HƏR 5 ML SİROPUN TƏRKİBİ:
Melissa qliserinli ekstrakt 66,6 mq
Melissa quru ekstrakt 66,6 mq
Çobanyastığı qliserinli ekstrakt 66,6 mq
Maqnezium xlorid 175 mq
Maqnezium 21 mq
Vitamin B6 2 mq
Vitamin B2 1 mq
Vitamin C 50 mq
FARMAKOTERAPEVTİK QRUPU: Maqnezium və B6 vitamini ilə kombinə edilmiş bitki tərkibli sedativ preparat.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Melissa ekstraktının (Oğulotu) – tərkibi sitralla, sitronella, geraniol, fenilpropanoidlər, xlorohenon, qəhvə turşuları və doymuş efir yağları ilə zəngindir. Oğulotu ekstraktı anksiolitik, antidepressant, spazmolitik, immunomodullaşdırıcı, virusəleyhinə, antibakterial və antiallergik təsirlərə malikdir. Bu xüsusiyyətlər Oğulotunun tərkibindəki konkret konponentlərin məsələn; sitronelalın – güclu sedativ təsiri, geraniolun – spazmolitik təsiri, fenilpropanoidlərin – antibakterial, virusəleyhinə, antiallergik və immunmodullaşdırıcı təsirlərindən irəli gəlir. Oğulotu iştaha artırma, sidikqovucu təsirləri və ürəkbulanmanı mükəmməl olaraq aradan götürməsi ilə tanınmışdır.
Çobanyastığı ekstraktı (Chamomile) – tərkibində olan alfa-bisabolol, xamazulen, apigenin, matrisinin hesabına sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərərək əsəb, gərginlik hallarını aradan götürür, yuxunu bərpa edir və saya əzələ sisteminə spazmolitik təsir göstərərək ürək-damar sisteminin işini yaxşılaşdırır.
Maqnezium – bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib bir elementdir. Hüceyrələrin həyati vacib bir elementi kimi maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir. Fizioloji nöqteyi nəzərdən maqnezium hüceyrədaxili kation hesab edilir. Maqnezium ionları neyronların oyanıqlığını aradan qaldıraraq, sinir-əzələ ötürücülüyünü zəiflədir. Əzələlərdə ion balansını bərpa edərək, bütün fermentativ reaksiyalarda iştirak edir. Maqnezium defisiti orqanizmdə tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaq pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur.
Vitamin B6 (Piridoksin) koferment kimi bütün mübadilə proseslərində iştirak edir, sinir toxumasının maddələr mübadiləsinin tənzimlənməsini həyata keçirir. Bağırsaqdan maqneziumun sürətli sorulmasını və hüceyrələrə toplanmasını təmin edir.
Vitamin B2 (Riboflavin) – mərkəzi sinir sisteminin müxtəlif funksiyalarının icrasını təmin edir. Bundan əlavə vitamin B2 zülal, lipid və karbohidrat mübadiləsində, toxuma tənəffüsündə iştirak edir. Orqanizmdə vitamin B2 çatışmazlığı qanyaranma prosesinin pozulmasına səbəb olur. Vitamin B2 iltihab zamanı müdafiə sisteminin təşkilində iştirak edir.
Vitamin C (Askorbin turşusu) – metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.
GÖSTƏRİŞLƏRİ:
İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI: Orta səviyyəli patalogiyalar zamanı cədvəldə göstərilən dozalara müvafiq gündə 1-2 dəfə, ağır patalogiyalar zamanı isə gündə 2-3 dəfə yeməkdən sonra təyin edilir . Müalicə müddəti 1-3 aydır.
Yaş dövrü | Birdəfəlik doza | Maksimal sutkalıq doza |
1 yaşa qədər uşaqlar | 2,0 ml | 6 ml |
1-3 yaş | 3,5 ml | 10,5 ml |
3-5 yaş | 5,0 ml | 15 ml |
5-8 yaş | 7,0 ml | 21 ml |
8-12 yaş | 10,0 ml | 30 ml |
12 yaşdan yuxarı uşaqlar | 15,0 ml | 45 ml |
ƏKS GÖSTƏRİŞLƏRİ: Hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda halsızlıq və dispeptik əlamətlər.
DOZA HƏDDİNİN AŞILMASI: halsızlıq, ürəkbulanma, qusma.
BURAXILIŞ FORMASI: Novarest Kids karton qutuda, 150 ml flakonlarda, içlik vərəqəsi və ölçü qaşığı ilə birgə istehsal edilir.
İSTEHSAL EDİLİR: “GRICAR CHEMICAL” İtaliya, “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANIN SAHİBİ: “NOVATOR PHARMA” Böyük Britaniya.