TƏRKİBİ:

Quşüzümü - 80 mq
Zəncirotu - 40 mq
Ayıqulağı - 80 mq
Qatırquyruğu - 40 mq
Qarğıdalı saçağı - 80 mq
Qaragilə - 40 mq
Ortosifon stamina - 80 mq
Maqnezium sitrat - 30 mq

FARMAKOLOJİ TƏSİRİ::

Quşüzümü (Cranberry) – ekstraktı üzvi turşular, pektin, flavonoidlər, antosianinlər, vitamin C, kalium və dəmirlə zəngindir. Quşüzümü stafilokoklar, streptokoklar, eşerixiya koli, və proteylərə qarşı güclü antimikrob təsirlərə malikdir. Quşüzümünün antifunqal təsiri müşahidə olunur. Bundan əlavə quşüzümü pielonefrit və ginekoloji iltihabi xəstəliklərin müalicəsində antibakterial preparatların təsirini gücləndirmə xüsusiyyətinə malikdir. Quşüzümü bakteriyaların sidik-cinsiyyət sisteminin selikli qişasına yapışmasının qarşısını alaraq onların selikli qişaya nüfuz edib yaşaması və koloniyalar yaratmasını mümkünsüz edir.
Ayıqulağı  ( Uva ursi L.)  – yarpağının  tərkibi  flavonoidlər, üzvü turşular (alma, qarışqa) və qlikozidlərlə (arbutin, metilarbutin) zəngindir. Ayıqulağı iltihab əleyhinə, antimikrob və sidikqovucu təsirlərə malikdir. Tərkibindəki arbutin və metilarbutin qlikozidlərinin arbutaza fermentinin təsiri ilə parçalanmasından əmələ gələn hidroxinon güclü antimikrob və antibakterial təsirin yaranmasına səbəb olur və hidroxinon böyrəklərdən süzülərkən  yerli qıcıqlandırıcı təsir göstərərək  böyrəklərin filtrasiyasını sürətləndirir və sidikqovucu effekt verir.
Qarğıdalı saçağının (Zea mays L.) – tərkibində  acı qlikozid maddələr, saponin, efir yağları vardır. Bunların sayəsində Qarğıdalı saçağı sidikqovucu, ödqovucu, iltihab əleyhinə  və qan saxlayıcı xüsusiyyətlərə malikdir. Həmçinin, Qarğıdalı saçağı öd ifrazını sürətləndirərək, onun yapışqanlığını və sıxlığını azaldır, qanda protrombinin miqdarını artırır.
Ortosifon stamina (Orthosiphon) – kaliumla zəngin bitkidir. Yarpaqlarının tərkibində olan ortosifonin, alkaloidlər, efir yağları, saponinlər orqanizmdə alfa -amirin, beta -sitosterin və taninin miqdarını sürətlə artıraraq iltihab əleyhinə, sidikqovucu, ödqovucu, böyrək və öd daşlarına dağıdıcı təsir göstərir. Ortosifon ödem, albuminuriya, azotemiya və böyrək daşları ilə müşayiət olunan  sidik-cinsiyyət sisteminin kəskin və xroniki iltihabi proseslərində yüksək kliniki effektivlik göstərərək, adı çəkilən halların sürətli aradan götürülməsini təmin edir. Güclu sidikqovucu təsiri hesabına orqanizmdən sidik turşusu və xloridləri xaric edir. Ortosifonun II və III tip ürək-damar çatışmazlığı zamanı kompleks müalicənin tərkibində təyini tövsiyyə edilir.
Zəncirotu (Taraxacum officinale) – kalium və maqneziumla zəngin bitkidir. Kökü taraksasin,  triterpen birləşmələr, flavonoidlər,  inulinlə zəngindir, həm də sink, mis, selen toplamaq xüsusiyyətinə malikdir. Zəncirotunun yarpaqları dəmir, kalsium, maqnezium və fosfor birləşmələri ilə başqa yarpaqlı bitkilərdən daha zəngindir.  Zəncirotunun yarpaqları və kökü zəngin tərkiblərinə görə güclü iltihab əleyhinə, ödqovucu, sidikqovucu, tərqovucu, bəlğəmgətirici, temperatursalıcı, antiallergik və qurdəleyhinə təsirlərə malikdir. Qatırquyruğu (Equisetum) – sidikqovucu, hemostatik, litolitik,  iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Qatırquyruğu zəngin olduğu 5-qlükozid  lüteolin hesabına böyrək və sidikçıxarıcı orqanların  xəstəliklərində güclü antibakterial və iltihab əleyhinə  təsir göstərir. Qatırquyruğu orqanizmdə su-duz mübadiləsini tənzimləyərək böyrək və sidikçıxarıcı sistemin  daş  xəstəliklərinin, xüsusilə urat və oksalat daşlarının müalicə effektivliyini artırır.
Qaragilə  (Vaccinium myrtillus) – yarpaqları  inulin, flavonoidlər və  antosianinlərlə zəngindir. Meyvəsi  isə  karbohidratlar, üzvi turşular, manqan və dəmir birləşmələri, vitaminlərlə (C, B1, B2, P, PP) zəngindir. Qaragilə orqanizmin immunitetini artıran, onun stressə qarşı müqavimətini gücləndirən, iltihab əleyhinə, hemostatik, vazodilatator, ödqovucu  və sidikqovucu bir vasitədir.
Maqnezium sitrat –  sidikdə duzların  həll olunmuş halda qalmasını təmin edərək böyrəklərdə kristalların və böyrək daşlarının əmələ gəlməsinin qarşısını almış olur. Mg sidikdə 40% oksalat turşusu ilə  biləşərək  oksalat daşlarının əmələ gəlməsinin qarşısını alır.

GÖSTƏRİŞLƏRİ:

  • Sidik-cinsiyyət sisteminin kəskin və xroniki iltihabi xəstəlikləri: uretrit, sistit, pielonefrit, vulvit, vaginit
  • Nefrotik sindrom
  • Arterial hipertoniya. II-III dərəcə ürək-damar çatışmazlığı (ürək qlikozidləri ilə birgə)
  • Böyrək daşı xəstəliyi, kristaluriya
  • Podaqra xəstəliyi
  • Xolesistit, qaraciyər sirrozu, qurd invaziyaları, assit.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:

Gün ərzində iki dəfə: səhər və axşam 1-2 tablet, yeməkdən sonra daxilə bol maye ilə qəbul edilir.

ƏLAVƏ TƏSİRLƏRİ:

Nadır hallarda allergik  reaksiyalar, halsızlıq, dispeptik hallar.

ƏKS GÖSTƏRİŞLƏRİ:

Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq, mədə xorası, yüksək laxtalanma faktoru.

HAMİLƏLİK VƏ LAKTASİYA ZAMANİ  İSTİFADƏSİ

Hamiləlik   (II və III trimestr) və laktasiya zamanı istifadəsi mümkündür.

BURAXILIŞ FORMASI:

30 qastro-rezistent tabletlər

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANIN SAHİBİ:

NOVATOR PHARMA" - Böyük  Britaniya.

İSTEHSALÇI:

"Primea Limited” England "NOVATOR PHARMA" UK xüsusi sifarişi ilə.