TƏRKİBİ: Setirizin hidroxlorid – 10 mq.
FARMAKOTERAPEVTİK QRUPU: Allergiya əleyhinə. Antihistamin.
FARMAKOLOJİ XSUSİYYƏTLƏRİ: Selektiv olaraq H1 – histamin reseptorlarını blokada edərək histaminin damarlara təsirinin qarşısını almaqla damar keçiriciliyinin pozulması hallarını aradan götürür, hiperemiya və ödemin yaranmasına əngəl olur. Effektiv olaraq histaminə dəri reaksiyalarının yaranmasını tormozlayaraq hiperemiya, kopəşmə və soyuqluq (soyuqluq urtikəri) kimi simptomların qarşısını almış olur. Təsiri 1-2 saat ərzində əmələ gələrək 24 saat saxlanılır. Dərinin histaminə həssaslığı təyinatın dayandırılmasından üç gün ərzində tam bərpa olunur. Novacetrin allergik rinitin simptomları – asqirma, burun tutulmalarını, qaşınma, gözyaşarmanı ugurla aradan qaldırmüş olur. Bronxial astma zamanı histamindən asılı bronxokonstruksiyanı, Novacetrinin dozasını tənzimləməklə aradan qaldırmaq mümkün olur. Allergik reaksiyaların ilkin histamindən asılı fazasını blokada edir, gecikmiş fazada isə mediatorların – eozinofillərin, neytrofillərin, bazofillərin sintezini, miqrasiyasını ləngidir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
DOZALANMASI: 6-12 yaş arası uşaqlarda 1/2 tablet gün ərzində 1 və ya 2 dəfə; 12 yaşdan yuxarı uşaqlar və böyuklər 1 tablet gün ərzində 1 və ya 2 dəfə xəstənin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilir.
ƏLAVƏ TƏSİRLƏRİ: Yuxululuq, halsızlıq, başgicəllənmə, dispeptik əlamətlər, işatahanın artması, əzələ zəifliyi.
ƏKS GÖSTƏRİŞLƏRİ: Hiperhəssaslıq, hamiləlik, sud vermə dövrü, 6 aya qədər uşaqlar.
BURAXILIŞ FORMASI: NOVACETRIN 10 mq 20 tablet karton qablamada kağız içliklə birgə.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “Novator Pharma” LLP, Böyük Britaniya.
İSTEHSAL EDİLİR: “Special Product Line”, Italiya, “Novator Pharma” UK xüsusi sifarişi ilə