Zeolimed

TƏRKİBİ:
Zeolit (Klinoptilolit)    – 2.54 q

Köməkçi maddələr: Bitki mənşəli maqnezium stearat, hidroksipropilsellüloza.

İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:
Mineralların təbii mənbəyi kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.

XÜSUSİYYƏTLƏRİ:
Zeolitlər vulkanik-çökmə minerallar qrupuna aiddir. Bu mineralların əsas xarakterik xüsusiyyəti onların məsaməli olmasıdır. Məhz bu quruluşu hesabına adsorbent xüsusiyyətlər əldə edir. Sübut olunub ki, zeolitlər bir çox kationların və ağır metal duzlarını absorbsiya etmək qabiliyyətinə malikdir. Bu səbəbdən zeolit 21-ci ərsin daşı adlandırılır. Müəyyən olunub ki, zeolit öz məsaməli quruluşunu million illər ərzində dəyişmir, məhz bu səbəbdən öz faydalı xüsusiyyətlərini itirmir. Zeolit molekulyar süzgəc hesab olunur və orqanları və toxumaları radioaktiv maddələrdən, ağır metal duzlarından və digər zərərli maddələrdən təmizləmək xüsusiyyətlərinə malikdir. Zeolit mineralının tərkibinə 84 mineral və mikroelement daxildir.
Beləliklə zeolit orqanizmi zərəli maddələrdən təmizləməklə yanaşı həm də antioksidant təsir effektinə malikdir.
Məlumdur ki, bu bir çox xəstəliklər ion balansının pozulması hesabına meydana gəlir, məsələn radionuklidlər zülallar, karbohidratlar, lipidlər və DNT molekullarından elektronu alaraq onun strukturunu pozur ki, nəticədə insan orqanizmində bir sıra patologiyalara səbəb olur.
Daxilə qəbul olunduqdan sonra zeolit sərbəst radikalları və toksiki birləşmələri (Məsələn ammonyak, xloridlər və s.) tutur və bağırsaqlar vasitəsilə xaric edir.
Bununla yanaşı zeolitlərin antimikrob effekti də məlumdur. Məsələn, sidik yollarının obstruksiyası olan xəstələrdə balon kateterlərində istifadə zamanı zeolitin qəbulu E.coli, Pseudomonas aeruginosa və  Staphylococcus aureus kimi bakteriyalara bakterisid təsir göstərdiyi məlumdur. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Bioloji fəallığa malik qida əlavəsi xəstəliklərin müalicəsi məqsədi ilə istifadə oluna bilməz.

İSTİFADƏSİNƏ TÖVSİYYƏLƏR:

  • Kimyaterapiyanın toksiki təsirini azaltmaq məqsədilə
  • Şüa terapiyası alan şəxslərdə radioprotektiv təsir göstərir
  • Müxtəlif infeksion xəstəliklərin kompleks müalicəsində (məs.: vərəm və s.)
  • Artıq bədən çəkisindən, piylənmədən əziyyət çəkən şəxslərdə detoksikant kimi
  • Allergik xəstəliklərin kompleks müalicəsində
  • Diareya zamanı bağırsaqlarda toksiki maddələri özünə birləşdirir və orqanizmdən xaric edir

ƏKS GÖSTƏRİŞLƏRİ:
Məhsulun hər hansı komponentinə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya, 18 yaşa qədər şəxslər.

ƏLAVƏ TƏSİRLƏRİ:
İndividual hiperhəssaslıq reaksiyaları.

XÜSUSİ GÖSTƏRİŞLƏRİ:
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

İSTİFADƏ QAYDASI VƏ DOZA:
Böyüklər, 2 kapsul gündə 2 dəfə.

SAXLANMA QAYDASI:
Quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə, 25ºC-dən yüksək olmayan temperaturda saxlanılmalıdır.

BURAXILIŞ FORMASI:
60 kapsul.

Bioloji fəallığa malik qida əlavəsi

YARARLILIQ MÜDDƏTİ:
2 il.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “NOVATOR PHARMA”, Böyük  Britaniya.

İSTEHSALÇI:
“GRICAR CHEMICAL” SRL, İtaliya.