Beynəlxalq patentləşdirilməmiş adı:
Dorzolamide, timolol.
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulda 20 mq dorzalomidə ekvivalent 22.26 mq dorzalomid hidroxlorid və 5 mq timolola ekvivalent 6.83 mq timolol maleat vardır.
Köməkçi maddələr: Benzalkonium xlorid, Na sitrat dihidrat, hidroksietil sellüloza, mannitol, Na xlorid, inyeksiya üçün su.
Təsviri
Şəffaf rəngsiz məhluldur.
Farmakoterapevtik qrupu
Glaukoma əleyhinə vasitə.
ATC kodu:
S01ED51
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Dorzolamid hidroxlorid karboanhidraza II fermentinin inhibitorudur. Gözün siliar cismində karboanhidrazanın inhibə olunması göz daxili mayenin azalmasına səbəb olur.
Timolol qeyri-selektiv beta-adrenoblokatordur. Daxili simpatomimetik aktivliyə, yerli anesteziyaedici təsirə malik deyil və miokarda birbaşa təsir göstərmir.Yüksəlmiş gözdaxili təzyiq zamanı timololun təsir mexanizmi əsasən sulu nəmin yaranmasının azalması və axının artması ilə əlaqədardır. Timolol artmış və normal gözdaxili təzyiqi azaldır. Yuxu zamanı göz-daxili təzyiqi nəzarət altında saxlamağa yardım edir.Timolol akkomodasiyaya və bəbəyin ölçüsünə təsir göstərmədən gözdaxili təzyiqi azaldır, beləliklə görmə itiliyinin pisləşməsi baş vermir, rəngli və gecə görmənin keyfiyyəti azalmır.
Farmakokinetikası
Yerli istifadəsi zamanı timolol maleat buynuz qişadan asanlıqla keçir. Dərman vasitəsinin təsiri məhlulun konyunktival kisəyə instillyasiyasından 10-30 dəqiqə sonra baş verir, maksimum təsiri isə 1-2 saatdan sonra müşahidə olunur. Terapevtik effekti birdəfəlik istifadədən sonra 12-24 saata qədər davam edir.Cüzi miqdarda konyuktiva damarlarından, burunun və gözyaşı traktının selikli qişasından absorbsiya yolu ilə sistem qan axınına düşür. Plazma zülalları ilə birləşməsi 10%-dən azdır. Ana südünə keçir, hematoensefalik və plasentar baryerləri keçir. Qaraciyərdə biotransformasiya olunur. Dəyişilməmiş şəkildə və metabolitlər şəklində böyrəklər və bağırsaqla ekskresiya olunur.Yenidoğulmuşlar və kiçik yaşlı uşaqlarda qan plazmasında təsiredici maddənin konsentrasiyası böyüklərin plazmasında olan maksimal konsentrasiyanı əhəmiyyətli dərəcədə aşır.
Dorzalomidin uzun müddət istifadəsi zamanı seçici olaraq eritrositlərdə toplanır. Sərbəst halda dorzalomidin qan plazmasındakı konsentrasiyası çox aşağı olur. Dorzalomidin yeganə metaboliti N-dezetil-dorzalomid Karboanhidraza II və I fermentlərini dorzalomiddən zəif inhibə edir. Dorzalomid 33% plazma zülalları ilə birləşməyə malikdir. Dorzalomid və onun metaboliti böyrəklər vasitəsilə dəyişilməmiş şəkildə xaric olunur. Yarımatılma periodu 4 ay təşkil edir.
İstifadəsinə göstərişlər
Əks göstərişlər
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıda qeyd olunmuş hallarda Dormazolin-T preparatını ehtiyatla istifadə etmək lazımdır:
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşağıda qeyd olunan preparatlardan hər hansı birini qəbul edirsinizsə bu haqda həkiminizə məlumat verin:
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət deyil. Preparatın istifadəsi zamanı hamilə qalsanız bu haqda həkiminizə məlumat verin.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalara təsiri haqda məlumat yoxdur. Preparat gözlərdə dumanlanmaya səbəb ola bilər. Bu səbəbdən görmə tam aydınlaşana qədər xüsusi diqqət tələb edən fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Zədələnmiş gözə 1 damcı səhər və axşam damızdırılır. Əgər siz Dormazolin-T preparatı ilə paralel digər göz damcıları da istifadə edirsinizsə, bu zaman göz damcılarının istifadəsi zamanı interval 10 dəqiqədən az olmamalıdır.
İstifadə edərkən çalışmaq lazımdır ki, konteynerin ucu gözə və ya göz ətrafına dəyməsin. Belə ki, bu zaman gözə infeksiya düşə bilər, nəticədə gözdə iltihabi proses baylaya, hətta görmənin pozulmasına səbəb ola bilər. İstifadə etməzdən qabaq əllərinizi yaxşıca yuyun və konteynerin ucunu istənilən səthlərdən uzaq tutun. Əgər hiss etsəniz ki, gözünüzə infeksiya düşüb dərhal həkimnizə müraciət edin.
Istifadə qaydası:
Müxtəlif qrup pasiyentlərdə istifadəsi:
Uşaqlarda istifadəsi:
Uşaqlarda və yeniyetmələrdə istifadəsi məhduddur.
Yaşlılarda istifadəsi:
Tədqiqatlar göstərir ki, Dormazolin –T preparatının yaşlılar və böyüklərdə təsiri eynidir.
Qaraciyər/böyrək çatışmazlığı olan pasiyentlərdə istifadəsi:
Qaraciyər və böyrək çatışmazlığı olan pasiyentlər bu haqda həkimə məlumat verməlidir.
Əlavə təsirləri
İstənilən dərman vasitəsi kimi Dormazolin-t preparatı da hamıda olmasa da bir sıra əlavə təsirlərə səbəb ola bilər.
Əgər sizdə generalizəolunmuş allegik reaksiyalar: ətrafların, həmçinin udqunma və nəfəsalmaya mane olan üzün, dilin, dodaqların, boğazın şişməsi, dəridə səpkilər, qızartı, qaşınma kimi hallar baş verərsə, preparatın qəbulunu dayandırın və dərhal həkimə müraciət edin.
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil).
Çox tez-tez (≥ 1/10);
Tez-tez (≥ 1/100 – < 1/10);
Bəzən (≥ 1/1000 – < 1/100);
Nadir hallarda (≥ 1/10000 – < 1/1000);
Hər bir digər preparat kimi timolol maleat da qana sorula bilər və beta-blokatorların yarada biləcəyi bir sıra fəsadlara səbəb ola bilər. Bunlardan: qlukozanın qanda aşağı düşməsi, ürək çatışmazlığı, ürək ritmlərinin pozulması, qarında ağrılar, qusma, əzələ ağrıları, cinsi zəiflik.
Doza həddinin aşılması
Doza həddinin aşılması və preparatın təsadüfən udulması zamanı bir sıra əlavə təsirlər: başgicəllənmə, tənəffüsün çətinləşməsi və ürək ritmlərinin azalması kimi hallara səbəb ola bilər.
Buraxılış forması
5 ml-lik polietilen flakon içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunmaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
24 ay.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Açılmış flakon 25ºС temperaturdan yüksək olmayan yerdə saxlanıldıqda 4 həftə (28 gün) ərzində yararlı hesab edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
DEVA Holding A.Ş.
Ünvan
Dumlupınar Mahallesi. Ankara Caddesi No: 2
Kartepe – KOCAELI/TURKEY
Qeydiyyat vəsiqəsinin sahibi
Məhsulun və əmtəə nişanının sahibi “Novator Pharma” LLP, Böyük Britaniya.
Ünvan
Böyük Britaniya, 8 Shepherd Market, Office 21 London, UK.