasitə.

FARMOKOLOJİ XÜSUSİYƏTLƏRİ: VATORLAC  tsiklooksigenaza  fermentlərini blokada edərək araxidon turşusundan iltihabi  prostoqlandinlərin əmələ gəlməsinin qarşısını alır. Bununla VATORLAC güclü iltihab əlehinə təsir göstərərək  və bu təsirdən irəli gələn mükəmməl ağrı kəsici nəticəni reallaşdırır . Qismən hərarət salıcı təsirədə malikdir.  VATORLAC-ın  iltihab əlehinə təsiri başqa QSİƏV-dən  nəzərə çarpacaq dərəcədə guclu, agrı kəsici effekti isə morfinə yaxındir . Ə/d yeridildikdən sonra 30 deqiqə ərzində öz təsirini göstərməyə başlayır  və  maksimal effekti   2 saata əldə edilir. Bu nəticə 14-18 saat ərzində saxlanılır.

GÖSTƏRİŞLƏRİ:

  • Ginekologiya: Doğuşdan və əməliyatdan sonrakı ağrılar.  Kiçik çanaq orqanlarının  iltihabı prossesləri  -salpingit, ooforit, salpinqooforit və iltihabı kistalar.
  • Travmotologiya: çıxıqlar, burxulmalar, mialgiya, artralgiya, travmalarda.  Revmatoid poliartrit,  artrozlar,
  • Nevroloqiya: nevralqiya, radikulit.
  • Stomotoloqiya: diş ağrıları, əməliyatdan sonraki ağrılar, travmalar.
  • Otorinqoloqiya: sinusitlər (frontit,haymorit,eytmoidit,sfenoidit), kəskin və xronik otitlər.
  • Uroloqiya: sidik-daş xəstəliyi,əməliyatdan sonraki  ağrılar.
  • Androloqiya: kəskin ağrı sindromu ilə müşaidə edilən kişi cinsiyət organlarının  iltihab prossesləri – balanit, orxit, epidimit, orxoepidimit, prostatit.
  • Onkoloqiya: Ağrının azaldılması üçün simptomatik
  • Müxtəliv etiologiyalı ağrı və iltihabı proseslərdə, agrının və iltihabı prosesin aradan qaldirilması məqsədi ilə.

İSTİFADƏ QAYDASI: Əzələ və vena dixili təyin edilir.  Əzələ daxili təyinatı zamanı preparatın əzələyə dərin yeridilməsi məsləhət görülür. Vena daxili təyinatı zamanı 1 ml məhlulun yeridilməsi 15 saniyədən az olmamalıdır. Orta dərəcəli proseslərdə  30 mg/1ml,  ağır dərəcəli proseslərdə isə  60 mg/2 ml dozada təyin edilməsi məsləhətdir.  Ağır dərəcəli proseslərdə doza birdəfəlik və ya hissəvidə təyini mümkündür.   Gündəlik doza 60 mq yəni 2 ml ( 2 ampul) həddini aşmamalıdır.

ƏKS GÖSTƏRİŞLƏR: Hiperhəssaslıq, ”aspirin”triadası,  hipovolemiya (səbəbindən aslı olmayarag), mədə eroziaları  ,hiperkoaqulasiya(hemoqoliya), qan axma riski olan  hallar, ağır böyrək çatışmazlığı (kreatinın plazması 50 mq/lt yüksək), qaraçiyər çatışmazlığı, hamiləlik və laktasiya zamanı, 16 yaşa qeder uşaqlar,  yaşlılar üçün (65 yaşdan yuxarı təyinatı doza koreksiyası ilə olmalıdır).

ƏLAVƏ TƏSİRLƏR: Qastrolqiya, diareya, meteorizm, qəbizlik, qusma, iştahasızlıq, ürəkbulanma,  hematuriya, azotemiya, sidiyə getmə aktını sürətlənməsi , qulaqda küy,  başgicələnmə, yuxusuzluq, dəri səpkiləri .

BURAXILIŞ FORMASI: Karton qutuda 3 ampul.

YARARLIQ MÜDDƏTİ: 3 il. İstehsal tarixi qutu və ampulaların üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

SAXLANMA ŞƏRAİTİ:  uşaqların əli çatmayan yerdə, 24OC temperaturdan yüksək olmamaq  şərti ilə.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:  “NOVATOR PHARMA”   Böyük  Britaniya .

İSTEHSAL EDİLİR:  “Esseti Farmaceutici”  İtaliya. “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.