TƏRKİBİ:
Fosfatidilserin -100 mq
Fosfatidixolin -100 mq
Ginkgo Biloba - 80 mq
Dimetilqlisin HCL - 100 mq
Inozitol -100 mq
Vitamin B1 - 1.1 mq
Vitamin B2 – 1.4 mq
Vitamin B6 - 1.4 mq
Fol turşusu – 200 mkq
Vitamin B12 - 2.5 mkq
FARMAKOLOJİ TƏSİRİ::
CEREBROVİN -nootrop, angioprotektor, antiaqreqant təsirlərə malik, həmçinin mikrosirkulyasi-yanı yaxşılaşdıran preparatdır.
Fosfatidilserin - neyronların regenerasiyasında, neyromediatorların (asetilxolin və s.) sintezində və mediatorların qovuqcuqlardan xaric olunmasında, ionların hərəkətində və bioelektrik enerjinin ötürülməsində iştirak edir. Asetilxolinin sintezini stimulə etməklə beyin toxumasında xolinergik prosesləri aktivləşdirir. Sinir hüceyrələrinin bölünməsini və böyüməsini təmin edir. Beyin toxumasında qlükozanın metabolizmini aktivləşdirir, sinir hüceyrələrinin işemik fəsadlara davamlılığını artırır.
Fosfatidilxolin – asetilxolinin sintezində iştirak edir, sinir toxumasında mübadiləni yaxşılaşdırır və xolinergik neyronlarda sinir impulslarının ötürücülüyünü yaxşılaşdıraraq beyinin aktiv işləməsini təmin edir. Fosfatidilxolin sfiqnomielinin sintezində iştirak edir, mielin qişasının əmələ gəlməsini təmin edir və hüceyrə membranı strukturunu bərpa edir. Beyin qan dövranını yaxşılaşdırır. Nootrop, membranoprotektiv, antidepressiv və antiaterosklerotik təsir göstərir. Yuxunu normallaşdırır, əhval - ruhiyyəni yüksəldir, qanda xolesterinin və yağ turşularının miqdarını azaldır.
Ginkgo Biloba beyin qan dövranını, həmçinin, koronar və periferik qan dövranını yaxşılaşdırır. Tərkibindəki flavon qlikozidləri (24%) hüceyrələrdə qlikoliz prosesini aktivləşdirərək (əsasən beyin hüceyrələrində), hüceyrələrin oksigenə olan tələbatını azaltmaqla, enerji təminatını optimallaşdırır. Beləliklə, beyin hüceyrələrinin normal funksiyalarını bərpa edərək koqnitiv funksiyaları gücləndirir. Ginkgo Biloba tərkibindəki terpen birləşmələri (6%) hesabına qan damarlarının divarını möhkəmləndirərək, damar elastikliyini artırır. Damar divarının strukturunun (endotel qişa) zədələnməsindən irəli gələn eritrositlərin və trombositlərin aqreqasiyası və adgeziyasının qarşısını alaraq, qanın reoloji xüsusiyyətlərini normallaşdırır.
Dimetilqlisin – beyin metabolizmini aktivləşdirən əvəz olunmayan amin turşudur. Mərkəzi sinir sisteminin tormozlayıcı mediator kompleksinə aid olmaqla, sedativ və antidepresiv təsirlərə malikdir. Qlisin QAYT-ergik, alfa1-adrenoblokadaedici təsirləri ilə, N-metil-D-aspartat reseptorların fəaliyyətini tənzimləyərək psixo-emosional gərginliyi və aqresivliyi aradan götürməklə sosial adaptasiyanı və əhval-ruhiyəni yaxşılaşdırır.
İnozitol - sinir hüceyrələrini bərpa edir, yuxunu yaxşılaşdırır və “antidepressant” vitamin sayılır. İnozitol damar divarında kollagenin və elastininin sintezini stimulə etməklə onların möhkəmliyini və elastikliyini artırır.
Vitamin B1 (tiamin) – sinir sisteminin normal fəaliyyəti üçün əvəzolunmaz komponentdir, yaddaş prosesini yaxşılaşdırır, beyini qlükoza ilə təmin edir. Yağlar, zülal və karbohidratların enerjiyə çevrilmə prosesində aktiv iştirak edir, immuniteti artırır. Sinapslarda impulsun ötürülməsində aktiv iştirak edir.
Vitamin B2 (riboflavin) mərkəzi sinir sisteminin müxtəlif funksiyalarının icrasını təmin edir. Bundan əlavə vitamin B2 zülal, lipid və karbohidrat mübadiləsində, toxuma tənəffüsündə iştirak edir. Orqanizmdə vitamin B2 çatışmazlığı qanyaranma prosesinin pozulmasına səbəb olur. Vıtamin B2 iltihab zamanı müdafiə sisteminin təşkilində iştirak edir.
Vitamin B6 (piridoksin) əzələlərdə zülal mübadiləsində və digər biokimyəvi proseslərdə iştirak edir. İmmun sistemini gücləndirir.
Vitamin B12 (sianokobalamin) hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT sintezində iştirak edir. Vıtamin B12 -nin çatışmazlığı qanyaranmanın pozulmasına səbəb olur. Vıtamin B12 maddələr mübadiləsində birbaşa iştirak edərək toxuma regenerasiyasını sürətləndirir.
Fol turşusu (vitamin B9) qanın və immun sistemin formalaşmasında vacib elementlərdən biridir. Fol turşusu çatışmazlığı meqaloblast anemiyanın yaranmasına səbəb olur.
GÖSTƏRİŞLƏRİ:
- Dissirkulyator ensefalopatiyalar (insultun fəsadları, kəllə-beyin travmaları, yaşlanma dövrü), yaddaş və diqqətin pozulması, intellektual qabiliyyətin zəifləməsi, həyəcanlanma, qorxu.
- Parkinson və Alsheymer xəstəliyi, demensiya, yuxu pozğunluğu (yuxusuzluq, narkolepsiya), epilepsiya.
- Qulaq küyləri.
- Ürəyin işemik xəstəlikləri. Aritmiya. Ateroskleroz.
- Gənclərdə diqqət və yaddaşın artırılması məqsədi ilə.
- Yaşlanma ilə əlaqədar görmə pozğunluğu. Diabetik retinopatiya.
- Baş beyinin travması zamanı yaranan astenik, psixogen, nevrotik hallar.
- Periferik qan dövranı və mikrosirkulyasiya pozğunluğu. Aşağı ətrafların arterio və venopatiyaları. Reyno sindromu.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:
Orta səviyyəli pozğunluqlar zamanı 1 tabletdən gündə 1 dəfə. Ağır pozğunluqlar zamanı 1 tabletdən gündə 2 dəfə yemək vaxtı və ya yeməkdən sonra. Müalicə müddəti 1-2 aydır.
ƏLAVƏ TƏSİRLƏRİ:
Nadir hallarda dispeptik pozğunluqlar, başgicəllənmə və allergik reaksiyalar.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Hiperhəssaslıq, 8 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.
BURAXILIŞ FORMASI:
CEREBROVİN № 30 tablet.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANIN SAHİBİ:
NOVATOR PHARMA" - Böyük Britaniya.
İSTEHSALÇII:
"Primea Limited” England "NOVATOR PHARMA" UK xüsusi sifarişi ilə.
